Top.Mail.Ru
Hadisə

Yağışlı yolda HADİSƏ – TIR əks yola girdi, beton maneələr və işıq dirəyi sıradan çıxdı/VİDEO

Bu gün səhər saatlarında Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 12-ci km-də yol təsərrüfatına ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Saytların yığılması Saytların yığılması

Məlumata görə, yük maşını idarəetmədən çıxaraq beton arakəsmə maneələrə dəyib. Nəticədə beton maneələr və bir işıq dirəyi sıradan çıxıb.

Dərhal əraziyə Agentliyin əməkdaşları gələrək yolun sözügedən hissəsində əlavə təhlükəsizlik tədbirləri görüb, hərəkətin təhlükəsizliyini və fasiləsizliyini təmin edib.

Qəza nəticəsində yol təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Bənzər yazılar