Top.Mail.Ru

ARAŞDIRMA

TƏCİLİ! Azərbaycan ordusu Xankəndinə DAXİL OLUR – Seperatçılar müqavimət GÖSTƏRMƏYƏCƏK

Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan silahlı erməni separatçı-terrorçu dəstələrinin tamamilə tərksilah edilməsi prosesi, təxminən 10 noyabr üçtərəfli anlaşmasının imzalanma tarixinin yaxınlaşan növbəti ildönümünə qədər yekunlaşa bilər… Bundan sonrakı mərhələ isə yəqin ki, yalnız Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına, yekun sülh sazişinin hazırlanıb, imzalanmasına indeksləşdiriləcək…

Cənubi Qafqazda “nə hərb, nə sülh” dövrü artıq sona çatmaq üzrədir. Bundan sonra regional proseslər yalnız nəticəsiz siyasi müzakirələrlə məhdudlaşmayacaq. İndi konkret addımların atılmasına yönəlik mərhələ daha ön plana keçməyə başlayıb. Və bu proses artıq geriyədönməz xarakter daşıyır.

Təbii ki, bütün bunları əsas səbəbi Azərbaycanın siyasi rəhbərliyinin qətiyyətli müövqeyi ilə birbaşa bağlıdır. Çünki rəsmi Bakı Ermənistanın sülh prosesini uzatma cəhdlərini bloklamaq qərarı verib. Yəni, rəsmi Bakı hesab edir ki, davamlı olaraq, müzakirələr aparıb, regional sülh prosesində nəticəsiz qalmaq dövrünü yekunlaşdırmağın vaxtı çatıb. Və artıq Ermənistanı sülh prosesini pozmaq imkanlarından birdəfəlik məhrum buraxmaq lazımdır.

Azərbaycan ordusunun “Qisas” antiterror əməliyyatının əsas hədəfi də əslində, məhz bu hədəfin reallaşdırılmasına hesablanmışdı. Həmin hərbi əməliyyatdan öncə rəsmi İrəvan özünü çox arxayın aparırdı, mövcud situasiyanın daha dəyişməz olduğuna inanmağa başlamışdı. Və bu, Azərbaycanın maraqlarına qətiyyən cavab vermirdi.

Loading...
Yazının davamı reklamdan sonra

Ona görə də, rəsmi Bakı Paşinyan hakimiyyətinə Azərbaycan ordusunun “dəmir yumruq” zərbəsinin növbəti dəfə xatırladılmasını vacib hesab etdi. Bunun real nəticələri də artıq mövcuddur. İndi Ermənistan cəmiyyətində ciddi panik durum yaşanır. Hətta erməni toplumu artıq Azərbaycan ordusunun yaxın gələcəkdə Ermənistan paytaxtı İrəvana qədər irəliləyə biləcəyini ciddi şəkildə müzakirə etməyə başlayıb.

1528745391_4e61f958d4a76fb410b67ebb35ebd14c.jpg (420 KB)

Bu baxımdan, hazırda Azərbaycanın Xankəndi və ətraf bölgəsi ətrafında cərəyan edən bütün proseslər artıq tamamilə rəsmi Bakının siyasi iradəsindən asılı vəziyyətdədir. “Qisas” antiterror əməliyyatından sonra rəsmi Bakı öz geopolitik iradəsini həm Ermənistana və erməni separatçılarına, həm də Cənubi Qafqazda maraqları olan supergüclərə qəbul etdirib. İndi hamı anlayır ki, rəsmi Bakının tələb-şərtlərini yerinə yetirmək lazımdır. Əks halda, Azərbaycan ordusu hərəkətə gətiriləcək və bütün mübahisəli məsələlər birmənalı şəkildə hərbi güc müstəvisində həll ediləcək.

Təbii ki, bu prosesdə Azərbaycanın əli olduqca güclüdür və rəsmi Bakı beynəlxalq hüquq normalarına istinad edir. Rəsmi Bakının atdığı bütün addımlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindədir. Və bu önəmli faktor Ermənistanın beynəlxalq himayədarlarının da müqavimət imkanlarını məhdudlaşdırır.

Digər tərəfdən, Azərbaycanın geopolitik arsenalında 10 noyabr üçtərəfli anlaşması da mövcuddur. Rəsmi Bakının atdığı addımlar da, irəli sürdüyü tələblər də məhz həmin anlaşma ilə tamamilə uzlaşır. Rəsmi İrəvan indiyə qədər 10 noyabr üçtərəfli anlaşmasını pozmağa çalışırdı, ən azından bu sənədlə öz üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmağa cəhd göstərirdi.

Ancaq “Qisas” antiterror əməliyyatından sonra Ermənistanın öz pozuculuq fəaliyyətini davam etdirmək şansları artıq qalmayıb. Çünki, rəsmi Bakı Paşinyan hakimiyyətinin xoşluqla yerinə yetirmək istəmədiyi 10 noyabr üçtərəfli anlaşmasını Azərbaycan ordusunun gücü ilə reallaşdıracağının açıq mesajını verib. Paşinyan hakimiyyətinin bu mesajı diqqətə almayacağı təqdirdə, Azərbaycan ordusunun növbəti addımlarını da anons edib.

xankendi-kollaj.jpg (762 KB)

Ona görə də, Paşinyan hakimiyyəti rəsmi Bakının Laçın dəhlizinə alternativ yoldan istifadə olunması üçün Ermənistana verdiyi konkret vaxta da riayət etmək məcburiyyətindədir. Yəni, həmin müddətin bitiminə qədər rəsmi İrəvan alternativ yoldan istifadə üçün bütün zəruri hazırlıqları sona çatdırmalıdır. Eyni zamanda, həmin müddət ərzində Laçın şəhəri və dəhlizin üzərindəki digər ərazilər tamamilə boşaldılıb, Azərbaycan ordusuna təhvil verilməlidir.

Artıq bu, qaçılmaz xarakter daşıyır. Ermənistan istənilən halda, rəsmi Bakının bu tələbini mütləq yerinə yetirməli olacaq. Çünki, Azərbaycan tərəfi bu məsələni Paşinyan hakimiyyəti ilə ümumiyyətlə, müzakirə belə, etmir. Rəsmi Bakı sadəcə, Ermənistanı buna məcbur vəziyyətə salıb.

Yəqin ki, avqust ayının sonlarına doğru Laçın dəhlizinə alternativ yol fəaliyyətə başlayacaq. Heç şübhəsiz ki, dəhlizin üzərindəki ərazilər, o cümlədən də Laçın şəhəri tamamilə boşaldılaraq, Azərbaycanın hərbi-siyasi dairələrinə təhvil veriləcək. Və bundan sonra regional sülh prosesinin daha da sürətlənməsi qaçılmaz olacaq.

Məsələ ondadır ki, hətta Azərbaycanın Xankəndi və ətraf bölgəsində müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı qüvvələri də Laçın dəhlizindən çəkilməyə və alternativ yol üzərində yeni nəzarət-buraxılış məntəqələri qurmağa başlayıblar. Bu isə o deməkdir ki, Rusiya da rəsmi Bakının siyasi iradəsini artıq qəbul edib və Ermənistanın da bu tələbləri yerinə yetirməkdən başqa çıxış yolu qalmayıb. Və ona görə də, bu prosesi müəyyən mənada yekunlaşmış hesab etmək də mümkündür.

Ancaq Azərbaycanın qarşıya qoyduğu hədəflər yalnız Laçın dəhlizinə alternativ yolun işə salınması ilə məhdudlaşmır. Böyük ehtimalla buna parallel olaraq, rəsmi Bakı Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazilərindən tamamilə çıxarılmasına da nail olacaq. Eyni zamanda, Xankəndi və ətraf bölgədəki silahlı erməni separatçı-terrorçu dəstələri də qısa müddət sonra Azərbaycan ərazilərini tərk etmək məcburiyyətində qalacaqlar.

Əks halda, Azərbaycan ordusunun növbəti antiterror əməliyyatı ilə erməni terrorçuların məhv ediləcəyi qətiyyən şübhə doğurmur. Rusiya sülhməramlıları da artıq erməni terrorçuları daha müdafiə edə bilmirlər. Rəsmi Bakı rus sülhməramlılara əhəmiyyət vermədən antiterror əməliyyatı keçirmək qətiyyətini artıq sübuta yetirib. Rusiya sülhməramlı qüvvələri komandanlığının da erməni separatçılara, onları müdafiə etmək səlahiyyətlərinə və imkanlarına malik olmadıqlarını bildirməsi barədə məlumatlar da mövcuddur.

Bütün bunlar onu göstərir ki, Xankəndi və ətraf bölgədə erməni separatizminin artıq sonu yaxınlaşıb. Hətta ehtimal etmək olar ki, bu proses təxminən 10 noyabr üçtərəfli anlaşmasının imzalanma tarixinin yaxınlaşan növbəti ildönümünə qədər yekunlaşa bilər. Və bundan sonrakı mərhələ yəqin ki, yalnız Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına, yekun sülh sazişinin hazırlanıb, imzalanmasına indeksləşdiriləcək.

Təbii ki, Azərbaycan-Ermənistan sülh prosesi də rəsmi Bakının şərtlərinə uyğun yürüdüləcək. Belə anlaşılır ki, rəsmi İrəvan bundan sonra mənasız “artsax” iddialarını bir kənara buraxaraq, yalnız Ermənistanı xilas etmək barədə düşünməli olacaq. İndi Ermənistanın Azərbaycana məxsus Xankəndi və ətraf bölgədə erməni separatizmini və terrorizmini dəstəkləmək şansı qalmayıb. Bu baxımdan, Azərbaycan ordusunun Xankəndi şəhərinə hər hansı müqavimətlə üzləşmədən girəcəyi günə o qədər də çox qalmayıb.

Musavat.com

Bənzər yazılar

Back to top button