Top.Mail.Ru
ARAŞDIRMA

Paşinyanın növbədənkənar seçki PLANI və İrəvanda yeni koalisiya HÖKUMƏTİ – ARAŞDIRMA

Ermənistanın baş naziri Nikol Paşinyan “Çiçəklənən Ermənistan” partiyasının sədri Q.Çarukyan və “İşıqlı Ermənistan” partiyasının lideri Edvard Marukyanla görüşüb. Tərəflər iyunun 20-də Ermənistanda növbəti seçkilərin keçirilməsi haqqında razılığa gəliblər. Daha doğrusu, yeni seçki təklifini irəli sürən Paşinyan hər iki partiya liderinin razılığını alıb.

Qeyd edim ki, həm Manukyan, həm də Çarukyan rusyönümlü siyasətçilər deyil və onlar da çox gözəl qavrayırlar ki, indiki situasiyada Ermənistanda Paşinyana hələ ki, real alternativ yoxdur. Bu,həm də ona işarədir ki, 10 noyabr razılaşmasından sonra Vazgen Manukyanın “Vətəni Xilasetmə” hərəkatı və qiyamçı general Onik Qasparyan Paşinyan hökumətini yıxa bilmədisə, iyunda keçirilən növbədənkənar seçkilərdə də uğurlu nəticə göstərə bilməyəcəklər. Vazgen Manukyan və dəstəsi israrla tələb edirlər ki, növbədənkənar seçkilər keçirilməsin və Paşinyan birdəfəlik siyasi arenadan çəkilsin. Prinsipcə, bu tələb ümumiyyətlə qeyri-realdır. Ortaya sual çıxır ki, Paşinyan olmasa növbəti seçkiyə cəmiyyəti kim aparacaq? Yoxsa, Onik Qasparyanmı Ermənistanda növbəti seçkilərin keçirilməsinə rəhbərlik edəcək?

Vazgen Manukyanın cığallığının səbəbi bəsitdir: Erməni cəmiyyəti hər gün Baqdasaryan prospektində etiraz aksiyaları keçirən müxalifətə bel bağlamır. Yeri gəlmişkən, erməni cəmiyyətinin 44 günlük müharibənin nəticələrini təhlil etmək imkanı da olub. Üstəlik, keçmiş prezidentlər, Qarabağ klanının liderləri R.Köçəryan və S.Sarkisyanın da ermənilər arasında nüfuzu aşağıdır.

Bu yaxınlarda nüfuzlu “Gallup” sorğu mərkəzinin Ermənistanda apardığı rəy yoxlamasına görə, Köçəryanın cəmi 2% nüfuzu var. Sarkisyanda isə bu, cəmi 1%-dir. Paşinyanın hazırda nüfuzu təxminən 33%-dir. Düzdür, bu nəticə Paşinyanın “Mənim Addımım” blokuna təkbaşına iqtidar imkanı verməsə də, yeni koalisiya höküməti qurmaq imkanı verir.

Paşinyanın yuxarıda adlarını çəkdiyim siyasi partiya liderləri ilə mümkün koalisiya hökuməti qurmaq haqqında şifahi razılığı var. Həm Çarukyan, həm də Marukyan baş nazir Paşinyanın təklifinə yaşıl işıq yandırıb. Məsələ ondan ibarətdir ki, Rusiyanın “sədaqətli” dostu Köçəryan və Serj Sarkisyan iyundakı növbədənkənar seçkilərdə uduzacaqlarını bilirlər. Hərçənd, R.Köçəryan bir müddət əvvəl seçkilərdə iştirak edəcəyini bəyan etmişdi. Lakin o, güman edirdi ki, Paşinyan siyasətdən gedəcək və Putin onu bir yol tapıb yenidən Ermənistanın qubernatoru edəcək. Yəni, bu Xocalı cəlladının gözləntiləri bu istiqamətdə idi.

Məncə, iyunda keçiriləcək növbədənkənar seçkilərdə Paşinyanın qalıb gəlmə ehtimalı çox yüksəkdir. Revanşistlərdən fərqli olaraq, Paşinyan həm 10 noyabr razılaşmasının müddəalarını həyata keçirməlidir, həm də Türkiyə ilə diplomatik münasibətləri bərpa etməlidir. İkinci bir məqam da ondan ibarətdir ki, Ermənistan konstitusiyasına görə, parlament özünü buraxmalı, Paşinyan istefa verməlidir. Daha sonra isə 2 həftə ərzində Paşinyanın yerinə heç kim seçilməməlidir. Belə olacağı təqdirdə, 45 gün sonra seçki keçirilməlidir. Beləliklə, Paşinyan aprelin 20-də vəzifəsindən istefa verməlidir. Revanşistlər və onların himayədarı Rusiya da məhz bu təqvimə arxalanırlar.

İndi Azərbaycan hökuməti Xankəndi və ermənilərin yaşadığı ərazilərə qaz və işıq verəcək. Zənnimcə, bu, daha çox ermənilərin reinteqrasiyasına görə həyata keçirilir. Buna rəğmən, mən bunu indiki məqamda səhv və riskli hesab edirəm. Təsəvvür edin ki, Donbasda yaşayan əhalinin pensiyasını rəsmi Kiyev ödəyir və bu əraziləri işıq və qazla da təmin edir. Lakin nəticə hələ də Ukrayna dövlətinin istədiyi kimi deyil. Donbas və Luqanskdakı separatçılar Ukrayna qanunlarına tabe olmur.

Azərbaycan hökuməti bu addımı o zaman ata bilər ki, ərazi bütövlükdə Azərbaycanın nəzarətinə keçsin. Rus sülhməramlıları və onların himayə etdiyi erməni yaraqlıları ərazini tərk etsinlər. Digər tərəfdən, Paşinyan hökuməti ola bilsin ki, Dağlıq Qarabağdakı ermənilərin sosial təminatını Ermənistan büdcəsindən təmin edilməsini də istəmir. Çünki, bu, hazırda Ermənistan üçün ağır yükdür.

Siyasi ekspert Kamal Əliyev

KAİM.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button