Top.Mail.Ru

ARAŞDIRMA

1992-ci ildə Azərbaycanın ərazi bütövlüyünü tanıyan Fransanı hazırki dövrdə Ermənistan tərəfindən çıxış etməyə nə vadar edir ? – ARAŞDIRMA

Son 30 illik diplomatik tariximizi analiz etdikdə görürük ki , həm Heydər Əliyevin həmdə İlham Əliyevin prezident kimi fəaliyyətinin ilk səfərləri Fransaya olmuşdur. Bunu onunla əlaqələndirə bilərik ki , uzaqgörən prezidentlərimiz lap əvvəldən ermənipərəst mövqedə çıxış edən Fransanı haqq yoluna dəvət etmək üçün çox səy göstərmişlər. Qarşılıqlı səfərlər nəticəsində , Fransa-Azərbaycan əməkdaşlığı bir çox sahədə öz bəhrəsini vermişdir. Parlamentlərarası əlaqələr yaradılmış , diplomatik və iqtisadi əlaqələrin inkişafı naminə bir çox layihələr həyata keçirilmiş , kosmos, təhsil və media kimi mühüm sahələrdə əməkdaşlıq üçün sənədlərə imza atılmışdır. Bu gün həmin maraqlara tamamilə zidd hərəkət edən Fransa niyə əsas ədalət prinsipinin faktorlarına qarşı çıxır ?

Bildiyimiz kimi , Fransa erməni lobbisinin çox geniş yayıldığı və burada güclü təsirə malik olduğu yeganə ölkədir. Bunun nəticəsidir ki , Ermənistan ərazisini qorumaq məsuliyyətini öz üzərinə götürən Rusiya belə haqq-ədalət və beynəlxalq hüququn şərtlərini yerinə yetirərkən , Fransa bu zərərli mövqedən hələ də əl çəkmək istəmir. Tarixin zibilliyinə rədd olan Qondarma ” Dağlıq Qarabağ ” respublikasının rəsmiləri məğlubiyyəti qəbullanıb , bayraqlarını büküb cibinə qoyduğu bir zamanda Fransa hələ də bu respublikanın statusundan və müstəqilliyindən dəm vurur və bu azmış kimi , rəsmi şəkildə bəyanatlarla Azərbaycanın haqq işinə ləkə gətirmək niyyətlərini gizlətmir.

Minsk qrupunun üzvü olmasına baxmayaraq , Fransanın hazırda bütün olanlara uzaqdan tamaşa etmək məcburiyyətində qalması onun üçün təbii ki , qıcıq yaradır. Amma bitərəf mövqedə qalmalı olduğunu unudan Fransa Qarabağda söz sahibi olmaq hüququnu da unutmalı oldu . Bu gerçəkliklərlə barışa bilməyən , Türkiyə mehmetçiklərinin Qarabağda olmasını qəbullanmayan idarəçilər , lobbiçilər və vətəndaşlar son nöqtədə heçnə əldə etməyəcəklərini yaxşı bilir.

Loading...
Yazının davamı reklamdan sonra

Makronun uğursuz siyasəti həm ölkə daxilində , həm də ölkə xaricində müsəlman və türk dünyası tərəfindən xoş qarşılanmadı. Belə görünür ki , Makronun prezident kimi yeganə hədəfi ölkəni bataqlığa yuvarlamaq və beynəlxalq çərçivədə gülünc duruma düşürməkdən ibarətdir. Deyəsən , Erməni lobbisinin təsiri , Türkiyə və Azərbaycan dövlətlərinin sürətli yüksəlişini qəbul etmək istəməyən Parisi “partladacaq”.

Ağaliyev Kənan

KAİNAT ANALİTİK İNFORMASİYA MƏRKƏZİ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button