Top.Mail.Ru
ARAŞDIRMA

Nobel sülh mükafatı alan Saxarovun insanlığı məhv edəcək kəşfi – ÇAR BOMBASI / ARAŞDIRMA

Siyasi ekspert Kamal Əliyev

O, 1975-ci ildə Nobel sülh mükafatını aldı. Maraqlısı isə o idi ki, onun sülhlə və yaxud siyasətlə heç bir əlaqəsi yox idi. Bəli, nüfuzlu nobel sülh mükafatını alan şəxs Andrey Saxarov idi. Bu sovet aliminin maraqlı həyat hekayəsi var. Saxarovun hazırladığı “Çar bombası” və yaxud hidrogen bombası dünyanın ən güclü bombasıdır. ( 50 meqaton )

Təsəvvür edin, çar bombası Qrenlandiya adasını bütövlükdə məhv etmək gücünə malikdir. Yəqin, Qrenlandiyanın nə qədər böyük ada olduğunu bilməməyiniz mümkün deyil. Məhvedici təsirə malik “Çar bombası” bir atışda 100 milyon insanı öldürə bilər. Hətta partladığı yerdə canlı nə varsa, hamısını məhv edir.

Qrenlandiya adası

***

O zaman Nikita Xruşov Sovet İttifaqı KPMK-in birinci katibi idi. Xruşov bir gün Saxarovu yanına çağıraraq, məlum bombanın 50 meqaton deyil, 100 meqaton olmasını istəyir. İş ondadır ki, Saxarov sovet lideri Xruşovun bu istəyinə qarşı çıxır.

Əlbəttə, Saxarov bu məsələdə haqlı idi. Əgər 50 meqatonluq bomba Qrenladiyanı məhv edirsə, 100 meqatonluq bombanın təsirini bir anlıq düşünün.

Mənə qalsa, hətta düşünməyin deyərdim. Bəşəriyyətin təsəvvür edəməyəcəyi qədər nəhəng dizaster. Əvəzində, Saxarov bombanın kənarlarına güllələr yerləşdirir. Beləliklə, ruslar bu bombanı 1961-ci ilin oktyabrın 23-də Sibirdə təcrübədən keçirirlər. Bu, o qədər fəlakət bir təcrübə olur ki, Saxarov bu bombanın ölkələr arasında balans deyil, daha çox ziyan gətirəcəyi nəticəsinə gəlir.

Saxarov deyirdi ki, çar bombası sadəcə düşməni qorxutmaq üçün yaradılıb. Lakin hər şey daha sonra başlayır; Saxarov öz yaratdığı bombaya qarşı müxalif cəbhə yaradaraq, mübarizəyə başlayır. Sovet hakimiyyəti Saxarovu əfv etmir və onu ölkədən sürgün edir. İşin ən maraqlı tərəfi odur ki, Saxarov sonralar dünyaca tanınmış insan hüquqları müdafiəçisi olur.

İndi qərarı siz verin: insanlığı məhv edəcək bombanın yaradıcısına nobel sülh mükafatı vermək səmimidirmi? Və yaxud sonradan peşman olub yaratdığı bu ölümcül hidrogen bombasına qarşı sona qədər mübarizə aparan bir alimə ali mükafatın verilməsi doğrudurmu?

***

Ruslar “çarbombasını” yuxarıda da qeyd etdiyim kimi, 1961-ci ilin oktyabrın 23-də sınaqdan keçirdilər.

Deməli, bu bomba Tu-95 tipli təyyarədən atılmış və 4000 metr ərazini külə döndərmişdi. Bu, ABŞ-ın Xirosima və Naqasakiyə atdığı hidrogen bombasından düz 6500 dəfə güclü idi.

***

Əslində, Çar bombası hərbi baxımdan o qədərdə faydalı deyildi. Çünki bu bomba ilə bir şəhəri məhv etmək olurdu. Ancaq bunun üçün, yəni bir çar bombasının yerinə bir neçə kiçik ölçülü bomba atmaqla da bir şəhəri məhv etmək olur.

Ruslar bu silahı sınaqdan keçirdikdən sonra dəhşətə gəlmişdilər. Hətta o tarixdən sonra SSR bir daha bu miqyasda hidrogen bomba istehsal etmədi.

“Kainat” Analitik İnformasiya Mərkəzi / KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button