Top.Mail.Ru

ARAŞDIRMA

“Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib, Ermənistan isə bəhanələrlə vaxtı uzatmağa çalışır”

“İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış geosiyasi reallıqlar Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunması üçün yeni imkanlar açıb. Azərbaycan 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatda üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. Lakin Ermənistan həmişəki kimi, müxtəlif bəhanələrlə vaxtı uzatmağa çalışır”.

KAİM.az xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Onun sözlərinə görə, 44 günlük müharibənin nəticələri, eyni zamanda, müharibədən sonrakı proseslər əslində Azərbaycanın Ermənistandan hərbi və iqtisadi baxımdan nə qədər güclü olduğunu nümayiş etdirdi:

Loading...
Yazının davamı reklamdan sonra

“Ermənistanın 30 il ərzində işğal altında saxladığı ərazilərin xarabalıqlara çevrilməsi, infrastrukturun tamamilə məhv edilməsi, yaşayış məskənlərinin dağıdılması bu ölkənin mahiyyətini ifadə edir. Bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərdə böyük layihələr həyata keçirir, hava limanları, yollar inşa edir. Ağıllı kəndlər, yeni və müasir şəhərlər qurur. Düşünürəm ki, qeyd etdiyim faktlar Azərbaycan və Ermənistan dövlətləri arasında fərqin göstəricisi olmaqla yanaşı, həm də bu torpaqların əsl sahiblərinin kimlər olduğunu görmək üçün kifayətdir”.

S.Məmmədov qeyd edib ki, bu gün müxtəlif regionlarda baş verən hadisələr, beynəlxalq münasibətlər sistemində nəzərə çarpan böyük dəyişikliklər yeni dünya düzəninin formalaşmaqda olduğunu göstərir:

“Hesab edirəm ki, beynəlxalq münasibətlər sisteminin xarakterində əhəmiyyətli dəyişikliklər baş verir. Praqmatizm, hərbi və iqtisadi potensial, proqnozlaşdırıla bilən xarici siyasət, qarşılıqlı etimada əsaslanan münasibətlər bu gün diplomatik əlaqələrin məzmunun müəyyən edən əsas amillərə çevrilib. Bu baxımdan, indi geosiyasi şərtlər tamamilə Azərbaycanın xeyrinədir”.

Deputat bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində yaşayan ermənilərin inteqrasiyası üçün indi daha yaxşı şərtlər və imkanlar yaranıb:

“Bu, tamamilə yeni bir situasiyadır və əslində fərqli bir prosesin başlamaqda olduğunu göstərir. Cənab Prezidentin də qeyd etdiyi kimi, indi Azərbaycan hakimiyyətinin Qarabağda yaşayan ermənilərə təsir imkanları daha da artır. Ona görə də, bu yeni vəziyyəti düzgün qiymətləndirmək, reallıqlarla barışmaq, perspektiv addımları bu reallıqlara uyğunlaşdırmaq lazımdır. Ermənistan hökuməti və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində yaşayan ermənilər bunu nə qədər tez anlasa bir o qədər yaxşı olar. İqtisadi, hərbi, siyasi və digər amillərin analizi zamanın daha çox kimin xeyrinə işlədiyini çox aydın şəkildə göstərir”.

Bənzər yazılar

Back to top button