Top.Mail.Ru
ARAŞDIRMA

Evləndiyi qadınlar da daxil olmaqla 70 min adamı edam edən İngiltərə tarixinin ən qorxunc kralı – FOTOLAR

Hədsiz dərəcədə sərbəstliyi ilə məşhur olan kral VIII Henri istədiyi qadınla evlənə bilməsi üçün yeni bir məzhəb yaradıb.
Qadın düşkünü olan kral şəxsi ambisiyaları naminə evləndiyi qadınlar da daxil olmaqla minlərlə insanın ölümünə səbəb olub. Kral VIII Henri ölümündən əvvəl etdiyi etirafla günahlarının çox böyük olduğunu qəbul edib.
Kral Henri, 1509 – 1547 illər arasında İngiltərəni bu gün hamımız üçün maraqlı olan tətbiqlərlə idarə edib. Henri ən çox edam əmrləri və Papa hakimiyyətinə qarşı çıxması ilə məşhur olub.
Kral VIII Henri taxta çıxanda İngiltərə xalqı bu yaraşıqlı gənci görməyə sevindi. İstedadlı bir musiqiçi olan Henri sənəti çox yaxından izləyən biri olub. Atasının iki keçmiş nazirini edam etməsinə baxmayaraq, hakimiyyətinin ilk illərində həm atası, həm də ingilis xalqı onun gördüyü işlərdən razı idi. 1520-ci illərdə kral Henri, Araqonlu Ketrin ilə evliliyinin istədiyi kimi getmədiyinə qənaətinə gəlib. Arvadı ona taxt varisi verə bilməyib. Artıq kralın qadınlara olan düşkünlüyü, eyş-işrət məclisləri haqqında sarayın xaricində də danışılırdı.
O dönəmdə kralın dini islahatlarına qarşı çıxanlar vəhşicəsinə cəzalandırıldı.
16-cı əsrdə İngiltərədə cadu və xəyanət kimi ittihamlar ölümlə cəzalandırılırdı. Xüsusilə, Henrinin islahatlarına qarşı çıxan rahibələrə işgəncə verilir və sonra onlar öldürülürdü. Kral VIII Henri ölkədəki bütün monastır şəbəkəsini məhv etmək istəyib. Demək olar ki, önünə çıxan hər kəsi öldürüb.
1536-cı ildə İngiltərənin şimalında qiyam başlayıb. Dövrün məşhur hüquqşünası olan Robert Askenin rəhbərliyi altında krala qarşı 40 min nəfər silahlanıb. Üsyançılar kral Henrinin Papa hakimiyyətinə qayıtmasını tələb ediblər. Kral Henri qiyamı yatırmaq üçün əmr verib. Qısa müddətdə şəhərdəki qiyam yatırılıb. Robert Aske də daxil olmaqla bir çox rahiblər qala divarına asılıb. Qiyamda iştirak edənlərdən bir çoxu xalqın gözü qarşısında qətl edilib, bəziləri isə diri-diri yandırılıb.
Bu ərəfədə kral Henrinin arvadı Anna Boleyn ilə münasibətləri pisləşməyə başlayıb. Henrinin ikinci arvadı olan Boleyn də krala varis verə bilməyib. Bunun ardınca kral Henri həyat yoldaşının ona xəyanət etdiyini deyərək onun edam edilməsini əmr edib. Lakin Anna Boleyn heç bir zaman krala xəyanət etməyib. Bu hadisə kral Henrinin nə qədər qəddar olduğunu bir daha sübut edib.
Kral Henri Anna Boleynin ölümündən 11 gün sonra üçüncü dəfə Ceyn Seymur ilə evlənib. Henrinin bu evlilikdən Edvard adlı bir oğlu olub. Ceyn Seymur oğlu dünyaya gəldikdən qısa bir müddət sonra öz əcəli ilə ölüb.
VIII. Henry
Ceyn Seymurdan sonra kral Henri 3 dəfə evlənib. Evləndiyi qadınların da sonu həbsxana və ölüm olub. Kral Henrinin qəzəbinə tuş gələnlər arasında bu gün yaxından tanıdığımız məşhur ingilis şairi, filosof Tomas Mor da var.
Tomas Mor İngiltərə hökumətinin Roma kilsəsindən qopmasına qarşı idi. O, eyni zamanda kralın birinci həyat yoldaşından boşanmasına da narazılığını ifadə edirdi. Nəticədə, Tomas Mor 1535-ci ildə vətənə xəyanət ittihamı ilə edam edilib.
VIII. Henry
VIII Henri taxtda olduğu müddətdə istənilən bir ingilis ölümlə üz-üzə yaşayırdı. Onun hakimiyyəti dövründə 70 min nəfərin edam edilməsi də bunun sübutudur. Kral Henri 1547-ci ildə qut xəstəliyindən vəfat edərək, ingilis taxtının ən qatil hökmdarlarından biri kimi tarixə düşüb.
QEYD: Qut xəstəliyi əvvəllər krallar arasında daha geniş yayıldığından kral xəstəliyi kimi tanınır. Bu xəstəlik ani şiddətli ağrı, qızarma və həssaslıq simptomları ilə ortaya çıxıb.(Musavat.com)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button