Top.Mail.Ru

ARAŞDIRMA

Fars molla rejiminin Azərbaycanda “İslam inqilabı”: İranın “hüquq müdafiəçiləri” yoxsa “AĞ AT”lıları…

Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra ölkəmiz Tehran molla rejiminin hədəfinə çevrilib. Baş verən olaylara istinadən nümunə olaraq bildirək ki, ötən illər ərzində molla rejimi ölkəmizdə dini mədrəsələr adı altında cəsus mərkəzləri , separatçı dindar məktəbləri və yaxud inanclı insanlar simasında gizli anti-azərbaycançılıq örgütləri yetişdirməkdədirlər. 

Müstəqilliyimizə əl uzadan Tehran yetgililərinin əsas məqsədi Azərbaycanı “islam inqilabı” adı altında “işğal” etmək məfkurəsidir .

Bu məqsədlə də İran xüsusi xidmət orqanları “Müsəlman Birliyi Hərəkatı”, “Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı”, “AİP” (Azərbaycan İslam Partiyası) və digər qurum və təşkilatlar yaratmaqla yanaşı həmçinin bir çox müxalif partiyalarda bu məqsədlərə xidmət edən şəbəkə formalaşdırmışdır .

Loading...
Yazının davamı reklamdan sonra

Beləki, 1 iyun 2018-ci ildə Gəncədə öncədən planlaşdırılan terror aksiyasının uğursuzluğa düçar olmasının ardından Yunus Səfərovun ölkəmizdə müxalifət adına kiçik qruplaşmalar çərçivəsində “həbsdə olan dindarların hüquqlarının müdafiəsi” aksiyalarını təşkli edən cəsus şəbəkəsi ilə yanaşı , Ermənistana məxsus KİV-lərdə və etnik separatizm siyasəti yürüdən sosial şəbəkələrdə Yunus Səfərov kimi din adı altında yürüyən terrorçuların hüquqları müdafiə etdilər . Bütün bunlar günümüzün reallıqlarından biridir.

Gəncə terrorundan dörd il sonra , İran xüsusi xidmət orqanları , Azərbaycanda vətəndaş müharibəsi yaratmaq məqsədi ilə Taleh Bağırzadə adlı cəsusun simasında “xüsusi əməliyyata” başladı . Ərdəbil, Urmiya, Farsabad, Qum şəhərlərinin din imamları Azərbaycana qarşı aqressiv mövqe tutaraq, ölkəmizi kafirlərlə işbirliyi tutduğunu və bizləri bunun üçün cəzaladıra biləcəklərini deyərək əndirabadi fətvalar verməkdən belə çəkinmədilər.

Həmçinin Yunus Səfərov olayında olduğu kimi yenə də “insan hüquq müdafiəçiləri ” adı altında gizlənmiş xain şəbəkə , iran tərəfindən yetişdirilmiş bir qrup dindar və özünü xalqın “ağ atlısı” hesab edən Əli Kərimli İran xüsusi xidmət orqanlarının tapşırıqlarına əsasən aksiyalar keçirtməyə başladı . Son nəticə hər kəsə məlumdur .

Ən son hadisələrə baxdıqda isə, sapı özümüzdən olan naqisin həbsdə açlıq elan edərək, haray – həşir qoparması, tərfdaşlarının isə Tehranda azadlıq tələb etməsi məlum şəxsin fars yalı ilə qərarlar almasını bir daha ortaya qoydu.Bu səbəbdən də iranlı ağalarından biri Cəfər Sübhaninin istəyi ilə Taleh Bağırzadə aclıq aksiyasını dayandırdı.

Bu irançı dindar separatçının pasportu bir daha təstiqləndi və dindarları ağ günə çıxaracağını iddia edən Talehin kimliyi və hara xidmət etdiyi aşkar oldu. Həmçinin İran fars molla rejimi gecdə olsa anladı ki,  Azərbaycan Dövləti ilə terror , hədə qorxu ilə danışmaq onun başı üçün deyil. Azərbaycan Dövləti Müzəffər Komandanın etibarlı əlindədir

GUNinfo.az Analitik Mərkəz

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button