Top.Mail.Ru
KRİMİNAL

Biləsuvarda ölən körpənin babası: “Uşaq çarmıxa çəkilib”

Biləsuvar rayonunda masaj edilərkən ölən iki yaşlı Nəzrinin babası baş verən hadisədən danışıb.

Bizim.media-ya açıqlama verən Mirkərim Qubadov bildirib ki, uşaq çarmıxa çəkilib:

Saytların yığılması Saytların yığılması

“Birinci seansdan sonra səhərə qədər yatmayan uşağı ikinci dəfə sınıqçıya aparıblar. Uşaq məhz çarmıxa çəkildiyi üçün dayanmadan ağlayıbmış. Bu, masaj deyil, kiminsə sözünə uyub apardılar onun yanına”

Məsələ ilə bağlı Tibbi ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, uşaqla bağlı Biləsuvar Mərkəzi Xəstəxanasına hər hansı müraciət daxil olmayıb.

Baş Prokurorluqdan isə hadisə ilə bağlı araşdırma aparıldığı qeyd olunub.

KAİM.az

Bənzər yazılar