Top.Mail.Ru
ARAŞDIRMA

SON DƏQİQƏ! Dünya birliyindən Parisə NÖVBƏTİ ŞİLLƏ – Fransız-erməni cütlüyünün XAİN CƏHDİ…- TƏHLİL

KAİM.az xəbər verir ki, Politoloq Fikrət Sadıqov Publika.az-a açıqlamasında Fransanın ermənipərəst bəyanatının qəbulunun qarşısının alınmasını Parisin BMT Təhlükəsizlik Şurasında rüsvayçı məğlubiyyəti və Azərbaycanın növbəti parlaq diplomatik qələbəsi adlandırıb.

“Fransa növbəti dəfə dünya birliyindən şillə aldı. Bunun təşəbbüskarı Azərbaycan oldu. Beynəlxalq ictimaiyyət, BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvləri də Fransaının necə ədalətsiz, qərəzli və riyakar olduğunu gördülər. Azərbaycan diplomatiyası bütün imkanlarından istifadə edərək Fransanı məhz onun öz meydanında rüsvayçılıqla başbaşa qoydu. Bu kimi iyrənc fəndlərlə geosiyasi oyunlar naminə Qafqaza soxulmağa çalışan Fransa başa düşmür ki, əksinə, hər belə addımı ilə regiondan daha da təcrid olur, Azərbaycan xalqı qarşısında pis və gülünc vəziyyətə düşür”.

Politoloq qeyd edib ki, dünya ölkələri yolun Azərbaycan tərəfindən bağlanmadığını çox yaxşı dərk edirlər:

“Fransa Laçın-Xankəndi yolundakı vəziyyəti “humanitar fəlakət” kimi təqdim edən riyakar və tam ermənipərəst mətn hazırlanmışdı. On gündür ki, mətn üzərində mübahisə gedir. Bizim ekofəallarımız heç bir yolu bağlamayıb, onlar, sadəcə öz tələblərini irəli sürürlər və buna da nail olmalıdırlar. Laçın yolundan hər iki tərəfə nəqliyyat hərəkət edir. Bu, müzakirə olunan bir mövzu da deyil. Fransa bunu süni şəkildə gündəmə gətirməyə çalışır. Bu, əslində Parisə bir təpkidir. Fransa özünü dünyada qeyri-adi ölkə hesab edir, lakin öz reytinqini itirən dövlət kimi tanınır. Belə halların baş verməsi birbaşa Fransanın imicinə zərbədir”.

F.Sadıqov fransız-erməni cütlüyünün bu addımlarını Rusiyaya xəyanət, ABŞ-ın dəstəyi ilə sülh müqaviləsi üzrə aparılan danışıqlara hörmətsizlik və bütövlükdə beynəlxalq ictimaiyyəti aldatmaq cəhdi adlandırıb.

Qeyd edək ki, Fransa-Ermənistan cütlüyü hələ 2022-ci ilin sentybarında baş vermiş hadisələrlə bağlı BMT TŞ-da sənəd qəbul etmək istəyirdi. O zaman bu baş vermədi. 44 günlük müharibə vaxtı da oxşar cəhdlər olmuşdu. Bunun özü Azərbaycana qarşı ayrıca bir haqsızlıqdır ki, BMT TŞ-nın 4 qətnaməsi ola-ola 30 ilə yaxın dövr ərzində Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycana qarşı təcavüzünə qarşı bir dəfə də olsun toplantı keçirmədi. Bunu qoymayanlardan biri də məhz riyakar Fransa idi.

Bənzər yazılar

Back to top button