Top.Mail.Ru
ARAŞDIRMA

Vətənsiz Vardanyanın QAÇMAĞA YERİ QALMADI: iki çıxış yolu var – Azərbaycana TƏSLİM OLMAQ, yaxud…

Ruben Vardanyan yenə də “kişilənməyə” cəhd göstərib. “Vəziyyət nə qədər çətin olsa da, biz vətənimizi tərk etməyəcəyik”-deyən bu pulu çox, başıboşa kimsə sual etməyib ki, Qarabağ nə vaxtdan sənin vətənin olub, ara?! Yaxud da sən belə vətənsevəndinsə, bəs niyə Qərbin sanksiya siyahısına düşməməkçün günün birində sərvət qazandığın Rusiyanın vətəndaşlığından imtina edib, Xankəndiyə hoppandın?

Qarabağdakı ermənilərdən kimsə bu sualları ona verə bilmirlər, çünki mülki əhali çıxılmaz vəziyyətdədir, girovdur, cınqırını çıxara bilmir. Silahlılar, terrorçu-separatçı dəstələr də Vardanyanla cinayət ortaqlarıdır, onlara belə saxta bəyanatlar, s“arsaq”laşmalar çox lazımdır, dövranlarını sürməkdən ötrü. Rusiyanın hakim çevrələri də Vardanyan planının içində, yaxud da elə bu planın ideya müəllifi olduğu üçün mövzunu eşitməzdən gəlir.

Ruben Vardanyan son bir ay ərzində bəlkə hər gün bir-neçə dəfə ayrı-ayrı platformalarda “getməyəcəyik, döyüşəcəyik”, tipli sərsəmləmələri dilə gətirir. Bununla Qarabağdakı 25 minlik erməniyə ürək-dirək verir, onları sakitləşdirməyə çalışır. Azərbaycanlı ekofəalların 12 dekabrdan başlayan dinc aksiyasından sonra ermənilər arasında panika yaradan elə Vardanyanın özü olub, “blokadadayıq”, hay-küyünü salmaqla elə zənn edirdi ki, dünyanı Azərbaycan əleyhinə qaldırmağa nail olacaq. Amma bir də ayıldı ki, 44 günlük müharibədən sonra Xnkəndiyə Rusiya hərbçilərinin köməyi ilə güclə qaytardıqları mülki ermənilər yenidən İrəvana sarı qaçmağa hazırlaşırlar. Ondan sonra Vardanyan bir-birinin ardınca hətta xarici mediaya müsahibələrində dedi ki, 100 faizlik blokada yoxdur, hətta bizim “həyat yolumuz var”.

01-1.jpg (184 KB)

Bununla baş separatçı qarabağlı erməniləri sakitləşdirmək istədi. Çünki onlar dağılışıb getsələr, Vardanyan hansı “yaraya dərmandır?” Özü də Ruben öz xoşu ilə Xankəndiyə gəlməyib ki, Azərbaycan Prezidenti dediyi kimi, konkret təlimatla göndərilib. Bu mənada o, qarşısına qoyulmuş tapşırığı icra etməlidir. Təkcə Qarabağda deyil…Tək Qarabağ olsaydı, nə vardı ki? Vardanyan “dövlət naziri” kimi qarabağlı ermənilərə “gün ağlayandan” sonra “qəhrəman kimi”, “əl üstündə” Ermənistana aparılmalıdır, orada “Soros uşağı”nı əvəz etməlidir. Hədəf Ermənistan hakimiyyətidir. Rusiya əslində Nikol Paşinyanın əlindən boğaza yığılıb. Bu gün postsovet məkanında Ukrayna prezidentindən sonra Putinin əsəblərini tarıma çəkən ikinci şəxs Paşinyandır, bunu bilmək üçün İrəvandan Rusiya əleyhinə səslənən bəyanatlara, Gümrüdə, Rusiya hərbi bazası qarşısında keçirilən etiraz aksiyasına – sabah, 15 yanvarda ilin sayca üçüncü aksiyası olacaq – KTMT-nin Ermənistandakı təlimlərinə “yox” deyilməsinə, Avropa Birliyi “müşahidəçiləri”nin KTMT-nin “təsir zonası”nda olan ölkəyə dəvət edilib, üstəlik onların mandatının uzadılmasına və sair və ilaxıra baxmaq kifayətdir. İş o yerə çatıb ki, damarlarından erməni qanı axdığını İrəvanda bəyan edən Lavrov belə, bu gün Ermənistanı müdafiə üçün söz tapa bilmir. Amma Rusiya rəhbərliyi neçə vaxtdır Paşinyanı əvəzləyəcək kadr tapa bilmədiyi üçün Vardanyanı “yonub” oraya yollamağa qərar verib, təqribən “İvanişvilisayağı”. İndi görün bu, erməni milyarder özünü necə bir müşkülə salıb. Bəlkə də yatsaydı, Qarabağ yuxusuna da girməzdi. Amma nə etsin, ortada böyük pullar var. Təsəvvür edin, Rusiya rəhbərliyinin şərtlərini qəbul etməsə, bu ölkədə qazandığı pullar əlindən çıxa bilər. Eyni zamanda onu inandırıblar ki, Ukrayna müharibəsinə görə sanksiyalar altına düşən Rusiyanın “qara siyahı”ya salınan və əmlakı müsadirə edilən, pulları dondurulan milyarderləri sırasında olmaması üçün “vətəni keçi qiymətinə” satmaq lazımdır. O da satıb. İndi “vətən”dən dəm vuran səydəş! Hesanb edirdi ki, Ağdərənin qızılını da külçə halında daşıyıb aparacaq, yəni “kabab iyinə gəldi…” İndi təsəvvür edin, Vardanyan necə çıxılmazda qalıb: bir tərəfdən onu təlimatla Qarabağa göndərən Rusiyanın buradakı 1960 hərbçisini yedirtməlidir, ən azı vaxtaşırı onlara “görüm-baxım” etməlidir, Ağdərə mədənlərində işləyən şirkət də fəaliyyətini dayandırıb, deməli, Ruben “maya”dan yeyir. Digər yandan da səsinə səs verən yoxdur. Son günlər Xankəndiyə hava yolunun açılması üçün havadarlarına müraciətlər edirdilər. Amma hətta Fransa Milli Assambleyasının sədri İrəvanda Qarabağ separatçılarını göydən-yerə vuran açıqlama verdi, onların ümidini kəsdi.

1671169151_1093576.jpg (157 KB)

Çarəsizdirdlər, vurnuxurlar. Elə bu səbəbdəndir ki, Ruben Vardanyan bir neçə saat əvvəl Twitter-də “biz konstruktiv dialpoqa hazırıq”-nağılına başlayıb…Bəs, döyüşəcəkdin, Vartan, nə oldu!? Cəmi bir ay əvvəl “döyüşəcəyik” deyirdi, indi “dialoq”dan danışır. Səndən sonruşan varmı ayın neçəsidir? Başını başlara qoşmaq istəyirsən?..

Ruben Vardanyan faktiki olaraq ölüb, meyitini götürüb quyulayan yoxdur. Nikol Paşinyan onun Qarabağa nə üçün gəldiyini, daha doğrusu, göndərildiyini bildiyi üçün açıq şəkildə dedi ki, Qarabağ erməniləri özləri Bakı ilə dil tapsın. Yəni Vardanyan özünü ağıllı sayırsa, əvvəlcə 25 min ermənini bir yerə çıxartsın, sonra gəlib Ermənistandakı 2,5 milyona rəhbərlik edər.

Yanvarın 20-dən Qarabağ ermənilərinə hətta makaronu belə talonla verdirəcək. Təsəvvür edin, Laçın yolu açıq, amma Ruben erməni əhalini acından qırmaq istəyir, planını sonadək icra etməkdən ötrü. Günün birində ac ermənilər özləri onu çarmıxa çəkə bilər…

0CFD1634-57A2-4CF5-BB12-739F367F.jpg (74 KB)

Az öncə xəbər yayıldı ki, Vardanyan Qarabağdan qaçmağa hazırlaşır. Təbii ki, istəyərdi. Amma hara? Necə? Faktiki olaraq Ermənistanda “persona-non-qrat” elan olunub. Eyni zamanda Laçın yoluna nəzarət edən ekofəallarımız və müvafiq qurumlarımızın əməkdaşları da çətin ki, Vardanyanın oradan keçidinə imkan versinlər. Maraqlısı budur ki, hazırda Vardanyanla bağlı Paşinyanın mövqeyi Azərbaycanla üst-üstə düşür. Yəni onun Xankəndidən qaçmağa hazırlaşdığı xəbərini bizimkilərə elə Ermənistan hakimiyyəti özü ötürə bilər. Çünki Rubenin Ermənistana getməsi Nikola başağrısı demək olar. Vardanyanın qeyri-müəyyənlik halında Ermənistan yolu ilə Avropaya qaçması da müşküldür, araşdırıb, bu işin sonuna çıxa bilərlər və… Rusiyaya qayıdışı üçün yol qoymayıb, artıq Putin onu vətəndaşlıqdan çıxarıb, “üzüqara gəlin” misalındadır…Hava yolunun da açılmasına nail ola bilmədi, hətta Niderlandı da işə qoşsa belə, alınmadı.

Deməli, Ruben Vardanyan dar ayaqda məmnuniyyətlə qaçıb aradan çıxmaq istəyərdi, amma qaçmağa da yeri yoxdur…Sağ qalmaq istəsə, Azərbaycana təslim olub, “tora salındığını” etiraf etməklə, bəlkə də cəzasının yüngülləşdirilməsinə nail olar. Əks halda, siyirməsindəki tapançanın tək patronu “köməyinə” çata bilər…

Elşad Paşasoy

Bənzər yazılar

Back to top button