Top.Mail.Ru
Hadisə

Şabranda kolbasa sexi, Xaçmazda 6 boks yandı

Şabran şəhərində kolbasa sexinin ərazisində ümumi sahəsi 20 m² olan tikilinin içərisində quraşdırılan elektrik lövhəsində 3 ədəd qoruyucu açar və 5 p.m. elektrik kabeli yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Saytların yığılması Saytların yığılması

 

Xaçmaz şəhərində isə bir dam altında tikilən ümumi sahəsi 500 m² olan 6 boksdan ibarət müxtəlif təyinatlı sexin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bənzər yazılar