Sərhəddə son döyüşdən sonra Bakıdan İrəvanı “MAT” edən GEDİŞ – TƏHLİL

Birincisi, beynəlxalq oyunçulara hərbi eskalasiyada yox, sərhədin müəyyən edilməsində maraqlı olduğunu göstərir;
İkincisi, danışıqların yeni raundunda delimitasiya tələbini ön plana çıxarmağa hazırlaşır;
Üçüncüsü, delimitasiyanı (xəritələr üzərində) birtərəfli qaydada müəyyən edərək, növbəti görüşdə gündəliyə daxil edə bilər;
ABŞ və Rusiya yeni görüşün keçirilməsi istiqamətində çalışır. Məlumatlara görə, Azərbaycan və Ermənistan liderləri mayın ikinci yarısında Vaşinqtonda görüşə bilərlər. Həmin vaxta qədər Rusiyanın tərəflərin görüşünü təşkil etməyə çalışacağı istisna deyil, Zaxarova da bununla bağlı konsensusun olduğunu açıqladı. Delimitasiya hər iki masadakı sülh gündəliyinin tərkibinə daxildir. Və növbəti görüşün kimin tərəfindən təşkil edilməsindən asılı olmayaraq, rəsmi Bakı sərhədin müəyyənləşdirilməsini aktuallaşdıracaq. Bu, həm də Laçın dəhlizinin Ermənistan sərhədinin başlanğıcında nəzarət-keçid məntəqəsinin qurulması baxımından da vacibdir.
Asif