Top.Mail.Ru
ARAŞDIRMA

İranın Azərbaycanla bağlı ŞOK PLANI – Sərhədimizə buna görə QIRICI GÖNDƏRİB – TƏHLİL

“İran təyyarəsinin sərhədimizə yaxın uçuş həyata keçirməsinin məntiqi budur ki, Tehran Azərbaycanı, Türkiyəni və Azərbaycan-İsrail strateji tərəfdaşlığını test edir”.

KAİM.az Publika.az-a istinadən xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, Tehran ilk növbədə Azərbaycanın və Türkiyənin təxribata reaksiya gücünü test etmək istəyir:

“Türkiyə dəhşətli zəlzələnin nəticələrini aradan qaldırmaqla məşğuldur, eyni zamanda prezident və parlament seçkiləri kampaniyasına start verilib. Tehran hesab edir ki, Ankaranın başı qarışıqdır.

Bu arada, İsrail-İran gərginliyi artıb. İsrail rəsmiləri İranın nüvə silahı əldə edəcəyinə imkan verməyəcəklərini açıq bildiriblər. İran isə uranı zənginləşdirməkdə davam edir. Toqquşma qaçılmaz ola bilər. Tehran Azərbaycan-İsrail strateji əməkdaşlığından ehtiyatlanır. Rəsmi Bakı dəfələrlə bildirib ki, üçüncü dövlətlərin Azərbaycan ərazisindən İrana həmlələrindən istifadəsinə icazə verməyəcək. Tehran buna inanmır. Tehran Azərbaycana qarşı təxribatların miqyasını o həddə çatdırıb ki, bizi ABŞ və İsrailllə daha sıx hərbi əməkdaşlığa sövq edir”.

Xatırladaq ki, 11 mart 2023-cü il tarixində İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib. Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub.

İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq etiraz notası təqdim olunub.

Bənzər yazılar

Back to top button