Top.Mail.Ru

ARAŞDIRMA

TƏCİLİ! Moskvadan DƏHŞƏTLİ FİTNƏ – Tezliklə Xankəndində şahidi olacağımız HADİSƏLƏR

Ukrayna müharibəsi Kreml üçün nə qədər əsas hədəf olsa da, Qarabağı da unutmayıb və Ermənistandakı davamlı küçə etirazlarının hələ məqsədə çatmadığını hiss etdikcə, əlavə gərginlik ocağı yaratmaq üçün köhnə emissarlardan birini İrəvana göndərib. Qarabağ münaqişəsi yarandığı gündən Azərbaycana qatı düşmən kəsilən Rusiya Dövlət Dumasının deputatı, MDB ölkələri ilə iş üzrə Komitənin sədr müavini Konstantin Zatulin iyunun 1-dən 4-nə kimi İrəvanda səfərdə olub. Ukrayna müharibəsinin qızğın vaxtında Zatulin özbaşına İrəvana səfər etməyib. Məlumatda deyilir ki, “səfərin məqsədi Ermənistandakı mövcud ictmai siyasi vəziyyətlə və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə tanışlıqdır”. Amma, onun 4 gün ərzində keçirdiyi görüşlərə diqqət edəndə məlum olur ki, Zatulin Ermənistan rəsmiləri ilə deyil, məhz Qarabağ separatçıları ilə görüşüb, müzakirələr aparıb.

 

Məlumatda deyilir:“Konstantin Zatulin Dağlıq Qarabağ Respublikasının bütün keçmiş prezidentləri ilə görüşüb: Dağlıq Qarabağ Respublikasının birinci prezidenti Robert Köçəryan (1998-2008-ci illərdə Ermənistan Respublikasının prezidenti olub), Arkadi Qukasyan, Bako Saakyan, eləcə də DQR-nin hazırkı prezidenti Arayik Arutyunyanla. Deputat Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkov və Dağlıq Qarabağın rus icmasının rəhbəri Aleksandr Bordovla danışıqlar aparıb”.
Niyə məhz “Dağlıq Qarabağ”-ın keçmiş və indiki rəhbərləri ilə? Ermənistanın ictimai-siyasi vəziyyəti ilə tanış olmaq istəyən rusiyalı deputat keçmiş “Dağlıq Qarabağ” rəhbərləri ilə nə məqsədlə görüşür? Zatulinin “torbasındakı pişik” Qarabağ məsələsidir, İrəvan deyil. Üstəlik, Xankəndidə mövcud olmayan “rus icması”-nın rəhbəri Aleksandr Bordovla və rus hərbi kontingentinin Xankəndindəki komandanı general-mayor Andrey Volkovla da görüş, Zatulinin səfərinin kompleks planla zəngin olduğunun göstəricisidir və tezliklə bu səfərin tüstüsünün Xankəndidə çıxacağının şahidi ola bilərik.
 Rusiyanın növbəti fitnəkar siyasətinin birbaşa Xankəndi ilə bağlı olması daha çox ehtimal edilir. Keçmiş separatçı rəhbərləri bir araya gətirən Zatulin onların tezliklə Xankəndidə birgə tədbir keçirməsinin zərurliyinə inandırmağa çalışır. Separatçıların Rusiyaya müraciət etməsi ən çox ehtimal olunan məsələdir və müharibə bitəndən sonra belə bir addım atacaqlarını gizlətməyiblər də.  Nikol Paşinyanın Azərbaycanla apardığı danışıqları legitim saymayacaqları, qondarma”rus icmasının” Moskvaya vətəndaşlıqla bağlı müraciəti, ardınca da Qarabağ ermənilərinin onlarla həmrəylik nümayiş etdirərək RF vətəndaşlığı üçün Rusiya dövlətinə eyni müraciət qəbul etməsi Zatulinin təlimatları sırasında yer alan məsələlərdəndir. Zatulinin hərbi kontingentin rəhbərliyini İrəvana çağırıb görüşməsində məqsədin separatçı liderlərin Azərbaycan sərhədini qanunsuz keçməsinə və Xankəndidə keçiriləcək tədbirə şərait yaradılmasına, hətta qorunmasına dair göstərişlərlə bağlı olması inandırıcı görünür.
 Azərbaycan XİN Rusiya Dövlət Dumasının sədr müavini Konstantin Zatulinin 1-4 iyunda İrəvana səfərinə və keçirdiyi görüşlərə etirazını bildirməli, bu cür səfərlərin, keçirilən görüşlərin iki ölkə arasında sülhə xidmət etmədiyini vurğulamalıdır.
Brüssel prosesindən sonra əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün vaxt itirmədən ikitərəfli komissiyaların daha detallı şəkildə müzakirələrə başlanması, delimitasiya və demarkasiya işləri ilə bağlı hər bir razılaşmanın reallaşması üçün konkret zaman müəyyənləşdirilməsi əsas şərtlərdən biri olmalıdır.
İlham İsmayıl

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button