Top.Mail.Ru
ARAŞDIRMA

“Gürcüstandayam” deyən Saakaşvilinin HƏDƏFİ: Siyasi şəxs ovu, yoxsa MİLLƏTİN GƏLƏCƏYİ? – TƏHLİL

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev

Gürcüstanlı siyasətçi Daşqın Gülməmmədov deyir ki, Mixael Saakaşvili bu gecə Acarıstan ərazisinə daxil olub və Batumidədir. Gülməmmədova görə, eks prezidentin hazırda qaldığı yer konfedensialdır.

Mənim qənaətim iki versiyanın üzərindədir;

  • Mixael Saakaşvili ümumiyyətlə Gürcüstana gəlməyib, ancaq bu ölkədə olduğunu deyərək, xalqı seçkilərdə mobilizə edib yüksək iştirakını təmin etməkdir. Gürcüstanda ciddi iqtisadi problemlər var və Saakaşviliyə görə, fürsət də elə bu fürsətdir. Koronavirus pandemiyası Gürcüstanın turizm sektoruna ciddi problemlər yaradıb və ölkə iqtisadiyyatındakı dalğalanmalar, milli valyuta larinin dəyərsizləşməsi, gündəlik təlabat məhsullarındakı qiymət artımları əhalinin mövcud Qaribaşvili hökumətinə narazılığını daha da artırıb. Üstəlik, ölkədə korrupsiyanın miqyası, Avropa İttifaqının arzu etdiyi siyasi və iqtisadi islahatların mövcud Qaribaşvili hökuməti tərəfindən gecikdirilməsi protest elektoratı daha da hövsələdən çıxarır. Gürcü xalqı son illər əldə etdiyi demokratik qazanımları əldən vermək istəmir. Müxalifət də bu üzdən protest elektoratı Qaribaşvili hökumətinə qarşı konsolodasiya etməyə çalışır. Ancaq Saakaşvilinin hədəfindəki persona şübhəsiz ki, “kölgə baş nazir” Bdzina İvanişvilidir.

  • İkinci versiyam isə budur ki, Saakaşvili həqiqətən Gürcüstandadır və sabah keçiriləcək bələdiyyə seçkilərinin nəticələrini gözləyir. Məlumdur ki, Tbilisi şəhər bələdiyyə sədrliyinə keçiriləcək seçkilərdə iştirak edən keçmiş baş nazir Qaxariya və onun partiyasına maliyyə dəstəyini İvanişvili edir. Ayın 3-ü isə Tbilisinin mərkəzində Saakaşvili tərəfdarları (təbii ki, protest kütlənin də etiraz edəcəyi təxmin edilir) mitinq keçirəcək. Güman edirəm ki, Saakaşvili də aksiyanın gedişinə və aktivliyinə görə hərəkət edəcək. Əgər yüzminlərlə insan Gürcüstanda mövcud İvanişvili-Qaribaşvili-Qaxariya tandeminə qarşı ümumxalq aksiyalarına start verərsə, Saakaşvili hətta həbs təhlükəsini də gözə alaraq əhaliyə qoşulacaq.

Qısaca vurğulayım ki, hər şey seçki siyahısında 5 nömrə olan Saakaşvilinin lideri olduğu Milli Hərəkat partiyasının bələdiyyə seçkilərində göstərəcəyi nəticədən və ayın 3-dəki mitinqdən asılı olacaq.

Bu iki versiya mənim gəldiyim qənaətdir. Qarşıdakı 2 gün Gürcüstan üçün həm gərgin, həm də maraqlı keçəcək. Bu iki gün həm də Mixael Saakaşvilinin bu tarixdən sonra gürcü siyasətindəki perspektivlərinə də böyük ölçüdə aydınlıq gətirəcək.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button