Top.Mail.Ru

ARAŞDIRMA

Rusiya Ermənistana girməyə HAZIRLAŞIR – Xankəndində vəziyyət kontroldan ÇIXIR

Bu gün Ermənistandakı xaos vəziyyət, etiraz aksiyaları dəlalət etmir ki, qarşı tərəfdən mövqelərimizə açılan atəşə görə məsuliyyəti Paşinyan daşımasın. İstənilən halda əgər erməni baş nazir vəziyyətə nəzarət etmək gücündə deyilsə, o zaman çıxıb bunu açıq şəkildə bəyan edə bilər.

Edərmi?

Təbii ki, xeyr! Çünki 44 günlük müharibədən sonra reytinqi, avtoriteti xeyli aşağı düşən Nikol Paşinyan düşünə bilər ki, bu səmimiyyəti ona öz ayağına sıxmaq olar. Bu səbəbdən də Ermənistan liderinin vəziyyətdən çıxış yolunu tapmaqda çətinlik çəkdiyi açıq-aydın görünür.

Loading...
Yazının davamı reklamdan sonra

İstər Azərbaycanla sərhəddəki silahlı insident, istərsə də Ermənistandakı etyiraz aksiyalarının kimlər tərəfindən törədildiyi ilə bağlı iki variant daha real görünür:

I. N. Paşinyan Brüsseldə sülh razılaşmalarından imtina etmək üçün müxalifətlə əlbir olub, bu planı reallaşdırmaq variantını seçə bilər. Nəzərə alsaq ki, Brüssel görüşünün ikinci raundundan sonra Nikol Paşinyan Moskvaya dəvət edildi. Vladimir Putinlə keçirilən ikitərəfli görüşlə bağlı detallı şəkildə hər mövzu barədə məlumatın verilmədiyi istisna deyil.

Birinci variant real görünmür. Nəzərə alsaq ki, Paşinyan Qərbin (Soros) “məhsuludur” və Ermənistanı Rusiyanın orbitindən çıxarmaq üçün hakimiyyətdə olduğu son 3 il ərzində bütün fürsətlərdən yararlanmağa çalışdı, o zaman məsələ ilə bağlı real vəziyyət daha çox ikinci variantın üstündə dayanmağı tələb edir. Çünki artıq istər Brüssel görüşləri sonrası, istərsə də Avropa ittifaqı və ABŞ-la Ermənistan hakimiyyətinin son təmaslarından da Nikol Paşinyan anladı ki, bu qüvvələr Bakı ilə sülh müqaviləsinin imzalanmasından yanadırlar. Ermənistan baş naziri ən azından artıq bilir ki, Azərbaycanla sülh müqaviləsi imzalayacağı təqdirdə bu gün Ukrayna ilə nəticəsi onun üçün məlum olmayan Rusiyadan uzaqlaşmağın ən doğru variantıdır.

II. Rəsmi İrəvanın Bakının təqdim etdiyi sülh paketini icra etmək üçün praktiki addımlar atmaması məqsədilə Rusiyanın Ermənistandakı və Qarabağda sülhməramlılarının müvəqqəti nəzarət zonasındakı casus şəbəkəsi törədə bilər. Bununla Ermənistanla Azərbaycan arasında son diplomatik təmasların fiasko ilə nəticənməyinə nail olaraq iki ölkə arasında vəziyyəti yenidən gərginləşdirmək məqsədi güdə bilərlər.

Bütün bu sadalanan faktorlar deməyə əsas verir ki, Rusiyanın casus şəbəkəsi Ermənistanla Azərbaycan arasında mümkün razılaşmaları əngəlləməyə çalışır. Sərhəddəki silahlı insidentin artma səbəbi və Ermənistandakı etirazların da səbəbi məhz budur. Uzun illər sonra siyasi fiqur kimi keçmiş “Qarabağ klanı”nın yenidən ön plana çıxmaq cəhdi isə Ermənistan üçün daha faciəli nətivcələrlə yekunlaşa bilər.

Çünki erməni xalqı 20 ildən artıq bir dövrdə R.Köçaryan – Sarkisyan cütlüyünün oğru, talançı və qaniçən rejiminin idarəçiliyinin acı nəticələrindən hələ də xilas ola bilməyib. Bu azmış kimi bu quldur rejimin yenidən əvvəlki ssenarini reallaşdırmaq, Qarabağda vəziyyəti gərginləşdirmək, özlərinin hakimiyyət ehtiraslarını Qarabağdan Ermənistana hakimiyyətə gəlmək yolu ilə həyata keçirmək istəyindədirlər.

Ötən gün Xankəndinin mərkəzində 4 gəncə odlu silahdan atəş açan general Samvel Karapetyanın addımı ölkəni vətəndaş müharibəsinə sürükləmək, vəziyyəti daha ağır hala gətirmək üçün verilən qərardan başqa bir şey deyil. R.Köçəryanın tərəfdarı olduğu və Paşinyan hakimiyyətinə qarşı fəallığı ilə seçilən S.Karapetyanın eyni addımı Ermənistan ərazisində, paytaxt İrəvanda da gerçəkləşdirəcəyi istisna deyil. Bununla “Qarabağ klan”ı ölkədəki xaos vəziyyəti pik həddə çatdıraraq rəsmi İrəvanı Azərbaycanla sülh danışıqlarını təxirə salımaq üçün Bakıdan möhlət istəməyə məcbur qoya bilər. Əvəzində Rusiya KTMT ordusunu Ermənistanın küçələrinə yürüdərək vəziyyəti tamamilə kontorla götürə bilər. Erməni generalının silahlı qarşıdurma “əməliyyatını” Rusiyanın Ermənistanı daxil olmaq üçün son akordları da adlandırmaq olar. Moskva Cənubi Qafqazda maraqlarını təmin etmək üçün görünür, bu dəfə erməni amilindən onların öz əleyhlərinə istifadə edəcək.

Ermənistan qarışır

Bu isə Paşinyanın postundan gedərək yeni dövlət başçısının təyinatı ilə nəticələnməsi demək ola bilər. Çünki son proseslərdən də görünür ki, Paşinyan vəziyyəti kontrolda saxlamaqda çətinlik çəkir. Bunların Sarkisyan və Köçəryan cütlüyü olacağı təqdirdə isə Ermənistandakı gərgin vəziyyət dözülməz həddə çata bilər. Çünki xalqın böyük əksəriyyəti yenidən bu rejimin zülmü-iztirabı altında yaşamaq niyyətində deyil.

Belə görünür ki, Köçəryan-Sarkisyan-Ohanyan-S.Karapetyanlar bu addımla eyni anda hər iki məqsədinə çatmağı planlayırlar. Amma onlar və onların havadarları unudurlar ki, hazırda 1990-cı ilin əvvəlləri deyil. Bu gün onların hansısa ssenarini gerçəkləşdirmək və yenidən hakimiyyəti mənimsəmək şansları sıfra bərabərdir. Bu gün güclü Azərbaycan ordusu ölkəmizin ərazisində ermənilərin vəziyyətin gərginləşdirilməsinə yönəlmiş istənilən cəhdinin qarşısını dərhal alacaq və Ermənistan növbəti dəfə revanşistlərin özbaşınalığının acı nəticələrini ödəmək məcburiyyətində qalacaq.

Moskva və İrəvan üçtəfəfli bəyanatın tərəfləri kimi üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədikləri təqdirdə rəsmi Bakı ciddi qərarlar qəbul etmək məcburiyyətində qalacaq. Bu isə nə Şərqi Avropa cəbhəsində xeyli qan itirən Rusiyanın işinə yarayacaq, nə də 44 günlük müharibənin ağır nəticələrini hələ aradan qaldıra bilməyən Ermənistanın. Nəticədə isə Azərbaycan 44 günlük m müharibə ilə olduğu kimi yenidən öz müqəddəratını ordusu gücünə həll edərək tarixci ərazilərinə qayıdışını təmin edəcək. Və heç kim zəmanət verə bilməz ki, bu hərbi əməliyyatlar sonrası regionda bir də Ermənistan adlı dövlətin mövcudluğu məsələsi aktual olaraq qalmaqda davam edəcək. /Milli.az/

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button