Top.Mail.Ru
ARAŞDIRMA

Türkiyə-Yunanıstan münasibətlərinin ÖNGÖRÜŞÜ və inkişafda ən OPTİMAL VARİANT – ARAŞDIRMA

Siyasi ekspert Elman Vəliyev

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Yunanıstan xarici işlər naziri Nikos Dendias arasında görüş keçirildi. 25 maddədən ibarət bir anlaşma imzaladıqları bildirilir. Əsas maddə Covid-19 peyvəndlərinin sertfikatlarının qarşılıqlı tanınması oldu.

Daha əvvəl nazirlər Ankarada görüşmüşdülər, amma Yunanıstan tərəfinin əsassız ittihamları kompromisə getməyə icazə vermədi. Bu dəfəki görüşdə razılıq əldə edilə bilindi. Hər iki tərəf ilk öncə iqtisadiyyatı gücləndirməyə çalışırlar. Turizm sektoru isə bu çalışmada ən öndə gedənlərdəndir.

Yunanıstanın əsassız ittihamları təkbaşına deyil, əlbəttə, Türkiyənin bölgədə güclənməsi əleyhinə olan qüvvələrin dəstəyi olduqca böyükdür. Bu dəstəkdə Fransa və Amerika aparıcı yerdədir.

Türkiyə Aralıq dənizində sürətli fəaliyyətə keçdi, amma Yunanıstan üstündən təzyiqlər buna imkan vermədi. Fransa əlindən gələni elədi. Altı tərəflik ittifaq belə hazırlanmışdı.

Türkiyə də vəziyyətin fərqindədir. Hal-hazırda Türkiyə üçün ən optimal variant əməkdaşlıq, strateji müttəfiqlikdir. Türkiyə iqtisadiyyatının geriləməsinin fərqindədir, lirənin məzənnəsi getdikcə aşağı düşür. İndiki zamanda qonşularla və digər dövlətlərlə münasibətləri korlamaq Türkiyə üçün çətin bir situasiya yarada bilər. Yunanıstanla hazırki dövrdə adalar məsələsini, Kıbrıs konfliktini intriqaya çevirmək düzgün bir addım olmaz.

Lakin Türkiyə düzgün bir siyasətlə baş verən proseslərdən faydalı şəkildə çıxa bilər. Bunun yolu isə əməkdaşlıqdır, güclülərin gücündən istifadə etməkdir.

Digər dövlətlər Türkiyəyə bir vasitə kimi baxırlar. Rusiya Amerikaya təzyiqdə, Amerika Rusiyaya təzyiqdə, həmçinin İrana qarşı təzyiqdə, Ukrayna Rusiyaya qarşı müqavimətdə Türkiyəni bir strateji dövlət kimi görürlər.

Türkiyə də “nə şiş yansın, nə kabab” məsələsi ilə – qarşılıqlı razılıqla Suriyada, Aralıq dənizində, Şimali İraqda, həmçinin Qarabağda üstünlüklər əldə edə bilər.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button