Top.Mail.Ru

ARAŞDIRMA

TƏCİLİ! Arayik Xankəndidə dəhşətli təxribata START VERDİ – Ermənistan və Rusiya ilə birlikdə…

Ermənilər sülhməramlıların vaxtı bitənədək mümkün qədər çox “ruslaşmaq” istəyə bilərlər, amma başqa səbəblər də var…

Qarabağdakı ərazilərimizdə məskunlaşmış köçəri ermənilər Afrika çöllərində yağışdan sonra qumluğun altından çıxıb quruldaşan qurbağalar kimidirlər. Yəqin düşünürlər ki, Avropa və Amerikadakı son vaxtlar “yağış kimi yağan” dəstəklər bunları düşdükləri bataqlığından çıxaracaq. Belə olmasaydı, yenə köhnə günlərin havasına girməzdilər.

Ermənini qətiyyən zəifə almamaq lazım, lap dəmir yumruğunun altında olsa da, gözün üstündə olmalıdır. Nə edirlər, nə planlaşdırırlar, daima diqqət yetirmək gərəkdir. İndi yenə “quruldaşmaq” dediyim, Qarabağdakı qondarma rejimin ikili vətəndaşlıqla bağlı planıdır. Bunu Ermənistan vətəndaşlığı almaq üçün etmrlər, Rusiya ilə oyuna gedirlər. Prosesə isə artıq start veriblər.

1093253.jpg (39 KB)

Məlum olub ki, qondarma “artsax”da ikili vətəndaşlığı “konstitusiya səviyyəsində legitmləşdirməyə” başlayıblar. “Artsax konstitusiyası”nın yenilənmiş layihəsi artıq hazırlanıb və müvafiq saytda yerləşdirilib. Bildirilir ki, nə “Dağlıq Qarabağ Respublikasının” 2006-cı il “konstitusiyasında”, nə də 2017-ci ildə yenilənmiş variantda “artsax” ikili vətəndaşlıq məsələsi əks olunmayıb. İndi ikili vətəndaşlıq məsələsinin “konstitusiya səviyyəsində tənzimlənməsi” təklif edilir. “Milçək bir şey deyil, könül bulandırır” deyib, keçmək də olar bəlkə də…

İndiyədək 10-larla belə “qanunlar” çıxarıblar, “referendumlar” keçiriblər. Amma son aylar Xankəndində “erməni qazanını” yenidən qaynatmağa başlayıblar. “Liderləri” Avropanı, Amerikanı qapı-qapı gəzirlər, yenə “müstəqillik”, yenə “status” deyirlər. Yəni bu ikili vətəndaşlıq məsələsi qəfil ortaya çıxmayıb. Rusiya hərbi kontingenti bölgəyə gələn kimi tələsik rus dilinə “ikinci dövlət dili statusu” verdilər. Məsələyə primitiv yanaşsaq, deyək ki, rusiyalı milyarder Vardayan qəfil Xankəndidə yaşamaq fikirinə düşdüyünə və digər varlı erməniləri də Qarabağa çağırdığına görə ikili vətəndaşlığı “legitimləşdirirlər”. Amma daha geniş baxsaq, bu təhlükəli addımdır. Əvvəla, Qarabağı dünyanın dörd bir tərəfindəki hər cür zir-zibil erməni ilə doldura bilərlər. İkincisi, Azərbaycan sabah yeni yolda post qurub Qarabağa getmək istəyən “qeyri-vətəndaşları” geri göndərə bilər ki, bunu əvvəldən “ikili vətəndaşlıqla” sığortalaya bilərlər. Üçüncüsü, Rusiya vətəndaşlığı məsələsidir.

1441888745_pasport.jpg (69 KB)

Ermənilər Rusiya sülhməramlılarının vaxtı bitənədək mümkün qədər “ruslaşmaq” istəyə bilərlər. Rusiyada ikili vətəndaşlıq qadağandır, amma ermənilərin yeni ortaya atdığı “layihədə” bundan yayınmaq mümkündür. Hər halda, bunun arxasında daha hansı niyyətlər dayandığı ortaya çıxacaq. Rusiya erməniləri yenidən aldada da bilər, bundan bizə qarşı istifadə edə də…

Ermənistana gəlincə, biz haqlı olaraq Paşinyana “dəli yığıncağı” olan İrəvan siyasətində ağıllı hesab edirik. Amma getdikcə görünən mənzərə budur ki, sən demə, Paşinyanın qüsuru o birilərdən daha ciddidir. Bir var zır axmaq, bir də var ağlı gəlib-gedən. Paşinyan ikincilərdəndir. Ağlı bir gəlir, bir gedir… Bu hərdəmxayallıq deyil, nədirsə ciddi xəstəlikdir. Ürəkgetmə deyil, ağılgetmədir bu xəstəliyin adı…

Ermənistanın baş naziri gedir Brüsselə, adam kimi söz başa düşür. Qayıdır İrəvana, ağzına gələni danışır. Parlamentdə çıxış edib deyir ki, sülh imzalayacam, oradan çıxır başqa söz danışır. İndi də BMT-nin sessiyasında Azərbaycanı ittiham edib. “Azərbaycan Ermənistanın bütün cənub və şərqinin, hətta paytaxt İrəvanın da öz torpaqları olduğunu bəyan edir, müəyyən ərazimizi işğal altında saxlayır, dövlətçiliyimizə, müstəqilliyimizə və demokratiyamıza son qoymaq istəyir” deyib. Paşinyanın çərinləməsini boş verin, illərlə o tribunadan Azərbaycanın torpaqlarının işğal altında qaldığını, BMT qətnamələrinin icra olunmadığı ən yüksək səviyədə deyilib, amma heç bir faydası olmayıb. Nəhayət, Azərbaycan özü ərazi bütövlüyünü bərpa edib. Erməni baş nazir bunları yaxşı bilir, amma fərq ondadır ki, biz həqiqəti deyirdik, o isə yalan danışır…

1093182.jpg (27 KB)

Onun 20 dəqiqəlik çıxışında əsas tezislərdən biri sərhədə beynəlxalq müşahidə missiyası göndərilməsini istəməsidir. Nə missiya, nə müşahidə axı? Xəritə ortada, komissiyalar formalaşıb, qalır müzakirələri başlamaq və sülh sazişi ilə bitirmək…

Paşinyan isə geri qayıdıb, sərhəd qurulmasından, beynəlxalq müşahidədən danışıb. Ona görə deyirəm ki, Paşinyanda ağılgetmə xəstəliyi var, bir gəlir, bir gedir…

Nazim SABİROĞLU

Bənzər yazılar

Back to top button