Top.Mail.Ru
ARAŞDIRMA

ABŞ və Rusiya arasındakı soyuq müharibənin YENİ FAZASI: Bayden Putinə niyə “qatil” DEDİ ?-ARAŞDIRMA

Baydenin ABŞ prezidentinin səlahiyyətlərini icra etməyə başlamasından sonra, Putinlə “haqq-hesabının” olacağını ehtimal edirdim. Co Bayden “ABS News” kanalının jurnalisti Corc Stefanapulosa verdiyi müsahibədə Putinə açıq-aşkar “qatil” dedi və qısa vaxtda Rusiyanın 2020-ci ildə ABŞ-dakı seçkilərə müdaxilə etdiyi üçün bədəl ödəyəcəyini bildirdi. Rusiya dərhal ABŞ-dakı səfiri Anatoli Antonovu konsultasiya üçün Moskvaya çağırdı. Baydenin müsahibəsindən çox keçməmiş Ağ Evin sözçüsü Psaki dedi ki, Rusiya ilə bundan sonra münasibətlər Tramp zamanınkından fərqli olacaq və ruslar etdiklərinin cavabını verəcəklər.

Baydenin prezidentliyinin 100 günü hələ tamam olmayıb. Lakin o, FTB-in Rusiyanın 2020-ci il seçkilərinə müdaxiləsi haqqında 15 səhifəlik hesabatını oxuyub. Hərçənd ki, bir müddət əvvəl Bayden Putinlə telefonla görüşərək, iddiaların isbat olunacağı təqdirdə, Vaşinqtonun buna adekvat cavab verəcəyini demişdi. Görünür, yuxarıda vurğuladığım 15 səhifəlik FTB hesabatında ciddi sübutlar var. Hətta Bayden telefon danışığında Putinə “Sən məni tanıyırsan, mən də səni. Əgər, iddiaların həqiqət olduğu bilinsə, buna hazırlıqlı ol” demişdi.

Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova da deyib ki, Bayden Putinə “qatil” deməklə adminstrasiyasının nəyi bacardığını nümayiş etdirib. Zaxarovanın dediklərindən belə çıxır ki, Rusiya əsla ABŞ-la münasibətlərin pisləşməsində maraqlı deyil. Zənnimcə, Bayden adminstrasiyası Rusiya ilə münasibətlərdə daha direkt olacaq; Trampdan fərqli olaraq, Putinin ipə-sapa yatmayan siyasi iddialarına tolerantlıq göstərilməyəcək, Rusiyada insan haqqlarının durumu və Navalni mövzusu həmişə diqqət mərkəzində olacaq. Yəqin ki,ABŞ-ın Rusiyaya qarşı sanksiya siyasəti daha da sərtləşəcək.

Başqa diqqətimi çəkən məqamı da vurğulayım ki, Baydenin “qatil” ifadəsi həm də ABŞ-ın Avropadakı müttəfiqlərinə yönəlib. Yəni, mən Putini qatil adlandırıramsa, siz də bu avtoritar şüara qarşı Avroatlantik məkanın vahidliyini unutmamalısınız.

Digər tərəfdən, ABŞ-ın Rusiya ilə ortaq maraqlarının olduğunu da vurğulamalıyam. Məsələn, nüvə silahlarının ixtisarını nəzərdə tutan “News Start” müqaviləsi var. Bu müqavilə uzaq perspektivdə hər iki ölkəni birgə çalışmağa vadar edir. Həqiqət bundan ibarətdir ki, Rusiya 2016-cı il seçkiləri dövründən ABŞ-ın daxili siyasətinə müdaxilə edib. Ehtimal edirəm ki, ABŞ Ticarət Departamenti Rusiyaya qarşı ixracat qısıtlamalarını genişləndirə bilər.

Bayden adminstrasiyasına görə, Rusiya daxili və xarici oppanentlərinə qarşı zəhərli maddələrdən istifadə etməklə, bir sıra müqavilələri də kobudcasına pozur. FTB-in 15 səhifəlik hesabatında göstərilir ki, ötən ilin 3 noyabrında ABŞ-da keçirilən prezident seçkiləri ərəfəsində Rusiya hakimiyyəti ukraynalıların vasitəsilə Baydenə qarşı yalan propaqanda aparıb və buna birbaşa elə Putinin özü rəhbərlik edib. Gördüyünüz kimi, bu, olduqca ciddi ittihamdır və birbaşa olaraq əsas hədəf Putin göstərilir.

Xatırladaq ki, Putin bunları Ukrayna Ali Radasının üzvü Andrey Derkaçın vasitəsilə edib. Propaqanda həm Baydenə, həm də onun oğlu Hunter Baydenə qarşı aparılıb. Lakin, bu prosesin içində başqa amerikalı siyasi fiqurların da olduğu dəqiqdir. Hətta Trampın vəkili Rudi Culiyaninin də prosesə cəlb olunduğu FTB-in 15 səhifəlik hesabatında ifadə olunub. Adı çəkilən hesabatda Çin haqqında da məlumatlar var, ancaq bu ölkənin birbaşa müdaxilə etmədiyi yazılır.

ABŞ-ın Rusiya ilə bağlı narahatlıqlarından biri də bu ölkənin Suriya və Venesuela siyasətinə görədir. Belə deyək ki, Bəşər Əsədin və Üqo Çavesin hələ də hakimiyyətdə qalması və insan hüquqlarını pozmağa davam etməsinin bir səbəbi də Rusiyadır. Bayden 2008-2016-cı illər arasında ABŞ prezidenti Barak Obama adminstrasiyasında vitse prezident olub. Bu, onun dolayısıyla Putinin avtoritar siyasətinə bələd olduğunun göstəricisidir.

Digər tərəfdən, ABŞ, Putinin Liviyadakı hərəkətlərini və Ukraynadakı siyasətini də qəbul etmək istəmir. Göründüyü kimi, ABŞ-Rusiya münasibətləri soyuq müharibə fazasına daxil olur. Şübhəsiz ki, bundan sonra qarşılıqlı restləşmələr artan templə müşahidə olunacaq.

Siyasi ekspert Kamal Əliyev

KAİM.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button