Top.Mail.Ru
ARAŞDIRMA

Fars molla rejiminin ermənisayağı terror siyasəti – İRAN (ŞOK FAKTLAR ƏSASINDA TƏHLİL)

Tarixən farslarla olan münasibətlərimiz çox dərindir. Lakin bu münasibətlər dərin olduğu qədər, fars imperializmliyi baxımından o qədər də təhlükəlidir.

İran adlı dövlət üzərindən “farsçılıq” siyasəti aparan molla rejimi bu gün təkcə Azərbaycan və region üçün deyil, dünyaya təhlükə mənbəyidir. Hazırda fars molla rejiminin Fələstin, Livan, İraq, Suriya Yəmən və eyni zamanda Qafqazlarda apardığı siyasətə nəzər yetirdikdə rəsmi Tehran hökumətinin terrorizmi dəstəklədiyini və himayədarlıq etdiyini tam çılpaqlığı ilə görsənir. Belə ki, birlikdə İranın orta şərqdə və ölkəmizdə dəstəklədiyi təşkilat və qrupların siyahısına baxaq;

  1. Fələstin və Livanda – Hizbullah .

2. İraq – Muqtəda əlsədr qruplaşması, “1920 İnqilab Briqadaları”, İraq Milli İslami Müqavimət partiyası,
“Tuqaylar”ın yolu, “Ceyşul İslam”, “Ceyşul Mücahidin”, “Şiə Bədr Briqadaları”, “Əhl Hak” qruplaşması ,”Muxtar Ordusu”, “Sarallah Tuqayları”, “Mehdi Ordusu”.

3. Suriya – Bəşər əsəd rejimi və şiə qrupları.
4. Yəmən – Husilər .

5. Azərbaycan – İslam partiyası, Müsəlman birliyi hərəkatı, Birlik təşkilatı, Hüseyn aşiqləri qrupu, Qarabağ islami müqavimət təşkilatı.

Yuxarıda adları çəkilmiş təşkilat və qruplar bir mənalı olaraq fəaliyyət göstərdikləri ərazilərdə fars molla rejiminin çirkin imperalist maraqlarına xidmət edirlər. Eyni zamanda qeyd etmək lazımdır ki, bu təşkilat bir başa və yaxud dolayısı ilə terrorçuluqla məşğuldur.

İran fars molla rejiminə qarşı mübarizə aparmaq haqqın, ədalətin bərpası üçün vacibdir . Bu baxımdan İsrailin tehran rejiminə qarşı apardığı haqq işi dəstəkləmək vacibdir. Həmçinin Ermənistanın işğalçılıq siyasətinə qarşı , ölkəmizə hərbi və siyasi dəstək verən İsrail dövlətinə bir sədaqət borcumuz var. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, fars molla rejimi daim işğalçı Ermənistana dəstək vermişdir. Bütün bu sadaladığımız faktları nəzərə alaraq, deyə bilərik ki, İran fars molla rejimi terror yuvasıdır.

“Kainat” Analitik İnformasiya Mərkəzi

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button