Top.Mail.Ru
ARAŞDIRMA

Afrika ölkəsində böyüyən Azərbaycanlı QADIN-Səhradakı SİRLİ OLAY

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs Fransa və dünya ədəbiyyatının ən məşhur zabitlərindən biridir.

KAİM.az Oxu24.com-a istinadən xəbər verir ki, Bahiyyə Naxçıvani 1948-ci il fevralın 24-də İranda anadan olub. Amma ailəsinin 1951-ci ildə köçdüyü Afrika ölkəsində – Uqandada böyüyüb. Ailəsi Afrika ölkələrində mənsub olduğu bəhai inancının təbliği ilə məşğul olub. Atası Əli Naxçıvani azərbaycan əsillidir.

Bəhiyyə Naxçıvani 1971-ci ildə İngiltərənin York Universitetindən İngilis dili və ədəbiyyatı üzrə məzun olub. 1978-ci ildə ABŞ-ın Massaçusetts Universitetində doktoranturasını tamamlayıb. Belçikada Avropa və Amerika ədəbiyyatından dərs verib, daha sonra Fransaya köçərək fəaliyyətini burada davam etdirib.

Naxçıvani 1979-cu ildə bəhai təriqətinin dəyərləri baxımından uşağın tərbiyəsindən bəhs edən “Biz böyüyəndə” adlı kitab yazıb. Bu dinə əsaslanan və ondan ilham alan üç başqa kitabı da qələmə alıb: “Cavab” (1981), “Dörd adada” (1983) və “Suallar: Fundamentalizmə qarşı çağırış” (1990).

Səhradakı sirli olay

2000-ci ildə nəşr olunan ilk romanı “Heybə” beynəlxalq bestseller olub. Bu əsərində 1844-1845-ci illərdə Məkkə və Mədinə arasındakı həcc yolu boyunca – bir səhranın ortasında sirli heybənin əldən ələ keçdiyi bir gün ərzində baş verən hadisələri təsvir edir. Heybə əllərinə keçən bütün insanların taleyini dəyişdirir. Müəllif bir müsahibəsində bu kitabı yazarkən, dünyadakı zəngin dini ənənələrin müxtəlifliyini və hamının sahib olduğu ümumi ruhani ruhu insanlara çatdırmaq istədiyini söyləmişdi.

Kağız axtaran yazıçı

2004-cü ildə çap olunan ikinci romanı “Kağız” bir yazıçının xəyallarından bəhs edir. Bu, yazmaq üçün kağız axtaran bir yazıçının mərkəzində dayandığı alleqoriyadır. Olaylar 1847-1848-ci illərdə İranın kiçik bir sərhəd qəsəbəsində baş verir. Əsər beş yuxu ətrafında simmetrik şəkildə qurulub. Bəhiyyə əsəri yazarkən mistik dünyagörüşündən də yararlanıb.

Üsyankar şairin edamı

Kitab 2007-ci ildə fransız və italyan, 2008-2009-cu illərdə isə koreya və ispan dillərinə tərcümə edilib. 2008-ci ildə “Latifeh Yarshater” mükafatına namizəd göstərilib.

Dördüncü romanı “Biz və onlar” 2017-ci ildə nəşr edilib. Bu, İran diasporu haqda çağdaş bir satiradır. Əsər fars psixikasının çoxsaylı cəhətlərini əks etdirir.

Pol Osterlə

Bəhiyyə Naxçıvani 2007-ci ildə aprelin 4-də amerikalı yazıçı Pol Osterlə eyni vaxtda Belçikanın Lej Universitetinin “Fəxri Doktor”u (“Honoris Causa”) adını alıb.

Yazıçı hazırda Fransanın Strasburq şəhərində yaşayır.

Teokratın qəzəbi

Bəhiyyə Naxçıvaninin əsərləri müxtəlif mədəniyyətlərə, tarix və vətən məsələlərinə həsr olunub. Bir sıra əsərlərində etniklərin assimilasiyaya uğradılmasına da toxunub. O, bədii və elmi yaradıcılıqla yanaşı, sənədli filmlər üçün ssenarilər də yazıb. İrandakı teokratik tərəfindən məhdudlaşdırılan bəhai inancı haqda beynəlxalq təşkilatların tribunalarından və universitetlərdə mühazirələr oxuyub. Kitabları bir çox dillərə tərcümə edilib.

Həqiqətin axtarışında

Bəhiyyə Naxçıvani bəhaidir, bununla yanaşı, əsərlərində bir çox digər dini anlayışlara rast gəlinir. Müəllif üçün inancı və yaradıcılığı arasında heç bir fərq yoxdur və yazdıqlarının quruluşu həmişə bəhai anlayışlarını əks etdirir. Yazıçının əsas mövzuları – köç, mühacirət, kimlik və diaspordur. Bir sözlə, müəllif bildikləri barədə yazmağa can atır və romanlarının əksəriyyəti səyahətlər və macəralardan bəhs edir. Yazısına təsir göstərən əsas anlayışlardan biri nisbilik, həqiqətin davamlılığı və mütərəqqi mahiyyət anlayışıdır. Əsərlərində tapıla bilən başqa bir bəhai anlayışı, həqiqətin qavranılmasıdır. Naxçıvaniyə görə, həqiqət o qədər geniş, o qədər böyükdür ki, biz onu yalnız qismən və hətta ondan da az-az hiss edə bilərik.

KAİM.az

 

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button