Top.Mail.Ru
CƏMİYYƏT

Çingiz Qənizadə prokurorluq işçilərini təbrik etdi

“1 Oktyabr Prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilir. Prokurorluq orqanları dövlətçilik maraqlarına, insan hüquq və azadlıqlarının müdafiəsinə əvəzsiz xidmət edir. Prokurorluq orqanlarının qanunların aliliyini təmin etmək, cinayətkarlığa qarşı mübarizədə ön sırada olmaq, günahsız insanların cinayət məsuliyyətinə cəlb olunmasına yol verməmək və ölkədə siyasi-ictimai sabitliyi qoruyub saxlanmasında xüsusi rolu var”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Saytların yığılması Saytların yığılması

Ç.Qənizadə qeyd edib ki, son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülüb:

“Dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilib, cəmiyyətdə prokurorluğa ictimai etimad artıb və nüfuzu yüksəlib. Prokurorluq olduqca ağır və çətin, eyni zamanda məsuliyyətli, şərəfli və hörmətli peşədir. Prokurorluq orqanlarının əməkdaşları bu uca peşənin adını qoruyub saxlamaqda maraqlıdırlar”.

Ç.Qənizadə bildirib ki, hər bir dövlətin əsas sütunu onun hüquq-mühafizə orqanlarıdır:

“Hər bir ölkədə olduğu kimi Azərbaycanda da ümumi sabitliyin qorunması, hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunların icrasına nəzarət edilməsi prokurorluğun ən məsul vəzifələrindən biridir. Prokurorluğun iş fəaliyyətinin təkmilləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsinə yönələn xüsusi bir siyasi kurs görünür. Prokurorluq orqanlarınn rəhbərləri bunu uğurla həyata keçirirlər. Müstəqil Azərbaycanın dövlət quruluşu sistemində prokurorluq orqanları dövlətin müstəqilliyinin qorunmasına layiqincə xidmət edir.
Başda Respublikanın Baş prokuroru Kamran Əliyev olmaqla, ölkənin bütün prokurorluq əməkdaşlarını ürəkdən təbrik edir, onlara peşə fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram”.

KAİM.az

Bənzər yazılar