Top.Mail.Ru

ARAŞDIRMA

TƏCİLİ! Putin SSRİ ilə bağlı şok təklifi QƏBUL EDİR – “Rusiya-Azərbaycan sərhədində…”

Rusiya Dövlət Duması tətilə çıxmadan öncə Prezident Vladimir Putin iyulun 7-də parlamentdəki fraksiya liderlərini Kremldə qəbul etdi. Putinin bu görüş vasitəsilə Rusiya və dünya ictimaiyyətinə mesajlar göndərməsinə ehtiyacı vardı. Görüşü “ölkədə partiyaların sayı çoxdur, vətən isə təkdir” cümləsiylə başlayan Putin bəri başdan partiya liderlərinin Ukraynaya qarşı işğalçı müharibəyə dəstəklərini təkrarlamalarını eşitmək istədiyinə eyham vurdu. Elə də oldu, çıxış edənlərin hamısı Ukraynaya qarşı işğalçı müharibəni dəstəklədi.

KAİM.az xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilib.

Mərkəzin ekspertləri Putinin sözügedən iclasdakı etiraflarına diqqət çəkiblər:

“Putin çıxışında 2000-ci illərin başında NATO-ya üzvlük barədə düşündüyü fikrini bir daha təkrarladı: “Onlar buna imkan verə bilməzdilər. Əksinə onlar Rusiyanın dağılmasını istəyir və bu məqsədlə ölkəmizdə terrorizmə, separatizmə və “beşinci kolona” dəstək verirdilər”.

Putin kollektiv Qərbin bu günə qədər Rusiyadakı “beşinci kolon”u maliyyələşdirdiyini bildirir. Halbuki Putinin “beşinci kolon” adlandırdığı bir qrup qeyri-hökumət təşkilatı kənar maliyyədən məhrumdur. Rusiyada kənardan maliyyə alan təşkilatlara qarşı sərt qanunlar qəbul olunub.

Putinin çıxışında iki etirafı da diqqət çəkdi. Birincisi, Rusiya prezidenti bildirdi ki, Donbasda müharibəni Rusiya deyil, Qərb başladıb:

“Kollektiv Qərb 2014-cü ildə Ukraynada çevriliş həyata keçirdi, Donbas əhalisinə qarşı genosid başladı”.

Putin bu cümlələrində yeni heç nə yoxdur. Putinin etirafı müharibə ifadəsi işlətməsiylə bağlıdır, halbuki Kerml sahibi və onun əsabələri Ukraynadakı müharibəni “xüusi əməliyyat” adlandırırlar. Putin ilk dəfə müharibəni məhz müharibə kimi qiymətləndirdi. Putinin ikinci etirafı Qərbin hədəfi ilə bağlı ifadə etdiyi cümlələr idi:

“Kollektiv Qərb Rusiyanı zəiflətmək üçün fürsət axtarırdı və bu onlara nəsib oldu, bizə qarşı müharibəyə başladılar, sanskiyalar tətbiq olundu”.

Putin bununla etiraf etmiş oldu ki, kollektiv Qərb Rusiyanı Ukraynada tələyə salıb. Bunun nəticəsidir ki, Putinin təbiri ilə desək, “kollektiv Qərb”in Rusiyaya qarşı nə az, nə çox 11 min 160 sanksiya qərarı var”.

Təhlildə Putinə SSRİ ilə bağlı verilmiş təklif də şərh olunub:

“Bu arada, Kremldə çıxış edən Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov Putindən xahiş etdi ki, SSRİ-nin qurulmasının 100 illiyi ilə bağlı Dövlət Dumasında müvafiq qanunun qəbuluna və ümumxalq bayramı kimi qeyd edilməsinə dəstək versin. Putinin Züqanovun bu təklifinə reaksiya verməməsi onu göstərir ki, Kreml sahibi SSRİ-nin təsisinin 100 illiyinin qeyd edilməsinin müsbət və mənfi tərəflərini götür-qoy edir. Putin bu təklifin reallığı əks etdirmədiyini və qonşu dövlətlərlə münasibətlərə zərər verəcəyini düşünsəydi, Züqanova elə yerindəcə mənfi cavab verərdi. Demək, Putin imperiyanı bərpası istəyindən imtina etməyib.

“Rusiya nədən Qazaxıstanı cəzalandırmaq istəyir” və ya “Rusiya nədən Ermənistanın Azərbaycanla sərhədinə yaxın hissəsində hərbi baza qurur” sualları üzərində düşünərkən Züqanovun təklifi və Putinin bu təklifə səssiz qalmasını unutmamalıyıq”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button