Top.Mail.Ru

ARAŞDIRMA

TƏCİLİ! Qarabağda antiterror ƏMƏLİYYATI: Bakının xəbərdarlığı, İrəvanın VƏDİ

Ermənistan Qarabağda qalan erməni ordusunun qalıqlarının çıxarılma prosesinin başlandığını elan etdi: Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sentyabra qədər prosesin başa çatacağını deyib.

İrəvanın prosesə indi başlaşması, yaxud bunu indi elan etməsinin səbəbi bəllidir:

– Prezident İlham Əliyev bildirdi ki, Rusiya iyun ayında erməni qoşunların Azərbaycan ərazisindən çıxarılacağı vədini verib, lakin icra edilmir. Əliyev dolayısı ilə anonsunu verdi, addımların da XİN rəhbərlərinin görüşünün nəticəsinə uyğun qərarlaşdırılacağını elan etdi;

Loading...
Yazının davamı reklamdan sonra

– Bayramov-Mirzoyan görüşündə Bakının əsas tələbindən birinin məhz bu olduğu bəllidir: Mirzoyana hərbi müstəvidə atıla biləcək addımlar izah olunub;

– Tiflis görüşündən dərhal sonra İrəvanın 10 noyabr bəyanatının 4-cü bəndinin icrasına başlaması da Bakının hərbi müstəvidə atacağı addımların qarşısını almağa hesablanıb.

Görünür, İrəvanda da, Moskvada da Bakının blef etmədiyini, erməni ordusunun qalıqlarının çıxarılmayacağı təqdirdə antiterror (buna “məcburetmə əməliyyatı” da deyə bilərik) əməliyyatının başlayacağını anlayıblar.

Hərçənd, bir məsələ açıq olaraq qalır: İrəvan Ermənistan ordusunun qalıqlarının hamısını çıxaracaq, yoxsa?..

Ermənistanın rəsmi açıqlaması müəyyən şübhələr yaradır: Qriqoryan bildirir ki, “44 günlük müharibə zamanı Qarabağa yerləşdirilən qoşunlar çıxarılır. Ermənistan ordusunun bir sıra birlikləri müharibə dövründə “müdafiə ordusunun” köməyinə gəlib, bu təbiidir”;

a) İrəvan münaqişənin mövcud olduğu dövrdə Qarabağdakı Ermənistan qoşunlarını separatçıların “müdafiə qüvvələri” adlandırırdı: bu açıqlama da həmin mövqeyin davamı kimi verilə bilər, yəni guya “Ermənistan bölgəyə qoşunları müharibə dövründə göndərib”;

b) İrəvan müharibə dövründə Qarabağa göndərdiyi qoşunları çıxara, müharibədən əvvəl bölgədə mövcud olan “hərbi birlikləri” separatçıların “ordusu” olaraq saxlaya bilər: Qriqoryan onları “bir neçə birlik” olaraq qeyd edir.

Qriqoryanın separatçıların qondarma “müdafiə ordusu”nun qalacağına dair dedikləri də çıxarılma prosesinin qeyri-şəffaflığı ehtimalını gücləndirir. Müharibədən sonra Qarabağa yerləşdirilən erməni əhalisinin sayını, Ermənistandan hərbi çağırış prosesinin dayanmasını, ümumilikdə “canlı qüvvə” resursunun azlığını nəzərə aldıqda, qondarma “müdafiə ordusu”nun mövcudluğunu praktiki olaraq davam etdirməsi çətin görünür. Bu baxımdan, Ermənistanın 44 günlük müharibə dövründə bölgəyə göndərdiyi birlikləri çıxarması, əvvəl yerləşdirilən birlikləri saxlaması ehtimalı mümkündür.

Bakının prosesə nəzarət imkanı:

Birincisi, bölgədə Ermənistan ordusunun nə qədər qüvvəsinin olduğuna dair informasiya Azərbaycan dövlətində formada var;

İkincisi, Paşinyan 10 noyabr bəyanatını imzaladıqdan sonra bunu “bölgədəki 20-25 minlik erməni hərbçisinin mühasirədən çıxarmaq” üçün etdiyini bildirmişdi: hazırda ən azı 15-20 min erməni hərbçisinin qalması mümkündür;

Üçüncüsü, Ermənistan qoşunları və hərbi texnikası Laçın dəhlizindən çıxarılacaq: Azərbaycan dəhlizdə vizual müşahidəni gücləndirə, prosesin dəqiqliyini yoxlaya bilər.

Asif Nərimanlı

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button