Top.Mail.Ru
ARAŞDIRMA

Lukaşenko Belorusiyanın müstəqilliyini Rusiyaya SATIR – “İttifaq müqaviləsi” onun ən son VARİANTIDIR

Bu gün Belorusun dövlət müstəqilliyindən fəragat etdiyi,vaz keçdiyi tarixdir. Bu ölkənin ilk prezidenti Stanislav Şuşkeviç (1991-1994) belə Aleksandr Lukaşenko qədər öz dövlətinin maraqlarını Rusiyaya qurban verməmişdi. Ancaq bıglı diktator Lukaşenko bu gün Moskvada Putinlə keçirəcəyi görüşdə rəsmi olaraq Belorusun Rusiyanın marionetkası olacagı prosesi başladır.

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev

Təsadüfü olaraq Şuşkeviçin Batkadan daha agıllı oldugunu yazmadım. Lukaşenko 1999-cu ildə Rusiya ilə “İttifaq müqaviləsi” prosesini bu gün rəsmi olaraq Moskvada başladacaq. Belorusu yaxın gələcəkdə Rusiyanın qərb oblastı edəcək adını çəkdiyim “ittifaq müqaviləsi”nin yol xəritəsi 28 maddədən ibarətdir. Yəqin bu gün Miskvada son 7 maddə və digər 4 paraqraf haqqında razılıq əldə olunacaq.

Ən dəhşətli maddələr:

Vergi siyasəti;

Enerji qiymətləri;

Gömrük xudməti və vahid valyutadır.

Üstəlik Belorus hüquq sisteminin Rusiyaya inteqrasiya edilməsi də var. Düzdür, Lukaşenko hər fürsətdə deyir ki, “İttifaq müqaviləsi” Rusiya və Belorus arasında bərabərhüquqlu münasibətləri tənzimləyəcək, ancaq yuxarıda vurguladıgım maddələr heç də “bərabərhüquqlu” deyil.

Yəni, Belorus bundan sonra ən yaxşı halda formal müstəqil dövlət olacaq. Digər tərəfdən, keçən il keçirilən son saxta prezident seçkilərindən sonra qərbin Belorusa ciddi sanksiyaları var. Putin də bu fürsəti fövtə verməyərək, bıglı diktatora 1,5 milyard uzunmüddətli kredit verdi.

Bəli, Avropanın “son diktatoru” Putinin caynagına keçir. Yadınızdadırsa, 2019-cu ilin qış aylarında Lukaşenko ölkəsinin suverenliyini müdafiə etməyə başlamışdı. Hətta paytaxt Minskdə anti-Rusiya mitinqləri keçirilirdi.

Putin mart ayında dərhal Belorusa verdiyi təbii qazı kəsdi. Sonra ilk dəfə qərb Belorusa dəniz yoluyla enerji tədarük etdi. Hətta qısa müddət sonra ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo son 20 ildə ilk dəfə Belorusu ziyarət etdi.

Əslində,her şey keçən ilki seçki tamaşasından sonra baş verdi. Lukaşenko həyasızcasına seçkiləri saxtalaşdırdı, mitinqləri zorakılıgla dagıtdı, 34 min insanı həbs etdi. O, faktiki olaraq, Svetlana Tixanoviskayanın qələbəsini qəbul etmədi. Ən sonda müxalif bloger Roman Protoseviçu biabırçı formada həbs etməklə, sivil dünyanı qarşısına aldı.

Onu da deyim ki, Lukaşenkonun “İttifaq müqaviləsi” onun ən son variantıdır. Bu rəzil müqavilə Lukaşenkonun hakimiyyəti öz əlində saxlamaq üçün ən son rıçaqdır.

Diktator öz ölkəsinin müstəqilliyini peşkəş edir.
Belorus xalqına yazıq oldu…

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button