Top.Mail.Ru

ARAŞDIRMA

Özbəkistan – Azərbaycanın Mərkəzi Asiyada strateji müttəfiqi – ŞƏRH

Mərkəzi Asiya ölkələri Azərbaycanın ərazi bütövlüyü və suverenliyini daima müdafiə edib. Amma Özbəkistan bu baxımdan digər dövlətlərdən fərqlənir. Çünki onlar da bolşeviklərin dəstək verdiyi ermənilərin vəhşiliklərindən XX yüzilliyin əvvəllərində çox böyük əziyyət çəkiblər. Ermənistan indiyədək həmin illərdə törətdikləri cinayətlərə görə Özbəkistandan üzr istəməyib. Rəsmi Daşkənd SSRİ dağılandan 5 il sonra Ermənistanı tanısa da, indiyədək İrəvanda rəsmi səfirliyi fəaliyyət göstərmir. Bu, rəsmi Daşkəndin İrəvana qarşı mövqeyinin dəyişmədiyinin göstəricisi sayılır. Odur ki, Azərbaycanla Özbəkistan bir çox məsələlərdə ortaq olduqları kimi, Ermənistan və erməniliyə münasibətdə də ortaq yanaşmaya malikdirlər.

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistana dövlət səfərinə gedib. Yeri gəlmişkən, Azərbaycan lideri sonuncu dəfə 2010-cu il sentyabrın 27-28-də bu ölkədə rəsmi səfərdə olub. Builki səfər isə əvvəlkilərdən fərqlənir. Çünki Azərbaycan torpaqlarını işğaldan azad etmiş, Cənubi Qafqazın aparıcı dövlət olduğunu bütün dünyaya bir daha sübut etmiş ölkənin lideri olaraq Özbəkistana gedib. İlham Əliyevin 12 ildən, xüsusilə müharibədən sonra məhz Özbəkistana səfər etməsinin də böyük əhəmiyyəti var. Bu, ötən illər ərzində qardaş dövlətin Azərbaycanın haqq işini, ədalətli mövqeyini müdafiə etməsinə verilən dəyərdir.

Prezident İlham Əliyev nümayəndə heyətləri arasında keçirilən görüşdə bu məsələyə də toxunaraq ərazi bütövlüyünün bərpası işində Azərbaycanı dəstəklədiyinə görə ayrıca təşəkkürünü bildirib: “Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edirdi və mən Azərbaycan Prezidenti kimi qardaşım Şavkat Miromonoviçin qardaşlıq dəstəyini həmişə hiss edirdim. Bu bizim üçün çox qiymətlidir, bunlar bizim münasibətlərimizin tarixində unudulmaz hadisələrdir”. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də bu vacib məsələni vurğulayıb: “Bütün bu illər ərzində Özbəkistan beynəlxalq hüquq əsasında Azərbaycanın ərazi bütövlüyü mövqeyində möhkəm dayanıb. Biz mümkün olan hər yerdə bu barədə danışmışıq, həmişə bunu qətiyyətlə və sərt şəkildə dəstəkləmişik. Bu Qələbə münasibətilə qardaş Azərbaycan xalqını özbək xalqı adından və şəxsən öz adımdan bir daha səmimi-qəlbdən təbrik edirəm”.

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button