İDMAN
Prezidentdən gözlənilməz göstəriş, “AFFA-nı hərtərəfli yoxlayın!”
AFFA-da daxili audit başlayıb.
Bu, federasiyanın yeni prezidenti Rövşən Nəcəfin göstərişidir.
Aprelin 2-də qurumun başına gəlmiş SOCAR-ın patronu AFFA-nın maliyyə hesabatı ilə dərindən tanış olmaq niyyətindədir. Yoxlama yalnız son 1-2 ili əhatə etmir. Nəcəf daha əvvəlki illərə aid xərc və gəlirləri öyrənmək fikrindədir.
O, bununla bağlı ətraflı raport hazırlanmasını istəyib.
Hesabat qarşıdakı 10-15 gün ərzində onun masasının üstündə olmalıdır. Çünki həmin müddətdə AFFA İcraiyyə Komitəsinin yeni tərkibinin ikinci geniş toplantısı keçiriləcək.