Top.Mail.Ru
DÜNYAKRİMİNAL

Rusiyada islah koloniyasında qiyam yatırıldı: “Terrorçuları sağ götürməyə çalışıblar”

Rusiyanın Volqoqrad vilayətində İK-19 islah koloniyasına hücum edərək bir neçə nəfəri öldürən, yaralayan və əsir götürən şəxslər yeni tələblər irəli sürüblər.

Bu barədə KAİM.az Rusiya “Telegram” kanallarına istinadən xəbər verir.

Saytların yığılması Saytların yığılması

Özlərini İŞİD-çilər adlandıran hücumçular yeni video çəkiblər. Görüntülərdə 2 milyon dollar və helikopter istəmədiklərini, Rusiyanın Moskva vilayətində “Crocus City Hall”a hücum edən terrorçuların “qisas”ını aldıqlarını bildiriblər. Həmçinin yaralı girovu başqası ilə dəyişməyi təklif ediblər.

Eyni zamanda təsdiqlənməmiş məlumatlara görə, onlar öz tanışlarının istintaq təcridxanasından buraxılmasını tələb edirlər.

Hücumçular iddia edirlər ki, kadrlarda görünməməsinə baxmayaraq, onların əlində çox sayda girov var. Həmçinin videogörüntülərdə İK-19-a hücum edənlərdən biri – Tacikistandan olan 23 yaşlı Rüstəmçon Navruzinin əldəqayırma kamikadze jiletini geyindiyi və əlində detonator tutduğu əks olunub. Partlayıcı maddənin benzin və sənaye mayelərindən hazırlandığı ehtimal olunur və həcmi 5-7 litr təşkil edir.

 

 

Bənzər yazılar