Top.Mail.Ru

ARAŞDIRMA

Terrorizm və diktator rejimini dəstəkləyən dövlətin MƏRAMI həqiqətən SÜLHDÜR?- ARAŞDIRMA

Günümüzdə Rusiya çox məmnun görsənir. Suriya, Aralıq dənizi və Cənubi Qafqazda baş verən münaqişələrə bu və ya digər formada qoşularaq qalib qismində iştirak edən Rusiyanın Qafqaz siyasətini, xüsusən Azərbaycana baxışını bir mənalı olaraq müsbət və ya mənfi qiymətləndirmək ilk baxışda düzgün olmazdı. Buna görədə tarixə müraciət etmək və real faktlara əsaslanmaq şərtdir. Rusların Qafqaza gəlişi işğalçılıq siyasəti, imperial maraqlar üzərində qurulmuşdur. Yəni ruslar Qafqazda işğalçıdır. Çar Rusiyasının işğalçı siyasətini keçmiş Sovetlər birliyi davam etdirmişdir. Özünü SSR-nin varisi hesab edən Rusiya federasiyası bu gün həmən siyasəti bərpa etməyə çalışır.

İkinci Qarabağ savaşının ilk günləri rəsmi Moskva bitərəf görsənməyə çalışsa da hər kəs rus zehniyyətinin nədən ibarət olduğunu gözəl bilirdi. Beləki , ruslar tərəfindən tarixi Azərbaycan torpağında yaradılmış süni Ermənistan adlı ölkənin məğlub olunması Moskva üçün qəbul edilməzdir. Bu səbəbdən, Ermənistanın məğlubiyyətinə saylı günlər qalmış, müharibənin 44-cü günündə ruslar peyda oldu. İlkin baxışda imzalanmış üç tərəfli bəyanat Azərbaycanın qalibiyyətini göstərirdi. Lakin günlər keçdikcə şərtlər və real hadisələr başqa mənzərə ortaya çıxartdı.

İlk ordan başlayaq ki, bəyanatın şərtinə görə Azərbaycan ərazisində erməni silahlı qüvvələri olmayacaq. Laçın dəhlizinə birgə rus-Azərbaycan qüvvələri nəzarət edəcək . Bu gün bəs vəziyyət necədir ?

Loading...
Yazının davamı reklamdan sonra

1. Erməni silahlı qüvvələri ərazimizi tərk etməyib və yenidən “ordu quruculuğuna” daha doğrusu terrorçu qrupların toparlanmasına başlanmışdır. 2.Laçın dəhlizinə Azərbaycan dövləti buraxılmır. 3. Xankəndində yenidən qondarma dövlət quruculuğuna başlanıb. Bu faktlar Rusiyanın sülməramlı deyil, işğalçı olduğunu sübut edir.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, birinci Qarabağ savaşında rusların dəstəyi və iştirakı ilə torpaqlarımız işğal edilmiş və Xocalı soyqırımı törədilmişdir. Ruslar olduğu yerdə sülh olmaz. Bu fikiri onlar dünyada törətdiyi əməllərə görə qazanıb. Bu yanaşmanı ədəbi dillə ifadə etsək ayıdan göyərçin olmaz!

Rusiyanın Suriyada aktiv şəkildə fəaliyyətinın nəticəsində, əli öz xalqının qanına batmış diktator Bəşər Əsədi dəstəkləməsi və ona hərbi dəstək verməsi vətəndaş müharibəsinin nəticəsinə təsir edərək gedişatı dəyişdirdi. Rusiya bu addımı ilə həm də dünya güclərinə öz varlığını və meydanda olduğunu nümayiş etdirdi. Bu gün Rusiyanın sülhməramlı adı ilə ölkəmizdə olması və işğalçı qüvvələri dəstəkləməsi eyni zaman da terrorçu başı Arayiki mühafizə etməsi Qafqazlarda öz varlığını hər kəsə göstərmək anlamına gəlir.

Eyni zamanda qeyd etmək lazımdır ki, Rusiya Suriyada və ikinci Qarabağ savaşında sərgilədiyi mövqeyi ilə öz müttəfiqlərini daha da özünə bağlamağı, yeni müttəfiqlər qazanmağı hesablayır və itirdiyi nüfuzu bərpa etməyə çalışır. Lakin görünən budur ki, ruslar gününümüzü, yeni dünya düzənini düzgün qavramır və yaxud qəbul etmək istəmir. Bir gün rus analar öz hökumətindən övladlarının onlara məxsus olmayan torpaqlarda ölmələrinin səbəbini soruşacaq. Həmçinin hər kəs rus imperializminin qoruduğu ölkələrdəki durumu görür. Ordakı vətəndaş-dövlət münasibəti və sosial durumun necə acınacaqlı olduğunu bilir. Belə olduğu halda xalqların rus qardaşlığını qəbul etmələri mümkünsüzdür. Yalnız rus himayədarlığını Bəşər Əsəd fikirli diktatorlar, erməni təfəkkürlü terrorçu qüvvələr qəbul edə bilər. Rusiyanın bu addımları onun dünya üçün nə qədər təhlükəli olduğunu açıq-aşkar sübut edir.

Bu bir faktdır ki, Azərbaycan dövləti iqtisadi baxımdan doxsanlardakı zəif, siyasi baxımdan isə səriştəsiz rəhbərliyin nəzarətində deyil. Bu gün güclü və qüdrətli dövlətimiz, uzaq görən siyasi rəhbərimiz var. İlham Əliyevin cəsarəti, davamlı ardıcıl siyasəti ölkəmizi bütün xarici təhlükələrdən qoruyacağına və dövlətimizin daha da inkişaf edəcəyinə vətəndaşlarımızda inam yaradır. Bu inamımızın mənbəyi, otuz ildən sonra işğaldan qurtarılmış ərazilərimiz, dünya gücləri arasındakı nüfuzumuz və inkişaf etməkdə olan iqtisadiyyatımızdan qaynaqlanır. Biz inanırıq ki, Xankəndi, Xocalı, Xocəvənd, Ağdərə Azərbaycandır !

“KAİNAT” Analitik İnformasiya Mərkəzi

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button