Top.Mail.Ru
ARAŞDIRMA

Səudiyyə Ərəbistanının kral ailəsinin SİRLƏRLƏ DOLU HƏYATI – Trilyonlar HARA XƏRCLƏNİR? / ARAŞDIRMA

Səudiyyə Ərəbistanı Krallığı dünyanın ən qaranlıq və güclü ailələrindən biridir …

Qərbi Asiyada yerləşən bu dövlət Ərəbistan yarımadasının böyük hissəsini əhatə edir. Təqribən 2,150,000 km² quru sahəsi ilə Yaxın Şərqin ən böyük, Asiya qitəsinin beşinci ən böyük və ümumilikdə dünyanın ən böyük 12-ci ölkəsidir. Müasir Səudiyyə Ərəbistanının ərazisi  Hicaz, Nəcd, Şərqi Ərəbistan və Cənubi Ərəbistan vilayətlərindən ibarətdir. Səudiyyə Ərəbistanı Krallığının əsası 1932-ci ildə İbn Səud tərəfindən qoyulub. Hazırda bu krallıq “G20” beynəlxalq forumunun üzvü olan yeganə ərəb ölkəsidir.

SUUDİ ARABİSTAN KRALİYET AİLESİNİN SOY AĞACI

Səudiyyə Ərəbistanı kral ailəsi milyardlarla dollarlıq sərvətləri və daimi gündəmləri ilə məşhurdur.

Son dərəcə böyük olan kral ailəsi İngiltərənin kral ailəsinə bənzəmir. Hətta Səudiyyə şahzadələrinin sayı 7000-i keçir. Hər şahzadə kral ailəsində söz sahibi olur, burada istənilən bir yerdə şahzadə tapa bilərsiniz. Başqa sözlə, idarəetmə işlərinin necə formalaşdığı tam olaraq aydın deyil. Ölkə gəlirinin 45 faizi neftdən asılıdır.

Saudi Arabia Shakes Up Its Line of Succession

Krallığın hər bir üzvü sarayda və ya lüks villalarda yaşayır. Üstəlik, indi kral olan Salman bin Əbdüləziz əl-Səudun 38 övladının hamısı Amerikada və ya Avropada təhsil alıblar. Səudiyyə kralı eyni zamanda ölkənin baş naziri və nazirlər təşkilatının rəhbəridir.
Yəni qanunvericilik, icraedici və məhkəmə sisteminin hakimiyyətinin hamısı Səudiyyə Ərəbistanının kralına bağlıdır. Kral istəsə bir kəlmə ilə istədiyini edam etdirə bilər. Səudiyyə Ərəbistanı hərbi xərclərinə görə dünyada dördüncü ölkə sayılır.

Səudiyyə Ərəbistanının kral ailəsi bu qədər gücə sahib olsa da, xidmətlərini müxtəlif yollarla yerinə yetirir. Səudiyyə Ərəbistanında əvvəllər kinoteatr qadağası olsa da 2018-ci ildən etibarən bu qadağa ləğv edilib. Ləğv edilən qadağalar arasında qadınların avtomobil idarəetməsi də yer alır.

Bir çox qadağaların aradan qalxması isə Salman bin Əbdüləziz əl-Səudun ölkəni müasirləşdirmək istəyidir. “The Mirror” qəzetinin hesabatına görə, Səudiyyə sülaləsinin 1 trilyon funt sterlinq dəyərində sərvəti var. Ailə pullarını xüsusi təyyarələrə, lüks yaxtalara, helikopterlərə, saraylara, qızıl mebellərə və hətta qızıl örtülü yemək qablarına və s. bu kimi şeylərə xərcləyir. Vəliəhd Məhəmməd Bin Salman kral ailəsində ən çox pul xərcləyən kimi fərqlənir. Taxt-tac varisi olan vəliəhd şahzadənin 400 milyon funt sterlinqlik superyaxtası, Fransada 240 milyon funt-sterlinqlik bir malikanəsi, Londonda iki evi və İspaniyanın cənub sahilində bir düşərgəsi olduğu deyilir.

Dünyanın en zengin kraliyet ailesi olan Suud Hanedanı parasınınasıl harcıyor? - 5

Səudiyyə kişiləri özləri üçün 4 qadın ala bilərlər. Burada qadın təcavüzə məruz qaldığını göstərən bir dəlil təqdim edə bilmədiyi təqdirdə şallaq cəzasına məhkum edilir.  Ötən illərdə bir qadın təcavüzə uğradığını iddia edərək məhkəməyə müraciət edib. Lakin təcavüzə uğradığını sübut edə bilməyən qadın 240 şallaq cəzasına məhkum olunub. Kral ailəsi bu qaydaları xalqları üçün qoysa də, özləri bütün bunlara əməl etmirlər.

Kral ailəsinin üzvləri daha çox Avropa və Amerikada vaxt keçirir və orada bir çox şirkətə sahibdirlər. Beləliklə, idarə etdikləri krallığa elə də çox vaxt sərf etmirlər.

Tətil ehtiyaclarına heç vaxt ara verməyən kral ailəsi, ən azı 1000 nəfərlik bir komanda ilə tətilə çıxır. Kral ailəsnin bir tətili ən azı 100 milyon dollara başa gəlir. İstirahət üçün ən çox üz tutduqları ölkə isə Türkiyədir.

Suudi Milyarderin Altından Araba Filosu ve İngiltere Macerası | Paratic

Londonda yaşayan və avtomobilləri ilə şəhəri təəccübləndirən şahzadə Turki bin Abdullahın bütün avtomobilləri qızıldan hazırlanıb. Hətta ona məxsus bütün əşyalar da qızıldan hazırlanır. Bu vəziyyət dünya üçün görməmişlik və ya hərislik kimi görülsə də kral ailəsi üçün sıradan bir yaşam tərzi hesab edilir.

Səudiyyə Ərəbistanı kral ailəsinin say tərkibi baxımından geniş olduğunu qeyd etdik. Bu vəziyyət bir çox mübahisələr və fikir ayrılıqları ortaya çıxarır. Xüsusilə növbəti kralın kim olacağı ilə bağlı ciddi hesablaşmalar var. Buna bir nümunə olaraq xalqın dini təzyiqlər altında istismar edildiyini və islahatlar aparmaq istədiyini iddia edən Şahzadə Turki bin Bəndərin onunla eyni fikirdə olan digər şahzadələrlə birlikdə yoxa çıxmasıdır.

Səudiyyə Ərəbistanı hətta ABŞ-ı üstələdi

Xalqın vəziyyəti o qədər xoş olmasa da, Səudiyyə şahzadələrinin sərvəti göz qamaşdırır. Məsələn, Şahzadə El Valid bin Talal 32 milyard dollar sərvəti ilə dünyanın ən zəngin adları arasındadır. Talalın dünyanın bir çox məşhur şirkətində səhmləri var. Valid bin Talal digər şahzadələrdən fərqli olaraq qadınların iş həyatına qatılmasını dəstəkləyir və bu məsələdə əlindən gələni əsirgəmir. Onun şirkətlərindəki işçilərin yarısından çoxu qadınlardan ibarətdir.

Suudi Arabistan'daki yolsuzluk suçlamalarının merkezinde bulunan Prens El Velid bin Talal kim? - BBC News Türkçe

Burada teatr, heykəl və ya rəsm kimi mədəniyyətlər qadağandır. Bu işlərlə məşğul olanlar şallaq və ya ölüm cəzasına məhkum edillə bilər. Lakin xalq üçün keçərli olan bu qadağaların tam əksi olaraq, kral ailəsində rəsm və musiqi ilə yaxından maraqlananlar çoxdur.

Təəssüf ki, şahzadələrin zəngin yaşadığı bu krallıqda xalq yoxsulluq içindədir …

mənbə: musavat.com

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button