Top.Mail.Ru

ARAŞDIRMA

TƏCİLİ! Rus ordusu Ermənistan ərazilərindən ÇIXARILA BİLƏR – “Nensi xalaları İrəvanı ALDADIR”

“Rəsmi İrəvan heç bir halda birtərəfli qaydada rus ordusunu Ermənistandan çıxara bilməz. Çünki 2044-cü ilə qədər qarşılıqlı olaraq ikitərəfli sənəd imzalanıb. Hər iki ölkənin parlamenti bu sənədi ratifikasiya edib. Əgər Vyana Konvensiyasına görə, dövlət birtərəfli qaydada razılaşmadan, müqavilədən çıxmaq istəyirsə, bunun üçün ona altı ay vaxt verilməlidir. Vaxtilə sovet ordusunun Azərbaycandan çıxarılmasına nəzər salaq; o vaxt Sovet Rusiyası ilə Azərbaycan arasında hər hansı bir müqavilə olmadığı üçün biz dərhal sovet qoşunlarını ölkəmizdən çıxara bildik. Amma hazırda rus ordusunun Ermənistandan çıxarılması sıfıra bərabərdir”.

Bunu Publika.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloq bildirib ki, Rusiya mətbuatında “rus ordusu Ermənistandan çıxarılır” fikirləri ermənilərin növbəti cəfəngiyatından və dezinformasiyasından başqa bir şey deyil:

Loading...
Yazının davamı reklamdan sonra

“Bu, erməni dezinformasiyası ilə yanaşı, həm də Amerikaya ismarışdır. Əgər ermənilər belə qoçaq idilərsə, öz sərhədlərinin keşiyində özləri durardılar. Hazırda İran-Ermənistan və Türkiyə-Ermənistan sərhədini də rus hərbçiləri qoruyur. 102-ci ordu birləşməsi Gümrüdə yerləşir, onların statusu ancaq Ermənistan dövlət kimi ləğv olunanda alınacaq. Bir sözlə, bu, mümkünsüzdür. ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana gəlişi Ermənistan-Rusiya münasibətlərini gərginləşdirmək xarakteri daşıyırdı. Vaşinqton bu səfərlə Bakı və İrəvan arasındakı gərgin münasibətlərdən yararlanmağa çalışır. Çünki bu ilin noyabrında ABŞ Konqresinin Nümayəndələr Palatasına seçkilər olacaq. İlkin proqnozlara görə, bu seçkiləri respublikaçılar udacaq. Nensi Pelosi isə demokratların nümayəndəsidir. 83 yaşlı bu xanım hakimiyyəti itirmək təhlükəsi ilə üzləşəndə, Amerikanı aşağılayan bu cür addımlar atır”.

Politoloqun fikrincə, digər tərəfdən, ABŞ-la İran düşmən mövqedə olsa da, Pelosi ilə İran prezidenti Rəsinin Azərbaycan-Ermənistan sərhədi ilə bağlı səsləndirdiyi fikirlər üst-üstə düşür:
“Bu da anlaşılan deyil. Bu məqamda mənim İranın baş mollasına bir sualım var, İsrail-Azərbaycan münasibətləri İranı narahat edirdi, necə olur ki, baş düşmən elan etdiyiniz ABŞ-ın Ermənistanla münasibətlərinin bu qədər isti olması rəsmi Tehranı narahat etmir?! Niyə hörmətli Xameneyi cənabları bu barədə fikir səsləndirmir?! Onu da qeyd etmək istəyirəm ki, Pelosinin İrəvana səfərində şəxsi marağı var. Onun Azərbaycana və Türkiyəyə göndərdiyi mesajların hamısı keçici məsələlərdir. Bu da keçəcək. Bu cür hadisələrə o qədər də diqqət yönəltmək lazım deyil. ABŞ başda olmaqla bir çox dövlətlərin Qafqaz siyasətini Azərbaycan öz qələbəsi ilə dəyişib. Bölgənin, o cümlədən, MDB-nin siyasi arxitekturası Azərbaycan tərəfindən dəyişdirilib. Ortada yeni reallıqlar var. ABŞ bu yeni dizaynı qəbul edə bilmirsə, bu, Birləşmiş Ştatların problemidir. Amma Vaşinqton da reallığı qəbul edəcək. İki aydan sonra ermənilər görəcək ki, Nensi xalaları onları aldatdı”.

Bənzər yazılar

Back to top button