Top.Mail.Ru
ARAŞDIRMA

Hansı dərman koronavirus üçün daha effektlidir?

Yeni növ koronavirusun (Covid-19) müalicəsində dərmanların istifadəsi ilə bağlı müxtəlif müzakirələr aparılır.

Mütəxəssislərin fikrincə Favipiravir aktiv maddələri olan dərmanlar koronavirus müalicəsində daha təsirli nəticələr verir. Mövcud vəziyyətdə, Covid -19-a qarşı istehsal olunan dərmanlarda Favipiravir və ya Hidroksixlorokin xammalı istifadə olunur.

Beynəlxalq səhiyyə nəşrlərinə görə də Favipiravir aktiv maddələri olan dərmanlar koronavirus müalicəsində daha təsirli nəticələr verir.

Türkiyəli həkim Dr. Güner Sönmezə görə Favipiravir istifadə edilən Covid-19 dərmanları ilkin əlamətlərdə təsir göstərməyə başlayır. Favipiravir və ya Hidroksixlorokin aktiv maddələrinin virusla mübarizədə daha təsirli olduğunu vurğulayır:

“Favipiravir, RNT viruslarına qarşı hazırlanmış bir antiviraldır. Keçmişdə SARS və qrip kimi xəstəliklər üçün də test edilmişdir. Effektivliyi və yan təsirləri uzun illərdir bilinən bir dərman vasitəsidir. Koronavirusa qarşı hələ yüzdə yüz təsirli bir dərmanımız olmasa da, bu gün bilinən ən təsirli dərman Favirpiravirin aktiv maddəsidir”

Onu da qeyd edək ki, həmin dərmanın resdeptsiz istifadəsi tövsiyə olunmur.

Şəbnəm Zahir
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button