Top.Mail.Ru
ARAŞDIRMA

Paşinyanın MÜƏMMALI MANEVRİ: Qarabağda tək qalan İrəvan Tehranla QARDAŞLIĞINI ELAN ETDİ – TƏHLİL

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev

Ermənistanın Baş naziri Nikol Paşinyan Litva Erməni Cəmiyyətinin iclasında deyib ki, 90-cı illərdən İrana minnətdarlıq borcumuz var.

Paşinyana görə, İran Ermənistana qardaş ölkədir və rəsmi İravan heç vaxt bu ölkəyə qarşı hücumda iştirak etməyəcək. Ermənistanın Baş naziri həm də onu vurğulayıb ki, İranla münasibətlərimiz və ittifaqımız bizim üçün çox vacibdir. Paşinyan onu da etiraf edib ki, İran 1990-cı illərdə Ermənistana kömək edib və əgər bu baş verməsəydi Azərbaycana məğlub olardıq.

Zənnimcə, Nikol Paşinyanın bu fikirləri açıq söyləməsində 2 nüans özünü büruzə verir.

  1. Petrosyan, Köçəryan və Sarkisyan bilməlidirlər ki, 1992-1994-cü illərdəki birinci Qarabağ müharibəsində qələbə heç də siyasi və hərbi gücünüz hesabına olmayıb. Yəni, İranın hərbi-siyasi dəstəyi olmasaydı, siz heç vaxt Azərbaycana qalib gələ bilməzdiniz. Maraqlısı odur ki, Paşinyan 90-cı illərdə Rusiyanın da Ermənistanın tərəfində olduğunu deməyib.
  2. Nikol Paşinyan İranın 1990-cı illərdə Ermənistana kömək etdiyini deməklə ona işarə edə bilər ki, rəsmi İrəvan gələcəkdə İrana qarşı ehtimal olunan hərbi müdaxiləyə öz ərazisindən icazə verməyəcək. Paşinyan demək istəyir ki, mən nə qədər qərbpərəst siyasi lider olsam da İrana qarşı xəyanət etməyəcəm və bu ölkənin Ermənistana arxa-dayaq olduğuna naxələf ola bilməz.

Ümumiyyətlə, Ermənistandakı siyasi isteblişment bir nəfər kimi vahid İran siyasətinə bağlıdırlar. Erməni siyasətçilər və bütövlükdə ermənilik həmişə bəyan edir ki, İrana bütün ermənilərin bir minnətdarlıq borcu var. Paşinyanda erməni dövlətinin İrana qarşı strateji siyasi xəttindən kənar çıxa bilməz. Ermənistan İranın qərbə açılan qapısıdır. Ermənistan İranla qərb ölkələri arasında vasitəçidir. Dünyadakı erməni diasporu da öz siyasətində İrana qarşı həmişə “qardaşlıq” münasibəti bəsləyir.

Bütün bunlara baxmayaraq, ermənilər dərk edir ki, Ermənistan dövlətinin əsas himayəçisi Rusiyadır. Məhz Rusiyanın 44 günlük müharibədəki müdaxiləsi 10 noyabr üçtərəfli razılaşmasını reallaşdırıb. Yoxsa ki, Rusiya Ermənistanı dalandan çıxarmasaydı, Azərbaycan ordusu Xankəndi, Ağdərə, Əsgəran, Xocalını da çoxdan azad etmişdi.

Yuxarıda da vurğuladığım kimi, Nikol Paşinyan Rusiyanın da 1990-cı illərdə Ermənistana kömək etdiyini demir, demək istəmir. Məncə, Paşinyan bir mənada Rusiya və İran arasında manevr edir. Yəni, Paşinyan demək istəyir ki, Rusiya bizdən istədiyimiz dəstəyi son 44 günlük müharibədə əsirgədi, ancaq İran həmişə Ermənistana “qardaş” dəstəyini göstərib.

Ermənistan Baş nazirinin oktyabrın 12-də Rusiyaya səfər edəcəyi və bu ölkənin prezidenti Putinlə görüşəcəyi haqqında məlumat yayılıb. Mənə elə gəlir ki, Putin-Paşinyan görüşündə masadakı müzakirə mövzularından biri də Zəngəzur dəhlizi və Türkiyə prezidenti Ərdoğanın təklif etdiyi “altılıq” platformu olacaq. İranın keçmiş prezidenti Həsən Ruhani prinsipcə türkiyəli həmkarının təklifinə qarşı çıxmırdı. Lakin Ruhaninin xələfi, İranın indiki dövlət başçısı İbrahim Rəisi həm Zəngəzur dəhlizinə, həm də Putinin də yaşıl işıq yandırdığı “altılıq” platformuna qarşıdır. Düşünürəm ki, Moskva görüşündə Putin Paşinyanı hər iki layihənin regional inkişaf üçün vacib əhəmiyyət daşıdığına ikna edəcək.

Daha sonra isə Putinin iranlı həmkarı Rəisi ilə görüşəcəyini və ona da həm Zəngəzur dəhlizi, həm də “altılıq” platformunun əhəmiyyətini başa salacaq. Yox əgər İran bu protektlərə qarşı çıxarsa və ya tərəddüd edərsə, həm Zəngəzur, həm də “altılıq” platformu rəsmi Tehran olmadan da realizə edilə bilər. Necə deyərlər, olmasın altılıq, olsun beşlik.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button