Top.Mail.Ru

ARAŞDIRMA

İrəvana KTMT şapalağı GƏLİR – Ermənistanın son ümidi də BASDIRILIR

Kapitulyant ölkənin “Putin NATO”su ilə bağlı gözləntisi bu gün puç ola bilər; müttəfiqsiz qalan Paşinyanın qərarı nə olacaq?..

Bu gün İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT – “Rus NATO-su”) dövlət başçıları səviyyəsində sammiti olacaq. Rusiya Prezidenti Vladimir Putin bu tədbirə qatılmasaydı, yəqin ki, ona xüsusi diqqət də olmayacaqdı.

İkinci diqqətçəkən məqam Qərblə Rusiya arasında “sülh oyunu” oynamağa davam edən kapitulyant Ermənistanın sammitdən əsas gözləntisidir. Bu da ən əvvəl məlum sərhəd hadisələrinə görə Azərbaycanı ittiham edən hansısa ortaq sənədin qəbulu və İrəvana mümkün hərbi dəstəklə bağlıdır.

Lakin sammit ərəfəsində Rusiya Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçev Ermənistanı, Nikol Paşinyan hökumətini şoka salan fikirlər söyləyib. Rusiya dövlətinin mövqeyini ifadə edən Kosaçev bəyan edib ki, İrəvan nə Rusiyadan, nə də KTMT blokundan kömək gözləməməlidir, ona görə ki, Ermənistanla Azərbaycan arasındakı münaqişə təşkilatın səlahiyyətlərinə aid deyil.

“Başqa cür ola da bilməz. Vəziyyət yalnız bu kontekstdə inkişaf tapa bilər. Münaqişədə yalnız bir tərəfin dəstəklənməsi konflikti daha da gərginləşdirmək demək olardı. Sülh yolu ilə nizamlanma yolunu tutmaq və nizamlanma şərtlərinin bütün tərəflər üçün məqbul olmasına yardım göstərmək lazımdır”, – deyə Rusiya rəsmisi vurğulayıb.

Yuxarıdakı açıqlama İrəvanın KTMT-yə bağladığı son ümidinin elə İrəvandaca basdırılacağının anonsu sayıla bilər…

***

CİA şefinin Paşinyanla gizli anlaşmasının sirri açılır: Rusiya hərbi bazasının çıxarılması tələb olunur

“KTMT-də Azərbaycanın dostları Ermənistandan çoxdur”.

Prezident İlham Əliyevin srağagün YAP-ın yubiley tədbirində çıxışı zamanı söylədiyi, Kosaçevin bəyanatı ilə səsləşən və eyni günə təsadüf edən bu sitat isə İrəvanda “Rus NATO-su”na qarşı isterikanı daha da gücləndirib. Hətta təşkilatın İrəvan sammitini ləğv eləmək çağırışları səslənib.

Məsələn, Tevos Arşakyan ad-soyadlı erməni siyasi şərhçi məqaləsində Paşinyan hökumətini tədbirdən imtinaya çağırıb: “Nikol Paşinyan özünə və xalqına hörmət edirsə, məncə, nə qədər gec deyil, İrəvandakı sammiti dərhal ləğv etməlidir. Putini, Tokayevi, Lukaşenkonu burada qəbul edib büdcə pullarını onlara xərcləməyin nə faydası var, əgər onlar yenə Ermənistana qarşı Azərbaycanla dost münasibətdədirsə?”

Müəllif ardınca yazır: “Ermənistanın KTMT-dəki görüntü xarakterli üzvlüyünün anlamı artıq qalmayıb. Bu bataqlığı tərk edib Qərbə sarı kurs götürməyimizin vaxtıdır. Üstəlik, İrəvan daha qətiyyətli olarsa, ABŞ və Fransa bizə açıq şəkildə diplomatik, siyasi və iqtisadi yardım təklif edir. Bu harasıdır, Qərb bizi müasir silahlarla təchiz etməyə də hazırdır, bir şərtlə ki, Ermənistan KTMT-dən çıxsın. Ermənistandakı rusiyapərəst “beşinci kolon”un və “sabiq”lərdən olan marginalların ciyiltisinə nə qədər qulaq asmaq olar ki, guya Qərb tərəfə getsək, bizim üçün daha da pis olacaq, Rusiya bizi “yeyəcək””.

***

KTMT Azərbaycana təhlükədirmi - İlham Əliyevdən qəti mövqe və Akarın zəngi...

Əlbəttə, Ermənistanın Rusiya orbitindən uzaqlaşması yaxşı olardı – həm də Azərbaycanla sülh müqaviləsinin tezləşməsi baxımından. Bir şərtlə ki, bu, qonşu ölkənin müstəqilliyinin heç olmasa, bir azca artmasına gətirsəydi. Amma problem ondadır ki, ermənilər müstəqillik istəmir. Yalnız Azərbaycan və Türkiyəyə qarşı təzə “ağa” axtarır ki, həmin “ağa” da onun əvəzinə “miatsum” adlı sərsəm ideyanı təzədən canlandırsın, revanşizmə hərbi dəstək versin, lazım gəlsə, ermənilərin əvəzin türklərlə vuruşsun!

Bunu isə heç kim edəsi deyil. Heç Ermənistana ən yaxın sayılan Fransa da. Odur ki, hətta Fransa Senatının son məlum qərarı da erməniləri məmnun eləməyib. Artıq fransızları da ittiham eləməyə başlayıblar ki, rəsmi Paris, Makron yalnız boş bəyanatlar verir, “sözdən işə keçmir”.

Azərbaycan lideri isə bu xüsusda əlbəttə ki, gerçəyi deyib. Özü də söhbət təkcə KTMT-dən getmir. Ümumiyyətlə, Ermənistanla heç kim dost olmaq istəmir. Çünki tarix boyu ermənilər dost-müttəfiqini asanca satan nankor, xəbis, “ipinin üstünə odun yığmağın təhlükəli” olduğu etibarsız, yalançı, saxtakar və oğru bir toplum kimi özlərini dönə-dönə təsdiqləyiblər. Türkiyənin ardınca öz xilaskarları Rusiyaya belə xəyanət ediblər. Öz maraqları naminə bir qucaqdan başqasına atılıblar, “ağalarını” əlcək kimi dəyişiblər.

İndi də eyni havadadırlar. Bilmirsən nə istəyirlər. Hətta Türkiyə və Azərbaycan əleyhinə eyni vaxtda bir-birinin qənimi olan dövlətlərin (Rusiya, ABŞ, Fransa, İran) hamısı ilə müttəfiqi olmağa can atırlar. Bu da mümkünsüz bir iş. O səbəbə bir neçə “dovşan”ın ardınca qaçan Ermənistan faktiki dost-müttəfiqsiz qalıb. Daha doğrusu, bircə İran guya onun yanındadır. O da təbii ki, sırf öz maraqlarına görə. Üstəlik, İran rejimi indi öz hayındadır, ən çox özünün xilas haqda düşünür.

KTMT-dən isə danışmağa dəyməz. Orada Ermənistan faktiki “arabanın 5-ci təkəri” qismindədir. Odur ki, bu gün İrəvanın öz blok “dostları”ndan növbəsi siyasi şapalaq alacağına şübhə yoxdur. Beləcə, Ermənistan öz “ yağında bişməyə” davam edir…//Yeni Müsavat

Bənzər yazılar

Back to top button