Top.Mail.Ru
ARAŞDIRMA

İkinci dünya savaşının QƏSSABI G. JUKOV – Sovet rejiminin ƏLİQANLI QATİLİ / ARAŞDIRMA

Sovet təbliğatı G.Jukovdan qəhrəman obrazı yaratmışdır. Lakin, sovet marşalı olduqca dikbaş,təkəbbürlü və öz əsgərlərinə qarşı hədsiz qəddar birisi olmuşdur. Rusiyada indiyə kimi G.Jukova heykəllər qoyulmasına və onun şərəfinə medallar tərtib edilməsinə baxmayaraq, bir çox rus tədqiqatçıları tərəfindən ikinci dünya savaşının ən yaxşı sərkərdəsi adlandırılan həmin şəxs Alman-rus müharibəsinin başlancığında sovet ordusunun ard-arda məğlubiyyətə uğramasının səbəbkarlarından biri olmuşdur.

Jukovu cəbhədəki əsgərlər əsasən güllələnmələrə rəhbərlik edən şəxs kimi tanımışlar. Bu səbəbdən əsgərlər ona qəssab ləqəbi vermişlər. Lakin, indiyə kimi də ikinci dünya savaşı zamanı Sovet dövlətinin Almaniya üzərində yalnız təkbaşına qələbə çalması ilə öyünən şəxslər, bilərəkdən, Jukovun bu qəddarlıqlarını cəmiyyətə unutdurmağa çalışırlar. Jukovun qəddarlıqları indiki rus cəmiyyətində nə qədər ört-basdır edilməyə çalışılsada tarixi sənədlər öz sözünü deməkdədir.

Belə ki, Jukov Leninqrad cəbhəsinin komandanı olduğu müddətdə onun tərəfindən 1941-ci il 22 sentyabrda qeyd edilən 4976 saylı şifroqramda belə söylənmişdir: almanlara əsir düşən şəxslərin ailə üzvləri vətən xainləri kimi güllənməli, əsirlikdən qayıdanlarda həmçinin ölüm cəzasına məhkum olunmalıdır.

Jukovun yuxarıda qeyd edilən şifroqramdakı yazısı cəmiyyəti xüsusi qəddarlıqla idarə edən İ.Stalinin müharibə zamanı verdiyi 270 saylı əmirdən belə daha acımasızdır ( İ.Stalinin həmin əmrinə əsasən, əsir düşən sovet əsgərlərinin ailəsi dövlət yardımından məhrum edilirdi ). Göründüyü kimi Stalinin 270 saylı əmri Jukovun şifroqramdakı yazısından fərqli olaraq, olduqca mülayim bir qərardır.

Bəlkə də, G. Jukov qədər ikinci dünya müharibəsi zamanı boş yerə çoxlu sayda əsgərin ölümü ilə nəticələnən mənasız hücum əmrlərini verən olmamışdır. Belə ki, müharibənin ilk dövründə sovet ordusunun cənub-qərb istiqamətindəki uğursuzluqları, 1942-ci ildə Rjev, 1945-ci ildə Berlin əməliyyatları belə əmrlərdən biridir. Tez bir zaman ərzində Berlinin alınmasını istəyən Jukov şəhərə yaxın ərazilərdə minalı sahələrin təmizlənməsində ət sipəri olaraq əsgərlərdən istifadə edərək onların ölümünə səbəb olmuş və öyünərək müharibədən sonra belə bir hadisənin döyüş əməliyyatının bir tərkib hissəsi olmasını qərb müttəfiq ordusunun komandanı və sonradan ABŞ prezidenti olan D.Ezenhaure belə söyləmişdir.

M. Məcidli

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button