Top.Mail.Ru

ARAŞDIRMA

Ərdoğan QƏRARINI VERDİ: Qərb Rusiya və Türkiyəni qarşıdurmaya cəlb etmək istəyir? – TƏHLİL

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev

Serbiya və Kosova sərhədində “hərəkətlilik” müşahidə olunur. Bu aksiyonun süni və ya təbii olduğunu analiz etmədən öncə jurnalistikanın məşhur 5N1K düsturunun üzərində də dayanmaq olar.

Əvvala, Balkanlarda serb və müsəlman konfrantasiyasını qızışdırmaq kimə lazımdır…?

Şübhəsiz ki, ilk ağıla gələn Rusiyadır. 90-cı illərdə Yuqoslaviyanın sabiq diktatoru Miloşeviç və onun “qəssabı” Karaciç Bosniyada müsəlmanları qırırdı. NATO bir müddət susdu və nəticədə Miloşeviç rejimi Serebrenitsa soyqırımını törətdi. Daha sonra ABŞ prezidenti Bill Klintonun vaxtında NATO Belqradı bombaladı. O zaman Rusiya prezidenti Boris Yeltsin idi və rəsmi Moskva indiki kimi proseslərə intervensiya edə bilmirdi.

Loading...
Yazının davamı reklamdan sonra

Serbiya tarixən Rusiyanın Balkanlarda ən yaxın müttəfiqi olub. Əlbəttə, bunda ruslarla serblərin dini və məzhəbi identifikasiyasını da nəzərə almalıyıq. Görünən odur ki, Balkanlarda vəziyyəti gərginləşdirib Rusiyanı prosesə cəlb etmək istəyirlər.

Dünyada bəzi konflikt ocaqları var ki, onlar partlamamış minadır. Qlobal güclər zəruriyyət yarandıqda minaları partlatmasalar da, ən azından epizodik də olsa onları qaşıyırlar. Görərsiniz, bir müddət sonra Talibanı da Orta Asiyada aktivləşdirib Rusiyanın üzərinə salacaqlar.

Bir maraqlı məqam da budur ki, Rusiyanı harda proseslərə cəlb etmək istəyirlərsə, o yerdə Türkiyə də var.

Əgər Balkanlarda hər hansı etnik konflikt yaranarsa, biz orda mütləq Türkiyəni də görəcəyik. Osmanlıdan bu yana Balkanlar Türkiyənin geopolitik və geostrateji təsir arealıdır.

Yuxarıda vurğuladığım kimi, ruslarla serbləri din və məzhəb birləşdirirsə, türklərlə müsəlman bosniyalılıları və kosovalıları da İslam və sünnilik birləşdirir.

Qərb Kosovanın müstəqilliyini tanıyır, Rusiya isə yox. Kosovanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri Türkiyədir. İş ondadır ki, Türkiyə Kosovanın müstəqilliyini tanısa da, Serbiya ilə də yaxşı münasibətləri var. Göründüyü kimi, rəsmi Ankara serblərlə kosovalılar arasında müəyyən bir balans yaxalayıb. Rusiya üçün isə bu, belə deyil.

Əsas hədəf Rusiya və Türkiyənin arasını açmaqdır;

  • Suriyada əməkdaşlıq edən və “Astana Formatı”çərçivəsində problemin siyasi yolla həllinə çalışan Rusiya və Türkiyənin münasibətləri korlanmalıdır.
  • Balkanlarda serb-kosava konfrantasiyasında Rusiya rəsmi Belqradı, Türkiyə isə rəsmi Priştinanı müdafiə edəcək. Və beləliklə, arzulanan və strateji hədəf olan Rusiya-Türkiyə qarşıdurması baş verə bilər.
  • Potensial Rusiya-Türkiyə konfrantasiyası üçün bir vacib coğrafiya da Qarabağdır. Hələ ki, hər iki dövlət Qarabağ mövzusunda anlaşa bilirlər. 

Mən bu məsələdə türklərlə rusların bir müddət də yola gedəcəyini zənn edirəm.

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan açıq şəkildə bəyan edir ki, amerikalı həmkarı Baydenlə işləyə bilmir.

Co Bayden də Suriyanın şimalındakı kürd yaraqlılarını dəstəkləməkdə davam edir və türklərin Rusiyadan S-400 HHM sistemini almasını həzm edə bilmir. Məncə, Ərdoğan qərarını verib və Putinlə ayın 29-da keçirəcəyi görüşdə bu məsələləri müzakirə edəcək. Elə bir mərhələdəyik ki, Türkiyə və Rusiyanın birlikdə hərəkət etməkdən başqa çarəsi qalmayıb.

Əlbəttə, bu kontekstə Azərbaycan hakimiyyətinin də seçimi məlumdur: Türkiyə və Rusiya ilə birlikdə hərəkət etmək.

Kamal Əliyev
Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button