Top.Mail.Ru
ARAŞDIRMA

Burada valideynlər körpələrinə istədikləri adı QOYA BİLMƏZLƏR – “Buzlar ölkəsi” haqqında MARAQLI FAKTLAR

İslandiya Atlantik okeanının şimal hissəsində yerləşən ada dövləti sayılır. Bura İslandiya adasından və ətrafındakı bir neçə kiçik adalardan ibarətdir, ərazisi 123 min kv/km-dir.

KAİM.az xəbər verir ki, İslandiyanın şimaldan Qrenlandiya, şərqdən İsveç və Norveç, cənubdan isə Böyük Britaniya ilə su sərhəddi var. İslandiyanın yerləşdiyi ada vulkanik mənşəlidir. Adada gündəlik şəkildə vulkan püskürmələri baş verir. İslandiyaya ən yaxın quru ərazisi Danimarka tabeliyində olan Qrenlandiyadır, onlar arasında məsafə 350 km-dir. Digər dövlətlərlə olan məsafə Norveçlə 1050, Şotlandiya ilə 800 km təşkil edir.

İslandiyanın paytaxtı Reykyavik şəhəridir. 120.000 nəfər əhalisi olan şəhər İslandiyanın ən böyük şəhəri hesab olunur. Şəhərdə iyul ayında temperatur +20, yanvarda isə 0 dərəcə təşkil edir. İslandiya əhalisinin 98%-ni islandlar təşkil edir. Onlar 10 əsrdir ciddi dəyişikliklərə məruz qalmayan İsland dilində danışırlar. Ölkənin sahil suları müəyyən istisnalarla ilboyu donmur. Bununla belə, İslandiyada hava dəyişkəndir və bu da ölkəyə şimaldan və cənubdan gələn hava axınları ilə əlaqədardır.

Bunlar İslandiya haqqında rəsmi və bilinən məlumatlar idi.

İndi isə  buzlar ölkəsi haqqında çox da bilinməyən bir neçə maraqlı məlumatı təqdim edirik.

İzlanda, dünyada iki tektonik plaka arasında yüzebileceğiniz tek yerdir.

1. İslandiya dünyanın iki tektonik lövhəsi arasında üzə biləcəyiniz yeganə yerdir

İslandiya Silfra çatlaması, eyni zamanda iki qitəyə fiziki olaraq toxuna biləcəyiniz yeganə yerdir. Beləliklə, bu yerdə eyni zamanda Şimali Amerika və Avrasiya qitələrinə toxuna bilərsiniz. Tektonik lövhələr ayrıldıqca qitələr arasında bəzi çatlar əmələ gəlir. Buradakı sular dünyanın ən təmiz sularından biri sayılır. Silfra çatlağı 2004-cü ildə UNESCO tərəfindən “Dünya Mirası” siyahısına daxil edilib.

İzlanda'nın Akureyri kentinde trafik ışıklarında kırmızı çemberler yerine kırmızı kalpler vardır.

2. İslandiyanın Akureyri şəhərində işıqforlarda qırmızı dairələr əvəzinə qırmızı ürəklər var

2008-ci ildə iqtisadi böhran zamanı İslandiyada insanlar böyük bir depressiyadan keçiblər. İnsanların mənəviyyatını yüksəltmək üçün bələdiyyə sədri İslandiyanın ikinci ən böyük şəhəri olan Akureyridə işıqforları ürək şəklində dizayn edib. Bu yolla insanları tıxaclarda pozitiv tutmağa çalışırlar.

İzlanda'nın tek yerli memeli hayvanı kutup tilkisidir.

3. İslandiyanın yeganə yerli məməli ehyvanı arktik tülküsüdür

İslandiyada 8-10 min arasında arktik tülkü yaşayır. Bu gözəl görünüşlü heyvanlar Beynəlxalq Təbiəti Qoruma Birliyinin qırmızı siyahısına daxildir. Bu növün nəsli kəsilməkdədir.

İzlanda'da geleneksel bir Noel hediyesi olarak insanlar birbirine kitap hediye ederler.

4. İslandiyada insanlar bir-birlərinə ənənəvi Milad hədiyyəsi olaraq kitablar verirlər

İslandiya dünyanın ən çox kitab oxunan ölkələrindən biridir. “Jolabokaflod” və ya “Christmas Book Sel” adlanan ənənədə- 24 dekabrda insanlar bir-birilərinə bir kitab verir və gecəni oxumaqla keçirirlər. Bu ənənə İkinci Dünya müharibəsindəki maddi çətinliklər səbəbiylə suvenirlər istehsalının məhdudlaşdırılması ilə başlayıb. Beləliklə, kitablar Miladın simvolu olub.

İzlandalılar, birlikte oldukları kişiyle akraba olup olmadıklarını gösteren bir uygulama geliştirdiler.

5. İslandiyalılar kimin kimlə qohum olduğunu göstərən bir tətbiqetmə hazırlayıblar

İslandiya əhalisi 360.000 nəfərdir və çox az miqrasiya edən bir ada ölkəsidir. Bu qədər kiçik bir ölkədə insanların çoxu bir-birilə qohumdur. İslandların özlərinin yaratdığı “İslendinga-Application” adlı proqramla 11-ci əsrdən bəri bütün islandiyalıların qohumluq əlaqələri sıralanır. Bu məlumat bazası kimin kimlə əlaqəli olduğunu göstərir.

İzlanda'da aynı ailenin üyelerinin tümünün soyadı farklı olabilir.

6. İslandiyada eyni ailənin bütün üzvlərinin soyadları fərqli ola bilər

İslandiyada iki nəfər evlənəndə öz soyadlarını istifadə edirlər. Cütlüyün bir oğlan uşağı varsa, atasının və ya anasının soyadının sonuna “-son” şəkilçisi əlavə edilərək, bir qızı varsa “-dóttir” əlavə edilərək yeni bir soyad yaradılır. Beləliklə, hər kəsin soyadı fərqli ola bilir.

İzlandalıların bir kısmı Elflerin var olduğuna ve Reykjavik'te bir Elf Okulu olduğuna inanıyor.

7. Bəzi islandiyalılar elflərin mövcud olduğuna inanırlar

İslandiyalıların yüzdə 54-ü elflərin gerçək olduğuna inanır. Burada elflərin dünyadakı varlıqlarını xatırlatmaq üçün kiçik elf evlər də mövcuddur.

Elflər alman-skandinav və kelt folklorunda sehrli xalq kimi bilinir. “Alvla” (álfr — skand.) və sidlər (sidhe — qədim irland dili) adları ilə tanınır.

Müxtəlif miflərdə elflərin təsviri başqa cür ola bilir, ancaq bir qayda olaraq onlar gözəl, işıqlı, insana dost məxluqlar sayılırlar.  Onlar insanlardan daha hündür və gözəl təsvir olunur. Bununla belə insandan daha cəld və qüvvətlidirlər. Rəvayətlərə görə elflər 1000 ildən daha çox yaşayır. Buna görə də elflər ölümsüz qəbul olunur. Rəvayətlərdə deyilir ki, onlar dağlarda və dənizlərdə olmaqdan xoşlanmazlar, əsasən meşəlikdə yaşayırlar. Onlar bir qayda olaraq Avropa xalqlarının nağıllarının və fantastik əsərlərinin qəhrəmanlarıdır.

İzlanda'da fil başı şeklinde devasa bir kaya vardır.

8. İslandiya fil başı şəklində nəhəng bir qayaya sahibdir

Fil Qayası İslandiyanın Westman adasında tapılmış bir bazalt qayadır. Westman adaları bir sıra vulkan püskürmələri nəticəsində meydana gəlib və Fil qaya kimi maraqlı formalı dizaynlar ortaya çıxıb.

Dünyanın demokratik olarak seçilen ilk kadın başkanı, İzlanda'da 1980'de seçilen Vigdís Finnbogadóttir'dir.

9. Dünyanın ilk demokratik yolla seçilmiş qadın prezidenti 1980-ci ildə İslandiyada seçilən Vigdís Finnbogadóttir olub

Vigdís Finnbogadóttir İslandiyanın dördüncü prezidenti və dünyada demokratik olaraq seçilmiş ilk prezidentdir. O, İslandiyanın bu günə qədər yeganə qadın prezidentidir.

İzlandaca'da 'Dondurma Yolculuğu' anlamına gelen bir kelime vardır.

10. İsland dilində ‘Dondurma Səyahəti’ mənasını verən bir söz var

İslandiyalılar havanın nə qədər soyuq olmasına baxmayaraq dondurma yeyə bilərlər. Dondurmanı o qədər sevirlər ki, hətta bunun üçün bir sözləri var – “ísbíltúr”. Bu söz dondurma səyahətini ifadə edən vahid bir sözdür.

İzlanda'da McDonald's yoktur.

11. İslandiyada McDonald’s yoxdur

İslandiyadakı ilk McDonald’s 1993-cü ildə açılıb, lakin uzun müddət fəaliyyət göstərdikdən sonra 2009-cu ildə bağlanıb.

İzlanda'da sivrisinek yoktur.

12. İslandiyada ağcaqanad yoxdur

İslandiyadakı soyuq hava ağcaqanadların yaşaması üçün uyğun bir mühit deyil. İslandiyada 1300 böcək növü olmasına baxmayaraq, ağcaqanada rast gəlmək mümkün deyil.

İzlanda'daki ebeveynler genellikle bebeklerini soğukta dışarıda uyuturlar.

13. İslandiyada valideynlər tez-tez körpələrini soyuqda çöldə yatdırırlar

İslandiyada körpələri soyuqda yatırmaqla immunitet sisteminin gücləndirdiyinə inanılır. Bəlkə də bir həqiqət var, çünki İslandiyada ortalama yaş ömrü 82 ildir.

İzlanda'daki ebeveynler, bebekleri için onaylanmış bir listeden isim seçmeli veya adlandırma komitesine onay için başvurmalıdırlar.

14. İslandiyadakı valideynlər təsdiq edilmiş siyahıdan körpələri üçün bir ad seçməli və ya adlandırma komitəsinə təsdiq üçün müraciət etməlidirlər

İslandiyada yeni doğulan körpələrə istənilən adı vermək mümkün deyil. İslandiya Adlandırma Komitəsi təsdiq edilmiş adları siyahıya alır və valideynlər bu siyahıdan bir ad seçməlidirlər. Siyahıdan kənar bir ad seçmək istəyirlərsə, komitəyə müraciət edib təsdiq almalıdırlar.

24 saatten daha kısa sürede tüm İzlanda'yı dolaşabilirsiniz.

15. Bütün İslandiyanı 24 saatdan az müddətdə səyahət edə bilərsiniz

Bu gözəl ölkəni araşdırmaq üçün 24 saat kifayət deyil, ancaq dairəvi yoldan 24 saat ərzində bütün ölkəni gəzə bilərsiniz.

İzlanda'da yaklaşık 130 volkan bulunuyor ve bunların yaklaşık 30'u aktiftir.

16. İslandiyada təxminən 130 vulkan var və bunlardan 30-u aktivdir

Ən son vulkan püskürməsi ötən ay 19 Martda baş verib.

İzlanda bayrağının renkleri ülke manzarasının üç unsurunu sembolize ediyor.

17. İslandiya bayrağının rəngləri ölkə mənzərəsinin üç elementini simvollaşdırır

Bayraqdakı rənglər ölkənin üç təbii mənzərəsini təmsil edir. Qırmızı vulkan atəşini, ağ buzu, mavi isə sahildən baxıldığında, adanın dağlarını təmsil edir.

İzlanda'daki en ünlü yemek sosisli sandviçtir.

18. İslandiyada ən məşhur yemək sosiskalı sandviçdir

Sosiska İslandiyanın milli yeməyi hesab edilə bilər. Çünki İslandiyada hara getsəniz sosiska tapa bilərsiniz.

1924'ten 1984'e Reykjavik'te köpekler evcil hayvan olarak yasaklandı.

19.1924-cü ildən 1984-cü ilə qədər Reykjavikdə itlər ev heyvanı kimi qadağan edilib

Ölkənin paytaxtı Reykjavikdə insanların 1924 – 1984-cü illər arasında ev heyvanı kimi köpək sahibi olması qadağan edilib. Bunun səbəbi itlərə nifrət etdikləri üçün deyildi. Köpəklərin bir lent qurdu növü olan echinokokkoz daşıyıcısı olduğu aşkar edilmişdi. Buna görə də, insanların şəhər hüdudlarında ev heyvanları kimi köpəklərə sahib olmaları qadağan olunmuşdu. İndi belə bir qadağa yoxdur, amma Reykjavik sakinlərinin köpək sahibi olmaq üçün icazə almalarına ehtiyacı var.

Reykjavik'in Belediye Başkanı 2010'dan 2014'e kadar siyasi geçmişi olmayan bir komedyendi.

20. Reykjavik bələdiyyə başçısı 2010-cu ildən 2014-cü ilə qədər siyasi keçmişi olmayan bir komediya ustası idi

Jón Gnarr İslandiyada tanınmış bir aktyor və komediya ustası sayılır. Siyasətlə əlaqəsi olmayan Gnarr öz partiyasını qurub və 2010-2014-cü illər arasında Reykjavik Bələdiyyə Başçısı vəzifəsini icra edib.

İzlanda Parlamentosu, dünyanın en uzun süreli parlamentosudur.

21. İslandiya Parlamenti dünyanın ən uzun müddət fəaliyyət göstərən parlamentidir

İslandiya Milli Parlamenti “Altingi” adlanır. Bu günə qədər dünyanın ən yaşlı parlamentidir. İlk olaraq 930-cu ildə indiki Thingvellir Milli Parkı olaraq bilinən yerdə qurulub. Parlament hələ də mövcuddur.

1 Mart İzlanda Bira Günü'dür.

22. 1 mart İslandiyada pivə günüdür

Pivə islandiyalılar arasında populyar bir içki növüdür. Buna görə bir müddətdir pivənin qanunsuz olması sizi təəccübləndirə bilər. İnsanlar hər il bunu Pivə günü və ya İslandiyada “Bjordagur” kimi qeyd etməyə başladılar. 74 il sonra, 1 martda pivə qadağası götürülüb.

İzlanda'da demiryolu sistemi yoktur.

23. İslandiyada dəmir yolu sistemi yoxdur

Tikinti materiallarının daşınması üçün bir dəmir yolu olsa da, ictimaiyyət üçün qatarlar yoxdur. Bunun səbəbi əhalinin az olması kimi görünür.

mənbə: Musavat.com

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button