Top.Mail.Ru
ARAŞDIRMA

Hakopyan “fars” maşınları deməklə, İrana da referans EDƏ BİLƏR – ŞƏRH

Ermənistan parlamentindəki Rusiyayönümlü “Hayastan” fraksiyasının üzvü Vahe Hakopyan deyib ki, azərbaycanlılar Qafan-Gorus yolu üzərində polis postu qurublar, fars maşınlarını saxlayıb onların sənədlərini yoxlayır və sonra İrəvana buraxırlar. (aravot-en.am)

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev

Hakopyanın cümləsində iki maraqlı nüans diqqəti çəkir:

1) “fars” sözü;

2) İran maşınlarının guya Xankəndiyə deyil, birbaşa İrəvana getməsi.

Hakobyanın da üzv oldugu “Hayastan “fraksiyası Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın bir mənada kölgə kabinetidir. Köçəryan da birbaşa Putinə baglıdır.

Medvedçukun bir zamanlar Ukrayna Ali Radasında Rusiyaya göstərdiyi ayı xidmətini Köçəryanın “Hayastan” fraksiyası da Kremlə göstərir. Köçəryan mandatından imtina etdi və ona görə Ermənistan parlamentinə girmədi ki, o, birzamanlar ölkənin prezidenti olub və indi özünə deputat olmagı sıgışdırmadı. Eyni zamanda, keçmiş prezidentin haqqları daha üstündür.

Köçəryan Ermənistandakı cari siyasətin episentrində olmaq yerinə, daha çox kənardan drijor çubugu ilə hadisələri idarə etməyi seçdi.

Əslində, Vahe Hakopyan belə fikirləri söyləməklə iki məqsədi güdə bilərdi…

– O, ya rəsmi Kremlin Gorus-Qafan yolu üzərində qurulan polis postuna narazılıgını ifadə edir. (bu, inandırıcıdır)

– Hakopyan İran yük avtomobilləri sözünün yerinə “fars” maşınları deməklə, İrana da referans edə bilər.

Reallıq isə çox sadədir: İran nömrə nişanlı yük avtomibilləri İravana getsə də, son dayanacaq yeri Xankəndidir. Heç kim inkar etmir ki, maşınlar İran ərazisindən yola çıxır, Gorus-Qafan magistral yolundan keçməklə İrəvana istiqamət alır. İstənilən halda, Azərbaycanın yurisdiksiyasına daxil olan bir əraziya xarici ölkənin hüquqi və fiziki şəxslərin rəsmi Bakının icazəsi olmadan daxil olması yolverilməzdir.

O ki qaldı Rusiya maşınlarının Yuxarı Qarabaga daxil olmasına, bunun da ən böyük məsuliyyəti 10 noyabr razılaşmasını imzalayanların üzərinə düşür. Rusiya 10 noyabr razılaşmasının tərəfidir və nə qədər razı olmasaq da, 2025-ci ilə qədər Yuxarı Qarabagdakı 25 min erməninin hamisidir. İstəsək də, istəməsək də bu, belədir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button