Top.Mail.Ru
ARAŞDIRMA

Xocalı soyqırımını Parisdəki gözəli ilə “qeyd” edən Əli KƏRİMLİ mirzəsi və Fransanın “DEMOKRATİYA” hekayəti

Ermənistanı revanşa hazırlayan Fransa əslində erməni xalqı üzərindən özünün məkrli Qafqaz siyasətini icra etməyə çalışır. Fransızlar tarixən öz qazancları uğurunda qətliamlar törətmişdir. Beləki, Əlcəzairin fransızlar tərəfindən işğal edilməsi və soyqırıma məruz qalmasının pərdə arxası maraqlı tarixçəsi var.

Osmanlı imperiyasının, şimali Afrika ölkələri üzrə rəhbəri olan ‘’DAYI’’ ləqəbli Hüseyn Paşa ilə Fransız konsulu arasında baş verən mübahisə sonda bir xalqın fəlakətilə sona çatmışdır. Əlcəzair tacirlərinin Fransaya göndərdikləri buğdanın pulunu ala bilmədiyinə görə Hüseyn Paşa ilə Fransız konsulu arasında sərt mübahisə baş verir və bu zaman Hüseyn Paşa əlində olan yelpic ilə fransız Konsulu vurur.

Bu hadisə Əlcəzair xalqının soyqırıma məruz qalması ilə nəticələnir. Ən yeni tarixdə isə Liviya xalq cəmahiriyyəsinin rəhbəri Muəmmər Qəddafi öz pulunu Fransa prezidenti Sarkozidən tələb etdiyinə görə ərəb baharı çərçivəsində devrilərək linç edilir. Fransızların insan hüquq və azadlıq sevdasının əsas mahiyyəti budur.

Fransızlarla bağlı başqa bir tarixi fakt var. 1944 cü ildə Fransanın şimalında yerləşən Normandiya bölgəsinin alman ordusundan azad olunması üçün ABŞ və İngiltərə hərbi komandanlığı tərəfindən Overlord adlı əməliyyat tərtib olunmuşdur. Ağır döyüşlərdən sonra yuxarıda adı çəkilən bölgə tam olaraq ABŞ və Britaniya ordularının nəzarətinə keçmişdir. Hərbi əməliyyatlar nəticəsində ABŞ və ingilis orduları tərəfindən bir çox alman əsgər və zabiti əsir alınmışdır. Əsirlər arasında almanlar tərəfindən savaşan fransız kalabraçanistlərdə (düşmənlə əməkdaşlıg edən şəxs) olmuşdur.

Overlord əməliyyatı tam bitdikdən sonra, hələ 1940-cı ildə alman işğalı ilə barışmayan və həmin ildən etibarən Britaniya adasına qaçan ingilis və ABŞ orduları ilə birlikdə Vermaxta (alman ordusu) qarşı savaşan fransız azadlıq ordusunun əsgər və zabitləri də vətənlərinə dönmüşlər.

Həmin zabitlər arasında Fransa respublikasının gələcək milli qəhrəmanı olan general Leklerk də olmuşdur. Normandiyanın azad olunmasından bir neçə gün öncə general Leklerk əraziyə gəlmiş, burada alman ordusu ilə birlikdə müttəfiqlərə qarşı savaşan otuza yaxın fransız əsiri görmüşdür. Həmin əsirlərdən birinə yaxınlaşaraq ondan utanmadan işğalçı alman ordusunun əsgərinin hərbi paltarını niyə geyindiyini soruşmuşdur. Fransız əsir isə general Leklerkə cavab olaraq  fransız ordusunun generalı olduğu halda utanmadan ABŞ ordusunun sıravi əsgərinin hərbi geyimində olmasının səbəbini soruşmuşdur. Belə cavabı özünə təhqir bilən Leklerk bir nəfərin cavabına görə əsir düşmüş otuz nəfərlik fransız kalabraçanistlərin sorğu-sual olmadan güllələnməsini əmr etmişdir.

Fransa alman işğalından azad olunduqdan sonra  alman əsgər və zabitləri ilə işğal zamanı eşq yaşamış beş minə yaxın fransız qadın fransız partizanlar tərəfindən güllələnmişdir. Maraqlıdır ki, indiyə kimi Avropanın bir çox insan hüquq təşkilatları, əsasəndə feministlər fransız höküməti qarşısında bu məsələni qaldırsada hökümət nümayəndələri bunu eşitməzdən gəlirlər.

Yəqin, bu faktları çoxları bilir. Lakin hansısa səbəblərə görə susurlar. Ən acınacaqlısı budur ki, bu gün fransız faşistləri demokratiyanın qoruyucusu kimi təbliğ edilir. Belə qruplar dünyanın müxtəlif nöqtələrində o, cümlədən bizim ölkəmizdə də mövcuddur. Özünü müxalif partiya sədri adı altında maskalayan Əli Kərimli və onun dərnəyi fransızların təbliğatını aparan əsas qüvvədir. Əli Kərimlinin əsas mirzələri olan Qənimət Zahid və Natiq Ədiloğlu bu xüsusda öndə getməyə çalışırlar.

Xalqımızın soyqırım günü 26 fevralda eyş-işrət məclisi təşkil edən mənəviyyatsız Qənimət Zahiddən geri qalmamaq üçün Ədil kişinin oğlu Natiq əmisi qızı olan həyat yoldaşını cəmiyyət üçün hansısa qaranlıq səbəbdən Bakıda qoyaraq başqa bir gözəl ilə Parisə getmişdi.

Bu olaylar Kərimli və dərnəyinin mənəvi göstəricisidir. Mənəviyyatsızların xalq, dövlət deyib ağlamaları bir növ fransızların azadlıq hayqırığına bənzəyir. Qətliamlar və soyqırımlar törədən fransızların təbliğatçısı olan Kərimli dərnəyinin əsl mahiyyəti budur. Tarix və xalqımız bu tip ünsürləri heç zaman qəbul etməyib və etməyəcəkdə !

“KAİNAT” Analitik İnformasiya Mərkəzi

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button