Top.Mail.Ru

ARAŞDIRMA

“Ermənistanın yeni reallıqla barışmaqdan başqa yolu yoxdur” – RƏY

“Qeyri-neft sektorunun inkişafı prioritet məsələ kimi bu gün də həyata keçirilən iqtisadi siyasətin əsasında dayanır. Bu isə regionların inkişafını, onların malik olduğu potensialdan səmərəli istifadəni qarşıya mühüm vəzifə kimi qoyur”.

KAİM.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin sərəncamları ilə təsdiqlənən dövlət proqramlarının, inkişaf strategiyasının uğurlu icrası qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir: “Prezidentin mütəmadi olaraq bölgələrə səfəri, görülən işlərlə yaxından tanış olması, ictimaiyyəti narahat edən, düşündürən məsələləri onların özündən eşitmək istəyidir. Dövlət başçısı İlham Əliyevin avqustun 12-də İsmayıllı və Ağsu rayonlarına səfəri də bu baxımdan diqqətçəkəndir. Ölkə Prezidenti səfər çərçivəsində İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində günümüzün aktual məsələlərinə, görülən və görüləcək işlərə bir daha nəzər salaraq bu əminliyi ifadə etdi ki, gələcəyə nikbinliklə baxıram: “Bir daha demək istəyirəm, biz istədiyimizə həmişə nail oluruq. İstədiyimiz də odur ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibə olmasın, Azərbaycan uğurla inkişaf etsin, xalqımız yaxşı, firavan yaşasın.”

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Back to top button