Top.Mail.Ru

ARAŞDIRMA

Bakı Limanı ilə Özbəkistanın limanları arasında yükdaşımalar 70 % artıb

Bakı Limanı ilə Özbəkistanın quru limanları arasında 2022-ci ilin yanvar-may aylarında yükdaşımaların həcmi 70,5 % artıb.

KAİM.az xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin rəsmiləri ilə Özbəkistanın nümayəndə heyəti arasında keçirilmiş görüşdə qeyd edilib.

Vurğulanır ki, cari ilin 5 ayı ərzində Özbəkistanla yükdaşımaların həcmi 242 min tondan çox olub. Bakı Limanının ümumi yük daşınmasında Özbəkistanın payı 2019-cu ildə 5 % idisə, 2021-ci ildə bu rəqəm 2 dəfə artaraq 10 % təşkil edib. Eyni göstərici cari ilin ayında da qeydə alınıb. Özbəkistanla aparılan yükdaşıma növlərinə təkərli nəqliyyat vasitələri, konteynerlər, quru yüklər, neft və neft məhsulları daxildir.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, görüşdə Özbəkistan nümayəndə heyətinin tərkibində investisiyalar və xarici ticarət nazirinin birinci müavini Laziz Kudratov, Nəqliyyat nazirinin müavini Casurbek Çoriyev, “Özbəkistan dəmir yolları” SC-nin İdarə Heyətinin sədr müavini vəzifəsini icra edən Akmal Kamalov, “Uztemiryulkonteyner” ASC-nin İdarə Heyətinin sədri Abdumalik Kamilcanov, Özbəkistanın Bakıdakı səfirliyinin, müxtəlif biznes şirkətlərinin nümayəndələri təmsil olunub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button