Top.Mail.Ru
ARAŞDIRMA

TƏCİLİ! Azərbaycanın İrandan 2 tələbi ELAN EDİLDİ: Tehran bu tələblərə ƏMƏL ETMƏSƏ…

İranın yük maşınlarının Qarabağa qanunsuz yanacaq daşıması ilə bağlı xəbərlər hələ ki, səngiyib. Tehran bu qanunsuzluğun qarşısını əvvəldən alsaydı, münasibətlərdə süni gərginlik yaranmazdı.

KAİM.az xəbər verir ki, bu fikirləri politoloq Elxan şahinoğlu səsləndirib.

O bildirib ki, Tehranın dərdi fərqlidir:

“Tehranı qıcıqlandıran nə oldu? Birincisi, Azərbaycan-Türkiyə-Pakistan birgə təlimləri, ikincisi, İsrail şirkətlərinin azad olunmuş bölgələrin bərpasında iştirakı, üçüncüsü, Azərbaycan qanunlarını pozan iranlı iki sürücünün sorğu-suala çəkilməsi oldu. Eyni zamanda İlham Əliyevin “Anadolu” agentliyinə müsahibəsində işğal başa çatdıqdan sonra İranın hərbi təlimlərinin sərhəddə keçirilməsinin anlaşılmadığını söyləməsi də İranda qıcıq yaratdı.

Aydındır ki, Tehran bunlara nəsə reaksiya verəcəkdi, sadəcə hamısının bir ağızdan dediyi “sərhədlərimizdə sionist rejimin varlığına imkan verməyəcəyik” absurd açıqlama vəziyyətin daha da gərginləşməsinə xidmət etdi. Demək istəyirlər ki, Azərbaycan İsrailin İranla sərhədində bu və ya digər şəkildə varlığına şərait yaradıb və bunun “qarşısı alınmalıdır”. Əslində söhbət bir neçə İsrail şirkətinin Qarabağın yenidən qurulmasında iştirakından gedir. Qarabağın bərpası layihələrində bir neçə İsrail şirkəti iştirak edəcəksə, orada İran şirkətləri olmayacaq. Ancaq bu bizim problem deyil, başqaları kimi İran şirkətləri də Qarabağda yenidənqurma işlərinə dəvət olunmuşdu”.

Elxan Sahinoglu vefat eden diplomatdan yazdi - "Dostumuzu itirdik"

Politoloqun sözlərinə görə, İran guya Azərbaycanla sərhəddə nümayişkəranə şəkildə hərbi təlim keçirməklə nə əldə edəcək? Tehran əks-effektlər barədə düşünməlidir:

“Birincisi, Türkiyə İranla sərhəddə təlimlərə başlayıb. Ankara bu yolla Tehrana mesaj göndərir ki, Azərbaycana qarşı təxribat həyata keçirmək istəsən, qarşında Türkiyəni görəcəksən. İkincisi, İranın hərbi təlimləri Azərbaycanı Türkiyə və İsraillə daha sıx hərbi əməkdaşlığa sövq edəcək ki, əslində Tehran bunun əksinin reallaşmasına çalışırdı. Üçüncüsü, Tehran Azərbaycanı hədələyərkən Təbrizdə, Ərdəbildə və Güney Azərbaycanın şəhər və qəsəbələrində yaşayan azərbaycanlıların seyrçi qalacağınamı ümid edir? Dördüncüsü, İranın yeni prezidenti İbrahim Rəisi və onun mühafizəkar komandasının xarici siyasətdəki ilk addımı Azərbaycanla münasibətləri gərginləşməkdən keçəcəksə, ikinci böyük qonşusu – Türkiyə ilə də münasibətlərin inkişafına ümid etməyə bilər. Qərbin sərt sanksiyaları ilə üzləşən və iqtisadiyyatı ağır günlər yaşayan İran iki qonşusu – Azərbaycan və Türkiyə ilə münasibətlərdə ehtiyatlı olmayacaqsa, özünün problemlərini artıracaq”.

Elxan Şahinoğlu əlavə edib ki, Azərbaycanın İrandan iki sadə tələbi var: “Birincisi, Azərbaycanın daxili işlərinə qarışma, necə ki, Azərbaycan İranın daxili işlərinə qarışmır və Tehranı tərəfdaş seçimində məsləhət vermir, ikincisi, erməni separatçılarına yanacaq daşıma. Bu iki sadə tələbə riayət olunacaqsa, İran-Azərbaycan münasibətləri Rəisidən əvvəlki axarına qayıdacaq. Sərhəddəki hərbi təlimlərə gəldikdə isə, bunlar Azərbaycanın xarici və təhlükəsizlik siyasətini dəyişdirəcək gücdə deyil”.

// konkret

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button