Top.Mail.Ru
ARAŞDIRMA

SENSASİON ŞƏRH: İran-Türkiyə-Azərbaycan toqquşması baş verərsə, İsrail bu fürsəti qaçırmayacaq – SƏRH

Çox güman ki, İran-Türkiyə-Azərbaycan toqquşması baş verərsə, İsrail bu fürsəti qaçırmayacaq və İranın tamamilə məhv edilməsi üçün bütün resurslarını səfərbər edəcək. ABŞ isə yalnız İran ehtimal olunan müharibədə üstünlük qazanacağı və İsrail ciddi itkilər verəcəyi halda münaqişəyə qoşula bilər.

Qumarbazlar demiş, stavkalar çox yüksəkdir. Türkiyə bu savaşdan qalib çıxarsa, Türkiyə və Azərbaycan Yaxın Şərqin və regionun ən böyük regional gücünə çevrilər. İranda yaşayan on milyonlarla azərbaycanlı və Orta Asiya türkləri də daxil olan böyük Turan yaranır. İran Farsistan, Xuzistan (ərəblər) və Kürdistana parçalanır.

Hə bu arada bölgədə Rusiya, Pakistan, Çin və Hindistanın özünü necə aparacağına dair proqnoz vermək asan deyil. Çox güman ki, Çin bitərəf qalacaq və Britaniyanın senariləşdirdiyi bu döyüşə girməyəcək. Pakistan bilavasitə iştirak etməsə də, Türkiyə-Azərbaycan blokuna siyasi-texniki dəstək verə bilər. Hindistanla İran arasında ideoloji olaraq yaxınlıq yoxdur. Rusiya öz növbəsində İranın nüvə dövlətinə çevrilməsini istəmir, amma parçalanmasına da razı deyil. Ümumiyyətlə bütün bu proseslər Qərb ölkləri tərəfindən uzaq perspektivdə Rusiya sərhədlərini təhdid edəcək yeni gücün yaranmasına hesablanıb. Qəribəsi odur ki, Rusiyaya bu savaşda heç bir tərəfin qalib gəlməsi sərf etmir. İran Qalib gələrsə Çinlə yaxınlaşıb regionda daha böyük gücə və nüvə dövlətinə çevrilərək Rusiyanı sıxışdıra bilər. Türkiyənin qalibiyyəti halında nələrin olacağını yuxarıda qeyd etdim.

Dünya bölgəmizdə 3-cü dünya müharibəsinə hamilədir. Əslində bu müharibə bir neçə ay əvvəl Ukrayna-Rusiya arasında başlamalı idi. Böyük güclər və Avropa dövlətlərinin təzyiqi ilə döyüş meydanını dəyişdilər. Biz istəsək də, istəməsək də “Yaxın Orta Şərq” layihəsinin içindəyik və bunu yaşamalı olacağıq. Görünən qədər qırmızı düyməyə basılıb. //Konkret.az

Tanrı Türkü qorusun!

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button