Top.Mail.Ru

ARAŞDIRMA

Paşinyanın KTMT oyunu: Bir daşla iki quş vurmaq planı iflasa uğradı – MÖVQE

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkədəki mitinqləri yatırtmaq üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qüvvələrindən faydalanmaq istədiyinə dair məlumatlar var.

KAİM.az bildirir ki,  Nikol Paşinyan Qazaxıstandan nümunə götürərək Kremldən KTMT qoşunlarının Ermənistana göndərilməsini istəyib.

Məlumata görə, KTMT-nin Moskva sammiti ərəfəsində Paşinyan bu quruma rəsmi sorğu göndərib.

Loading...
Yazının davamı reklamdan sonra

Hərçənd ki, KTMT-də təmsil olunan dövlətlərin Ermənistana münasibəti heç də xoş deyil. Dəfələrlə İrəvan müxtəlif ssenarilər üzrə bu təşkilatı proseslərə cəlb etmək istəsə də, bu xəyalları gerçəkləşməyib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqov deyib ki, Paşinyanın ölkənin daxilindəki iğtişaşları aradan qaldırmaq üçün KTMT-yə müraciət etməsi barədə məlumatlarda həqiqət payı çoxdur.

“Paşinyanın belə bir cəhdə baş vurması gözləniləndir. Bununla da o, oyun oynamağa çalışır”, – deyə Fuad Çıraqov əlavə edib.

Ekspert bildirib ki, Paşinyanın ölkədəki rusiyayönümlü qüvvələri KTMT qüvvələri ilə zərərsizləşdirmək niyyətinin hədəfi var:

“Məlumatlar düzdürsə, o zaman Paşinyan bir daşla iki quş vurmaq istəyir. Niyyəti budur ki, Kremlin liderliyi altında olan KTMT-ni rusiyapərəst qüvvələrin gözündən salsın. Bununla da Rusiyanın təsir dairəsində olan qüvvələrin fəaliyyəti zəifləsin və onlar məyus olsunlar”.

Fuad Çıraqov qeyd edib ki, Paşinyan əvvəldən bu müraciətinə “yox” cavabı alacağını da bilib.

“Sadəcə olaraq Paşinyan öz aləmində diplomatik gediş etmək istəyir. Ümumiyyətlə, Ermənistan KTMT-nin canlanmasında fəallıq göstərir”, – deyə Fuad Çıraqov fikrini yekunlaşdırıb.

Xatırladaq ki, yayılan məlumatlarda Paşinyanın müraciətinə Rusiyanın Prezident Administrasiyasının rədd cavabı verdiyi bildirilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button