Top.Mail.Ru
ARAŞDIRMA

“Nə qədər ki, Laçın koridoruna nəzarət EDƏ BİLMİRİK…” – ŞƏRH

10 noyabrda imzalanan üçtərəfli bəyanatda deyilir ki, Laçın dəhlizinə giriş-çıxış rus sülhməramlılarının nəzarətində olacaq, Azərbaycan tərəfi isə hər iki istiqamətdə nəqliyyat vasitələrinin təhlükəsizliyini müşahidə edəcək.

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev

Bu maddənin açması odur ki, ermənilər Laçın koridoru vasitəsi ilə Yuxarı Qarabağa və yaxud əks istiqamətə hər şey daşıya bilərlər, biz isə erməni nəqliyyat vasitələrini yoxlaya bilmərik.

Yəqin, “Dədə Qorqud” filminə baxmısınız. Filmdə Qorqud dədə Çobanın oğluna deyir ki, oğul, torpağı qorumadınsa, onu əkib-becərməyə dəyməz, torpağı əkib becərmədinsə də, onu qorumağa dəyməz.

Hazırda Azərbaycan tərəfinin Laçın koridoru üzərindəki səlahiyyəti də belədir. Məsələn, Arayik Arutyunyan Ermənistandan Xankəndiyə qayıdarkən, Laçın koridorundan keçir, bizim əsgərlərimiz isə müəyyən məsafəyə bu adamın təhlükəsizliyini qorumaqla mükəlləfdir.Təsəvvür edin ki, Arayik də avtomobilinin şüşəsindən bizimkilərə əl sallayır.

Nə qədər ki, Laçın koridoruna nəzarət edə bilmirik, qələbədən, dəmir yumruqdan-zaddan danışmağa dəyməz. Laçın koridoru eyni adlı şəhərin içindən keçir. Ruslar 3 il sonra başqa bir ərazidən bu koridoru əvəz edəcək yol çəkəcəklər.

Beləliklə, biz heç vaxt ermənilərin Yuxarı Qarabağa daşıdıqları yükləri görməyəcəyik. İndi Qafan-Gorus yolundan İran maşınlarını buraxmaq istəmirik. Gələcəkdə isə İran maşınları alternativ Laçın koridoru vasitəsi ilə Yuxarı Qarabağa gedəcəklər.

Yaxşı, o zaman bu maşınlardan “torpaqbasdı” pulu ala biləcəyik?

Düşünmək belə istəmirəm.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button