Top.Mail.Ru

ARAŞDIRMA

Sərt karantinin olduğu Azərbaycanda ölüm karantin olmayan Belarusdan daha çoxdur – NİYƏ?

Bir ilə yaxındır ki, bütün dünya COVID-19 pandemiyası ilə üzləşib.

Virusla mübarizədə müxtəlif ölkələr fərqli taktika seçdi. Azərbaycan elə ilk gündən karantin rejimi tətbiq etdi. Mart ayından etibarən toy və yas mərasimləri, ad günləri, kütləvi yığıncaqlar qadağan edildi və hələ də qadağa qüvvədədir.

Bir sıra ölkələr sərt karantin tətbiq etsələr də, məsələn, İsveçdə tamam fərqli yol seçildi.

Pandemiya dövründə koronavirusla mübarizədə hansı ölkənin tutduğu xətt daha doğru idi?

Tanınmış nervpotoloq-həkim Qalib Əsədov Cebhe.info-ya açıqlamasında ayrı-ayrı ölkələrin karantin tədbirlərini şərh edib:

“Belarus bir gün də olsun karantin tətbiq etmədi, bütün müəssisələr işlədi, hərbi parad keçirildi, arxasınca seçki kampaniyası, sonra da müxalifətin nümayişləri oldu. Bir gün belə məktəblər, universitetlərin fəaliyyəti dayanmadı. Cənubi Koreyanın baş nazırı Çon Se Qyun isə tam fərqli və maraqlı taktika seçdi, İqtisadiyyatın fəaliyyətini dayandırmağı ölkəsi üçün məqbul bilmədi və 3T düsturu adlandırdığı strategiya irəli sürdü. 1) Test – kütləvi test müayinəsi. 2) Trace – xəstəlik tapılanların və onlarla kontaktda olanların müşahidəsi. 3) Treatment – dərhal müalicəyə başlamaq. Hətta ciddi əlamətlər olmasa belə…”

Həkim Azərbaycandakı mövcud epidemioloji durumu sözügedən ölkələrdəki vəziyyətlə müqayisə edib:

“Azərbaycanda 1.631.597 test aparılıb, onlardan 98.927 xəstə aşkar olunub. (Təqribən 16 testə 1 xəstə), Belarusda 3.128.178 test aparılıb və 128.449 xəstə aşkar olunub. (24 testə bir xəstə). Yəni Belarusda daha çox test müayinəsi aparılıb. Azərbaycanda 1194 nəfər, Belarusda isə 1119 nəfər dünyasını dəyişib. Göründüyü kimi, karantin tam sərt tətbiq olan Azərbaycanda, karantin tətbiq olunmayan Belarusa nisbətən ölüm sayı daha çoxdur. Çünki Belarusda keyfiyyətli sanitar-epidemioloji xidmət, aparılan testlərin sayının çoxluğu vaxtsız ölümlərin qarşısını alıb. Cənubi Koreyada isə vəziyyət daha maraqlıdır. 50 milyondan çox əhalisi olan bu ölkədə cəmi 31.735 yoluxma halı olub ki, onlardan 513-ü dünyasını dəyişib. Əvəzində isə 2.966.405 nəfər test müayinəsinə cəlb olunub. Deməli, test nə qədər çox olsa, müalicəyə nə qədər erkən başlanılsa, nəticə o qədər yaxşı olar. Digər karantin tədbirlərinin isə (maska, məsafə, dezinfeksiya gigiyenik tələblərdir) heç bir mənası və əhəmiyyəti yoxdur. Azərbaycanın Səhiyyə Nazirliyi və TƏBİB, işini doğru düzgün qura bilsə, məktəblər də işləyər, müəssisələr də… İnsanlar rahat restorana gedər, gənclər toylarını edər, qələbəmizi isə könül xoşluğu ilə qeyd edərdik. Ümid edək ki, nəhayət dünya təcrübəsi ilə maraqlanacaqlar”.

Alçina Amilqızı
Cebhe.info

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button