Top.Mail.Ru
ARAŞDIRMA

“Qarşınıza çıxan hər türkü, kürdü, müsəlmanı ÖLDÜRÜN” – Erməni xislətinin PƏRDƏARXASI / ARAŞDIRMA

30 ilə yaxın davam edən işğal dövründə ermənilərin tarixi Azərbaycan torpaqlarını viran qoyduqları heç kimə sirr deyil.  Belə ki, həmin ərazilərdə şəhərləri, kəndləri, mədəni-tarixi və dini məkanları dağıdan erməni vandalları, əslində bu torpaqların onlara məxsus olmadığını əməlləri ilə sübuta yetiriblər. Çünki heç bir xalqın özünə məxsus olan  doğma torpağını dağıtmağı bacarmaz. Bu, islamofobiyanın, Azərbaycanofobiyanın, vandalizmin ən bariz nümunəsi kimi dəyərləndirilir.

KAİM.az-ın xəbərinə görə, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev bildirib ki, ermənilər təkcə ərazilərimizi işğal etməyiblər, eləcə də yaşayış məskənlərimizi, şəhərlərimizi dağıdıblar: “Eyni zamanda milli-tarixi abidələrimizə əlavələr etməklə, saxta erməni kilsəsi görüntüsü yaratmağa çalışıblar. Bütün bunlar isə təbii ki, Azərbaycanofobiyanın, vandalizmin təzahürüdür. Təəssüflər ki, özlərini İslam ölkəsi kimi göstərməyə çalışan bəzi dövlətlər və onların rəhbərləri hələ də ermənilərin bu xislətini görmək istəmirlər. Onlara müəyyən dəstək verərək, ayaqda saxlamağa çalışırlar”.

Anar Əliyevin sözlərinə görə, ermənilərin heç zaman dövlətçilik tarixi olmayıb: “Onlar müxtəlif xalq və dövlətlərin ərazilərinə iddia irəli sürərək, həmin torpaqlarda özlərinə dövlət qurmağa çalışıblar. Xüsusilə bu, türklərin taleyinə yazılmış bir tarixdir. Belə ki, ermənilər müxtəlif üsullarla türklərə qarşı məkrli mübarizə aparmağa çalışıblar. 19-cu əsrin sonlarında “Daşnaksütyun” partiyası yarananda, erməni gənclərinə xitabən belə bir müraciət ünvanlamışdılar: “Qarşınıza çıxan istənilən türkü, kürdü, müsəlmanı öldürün”. Bütün bunlar onu deməyə əsas verir ki, erməni xislətində türkçülük və islamçılıq əleyhinə qərəzli yanaşma olub”.

Politoloq əlavə edib ki, ermənilərin xarakterində dağıdıcılıq, pozuculuq, məhv etmək və hər şeyi özününküləşdirmək kimi anormal düşüncələr var: “Amma 2020-ci ilin sonlarında Ali baş komandanın rəhbərliyi altında həyata keçirilən uğurlu əməliyyat nəticəsində işğalda olan torpaqlarımız azad edildi. Təbii ki, bu ərazilərdə hər şeyin məhv edildiyi, həmin ərazilərdən sanki barbar tayfaların keçdiyi heç kimə sirr deyil. Amma Azərbaycan dövlətinin 10 Noyabr Bəyanatından sonra qısa müddətdə həyata keçirdiyi layihələr onu deməyə əsas verir ki, qısa zamanda torpaqlarımızda yeni bir cənnət qurulacaq, orada ləyaqətli həyat formalaşdırılacaq və insanlar Azərbaycan vətəndaşının sahib olduğu hüquqlar çərçivəsində rahat yaşayacaqlar”.

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button