Top.Mail.Ru

ARAŞDIRMA

Ekspert: ““Taliban”ın qələbəsi Rusiya və Çinin Mərkəzi Asiyada möhkəmlənməsinə SƏBƏB OLACAQ”

““Talibançı”ların qələbəsi Rusiya və Çinin Mərkəzi Asiyada möhkəmlənməsinə səbəb olacaq. Həmçinin, Türkiyənin mövqelərinin də möhkəmlənməsini müşahidə edə bilərik”.

Bunu KAİM.az-a politoloq Zaur Məmmədov Əfqanıstandakı vəziyyəti şərh edərkən bildirib.

“Faktiki olaraq, ABŞ-ın gedişi Çin və Rusiyanın qələbəsidir. Tezliklə rəsmi Pekin, Moskva və Ankaranın bir-birinin maraqlarını nəzərə alaraq, Mərkəzi Asiyada birlikdə öz vəzifələrini icra etmələrinin şahidi ola bilərik”, – o hesab edir.

Loading...
Yazının davamı reklamdan sonra

“İndiki “talibançılar” 90-cı illərdə Əfqanıstanda hakimiyyətdə olan “talibançılar” deyil. Ölkədəki acınacaqlı sosial-iqtisadi, həmçinin qeyri-sabit siyasi vəziyyət ucbatından bir çox etnik qruplar “talibançılar”ı dəstəklədilər. Bunun səbəbi ABŞ-ın Əfqanıstanda yürütdüyü yarıtmaz siyasət, həmçinin ölkənin müxtəlif sosial təbəqələri haqqında düşünməyərək, yalnız varlanmaqla məşğul olan hakim elitadır”, – Z. Məmmədov deyib.

O həmçinin əlavə edib ki, hər kəs ABŞ-ın Əfqanıstanı necə məhv etdiyinin şahidi oldu: “Ölkə onsuz da acınacaqlı vəziyyətdə idi, ABŞ-ın gəlişi ilə isə narkotik vasitələrin ticarəti birə-beş artdı”.

Politoloq hesab edir ki, ölkədə əhalinin yoxsulluq səviyyəsi də artıb, iqtisadiyyat və səhiyyənin digər göstəriciləri üzrə də eniş müşahidə olunur.

Politoloq 120 azərbaycanlı sülhməramlının türkiyəli sülhməramlı qüvvələrlə birlikdə Kabil hava limanının fəaliyyətinin davam etdirilməsinə nəzarət etdiklərini xatırladıb. O, Əfqanıstanın Azərbaycanın tərəfdaşı olduğunu qeyd edib və əfqan xalqının inkişaf, sabitlik yolunu tutacağına inandığını bildirib.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button