Top.Mail.Ru

ARAŞDIRMA

Krım platforması və Rusiyanın SEPARATÇILARI

Artıq bu gün Ukraynanın paytaxtı Kiyevdə “Krım Platforması” öz işinə başlayıb. Tədbirin əsas məqsədi Rusiyanın 2014-cü ildən Ukraynaya məxsus Krım yarımadasının işğalına beynəlxalq diqqəti çəkməkdir. Fərz edirəm ki, 45 dövlətin iştirakçısı olduğu və Kiyevdə daimi nümayəndəliyi açılacaq “Krım Platforması” Rusiyanın bu ölkəyə təcavüzünü bir daha dünya ictimaiyyətinin diqqətinə çatdıracaq.

Rusiya belə demək mümkünsə, post-sovet məkanında hibrid müharibələrin əsas təşkilatçısıdır.

Loading...
Yazının davamı reklamdan sonra

Putinin avtoritar Rusiyası başqa dövlətlərə birbaşa müdaxilə ilə deyil, məhz hibrid vasitələrlə təcavüz edir. Hibrid müharibə odur ki, qarşındakı rəqibinə gizli üsullarla hücum edirsən.

Əlbəttə, son zamanlar lider hücumlar da hibrid müharibə kateqoriyasının bir hissəsidir. İlk dəfə hibrid müharibə konsepsiyası 2012-ci ildə Rusiyanın SQ-nin rəhbəri təyin edilən Valeri Gerasimov tərəfindən ortaya atılıb. Müasir “hibrid müharibə” doktrinasına həm də “Gerasimov doktrinası”-da deyilir.

Hətta deyərdim ki, Xankəndidə rusların 50 metrlik bayraq təxribatı da hibrid müharibənin tərkib hissəsidir.

Rusiyanın Donbas və Luqanskdakı separatçılara dəstək çıxması da “Gerasimov doktrinası”-nın tərkib hissəsidir. Şübhəsiz ki, mən bura dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən Kremllə bağlı “Vaqner” hərbi qruplarını da əlavə edə bilərəm. Ukrayna prezidenti Volodomir Zelenski Rusiyanı da “Krım Platforması”-na dəvət edib. Rusiya onun intervensiyasına qarşı çıxan ölkələrlə birlikdə olmaz. Ancaq Putin bunun əvəzində Donbas və Luqanskdakı separatçı respublikaları birləşdirmək işinə girişib. Belə ki, separatçı Donetsk respublikasının lideri Denis Puşilin separatçı Luqansk respublikasının lideri Leonid Paseçnikə birləşmək təklifi edir.

Təsəvvür edin, Rusiya hibrid müharibə metodu vasitəsi ilə Ukraynanın şərqində iki separatçı subyekti indi də birləşdirmək niyyətindədir.

Məncə, Putin bunu “Krım Platforması”-na qarşı preventiv cavab kimi fikirləşib. Putin öz təcavüzkar xarici siyasət kursunu bu şəkil yaramaz cəhdlərlə davam etdirir. Kaş Azərbaycan hakimiyyəti də “Krım Platforması” kimi bir tədbirdə iştirak edərdi. Son günlər görürük ki, Rusiya Yuxarı Qarabağda ardıcıl provakasiyalara əl atmaqdadır. Məhz rus sülhməramlıların təsir dairəsində olan ərazilərdən ermənilər mövqelərimizi atəşə tutur. Ən son Xankəndidəki 50 metrlik rus bayrağı provakasiyası bizə onu deməyə əsas verir ki, rəsmi Kreml Azərbaycana qarşı hibrid müharibə strategiyasını bundan sonra da davam etdirəcək. Rusiyanın yaratdığı və sahibləndiyi etnik konfliktlərdən əziyyət çəkən Gürcüstan və Moldova “Krım Konfransı”nda iştirak edir. Qərəz, dünyanın bütün tərəqqipərvər ictimaiyyəti bu gün Ukrayna xalqı ilə bərabərdir.

Siyasi ekspert Kamal Əliyev

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button